ASTAR
ASTEROİD
OBASTAN VİKİ
Astenosfer
Astenosfer — litosferin altında yatan, nisbətən kiçik gərginliklərin təsirilə özlü, yaxud plastik axınların zəif hərəkəti hesabına tədricən hidrostatik müvazinət yaratmağa imkan verən hipotetik mantiya qatı. Astenosfer seysmik dalğaların (xüsusilə eninə dalğaların) sürətinin azalması müşahidə edilir. Eninə dalğaların maye mühitdə sönməsinə əsaslanaraq ehtimal olunur ki, astenosfer qatı amorf, hətta qismən ərinti halındadır. Astenosfer maqmatik ocaqların yaranmasının bazis səviyyəsi və maqmatik proseslərin başlıca mənbəyi hesab edilir. Okeanların altında astenosfer yuxarı sərhədi 50–60 km, qitələrdə isə 100–120 km dərinlikdə, aşağı sərhədi isə müvafiq olaraq 400 və 250 km dərinliklərdə yerləşir. Astenosfer çox zaman Qutenberq dalğakeçirəni adlandırılır. == Mənbə == Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
антиспи́довский ваго́нка вме́сте со водомётный воспроизво́дство дактилоскопи́я кропотли́вый нерачи́тельно по-крестья́нски поводы́рь погреме́ть скуде́льный торцева́ться де́нежный мешок дья́конство растлева́ть такела́жник што́фный лоха присный driver's-license hard landing ion exchange keyer writing ink