Bəzi türk dillərində bu söz təbən kimi işlədilir və “aşağı”,”yastı” mənasını verir. Su dəyirmanında da daban olur, qapının da dabanı var, mənaları “üstündə saxlayan, aşağısında duran”, “söykənəcək” deməkdir. Tapan sözü də var, təxminən, ”dişsiz dırmaq” deməkdir. Görünür, bu da daban sözü ilə bağlıdır, “yastı” (yapıq) anlamına uyğun gəlir. Güman edirəm ki, daban sözünün qədim kökü indi sıradan çıxmış olan da sözüdür və daban sözü ilə dayaq kəlməsi kökdaşdır. İkinci yozum da mümkündür: daban və təpik sözləri eyni kökə malik olub, “ayaq” anlamı ilə bağlıdır. Dəbərmək (tərpənmək) sözü də yuxarıdakılarla qohum ola bilər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Dəyirmanda üst daşınsürətini nizamlayan qurğudur. Davranmaq, dəbərmək sözləri ilə qohumdur. Türkmən dilində qez adlanır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)