APARMAQ
APATİT
OBASTAN VİKİ
Aparteid
Aparteid, apartheyd (afrikaans dilində apartheid – ayrı yaşamaq) — irqi ayrı-seçkiliyin ən kəskin formasıdır. Bir qrup əhalinin yaşamaq üçün zəruri olan hər şeydən məhrum edilməsidir. Aparteid genosidi xatırladır və onun bir növüdür. CAR-ın hakim dairələri tərəfindən 20-ci əsr də "ağdərili" olmayan əhaliyə qarşı həyata keçirilən ifrat irqi və milli diskriminasiya və seqreqasiya siyasəti. Aparteidin məqsədi azlıq təşkil edən ağ əhali tərəfindən qeyri-avropalıları istismar etmək və milli-azadlıq mübarizəsinə qarşı güclü maneələr yaratmaq idi. 1910-cu ildə Cənubi Afrika haqqında aktın qəbul olunması Aparteid sisteminin əsasını qoydu. Cənubi Afrika İttifaqında irqçi Millətçi partiya hakimiyyətə gəldikdən sonra (1948) rəsmi dövlət siyasəti kimi tətbiq edildi. 1950–54-cü illərdə seqreqasiyanı kəskinləşdirən bir sıra qanunlar qəbul olundu. 1959-cu ildə qəbul olunmuş "Bantuların özünüidarəsinin inkişafı haqqında qanun"a əsasən Afrika əhalisinin parlamentdə təmsil olunmasına son qoyuldu, bantustanlar yaradıldı. 20-ci əsrin 70-ci illərində Afrika Milli Konqresinin rəhbərliyi altında milli və sosial əsarətə qarşı hərəkat geniş vüsət aldı.

Значение слова в других словарях

евангели́сты зачи́ститься компенси́роваться ку́рсы спекуля́ция треста́ це́нтнер библиотекове́дческий була́вочный заче́м-либо намозо́лить наста́вить педо́лог прися́жный прогне́ваться разбо́рчиво раскипяти́ться algometer anthropocentric derepress fire sale rugged sprung triaxial двурушник