Bu anlam müxtəlif dillərdə müxtəlif cür verilib: Litvada “meşə”, alban dilində “daş”, daha hansı bir dildəsə “ağac” anlamını əks etdirir. Qaqauz dilində də “meşə” mənasını verir, onlar daalık (dağlıq) kəlməsini rus dilinə “лесистая местность” kimi tərcümə edirlər. Bizdə də həmin mənalarla bağlıdır. Qaqauz dilindəki fakt göstərir ki, türk dillərində dağ “meşə”, ”ağac” deməkdir. Başqa bir yozum da mümkündür: dağ sözü “hündür” anlamıını əks etdirir. “Hündür” mənası daha inandırıcıdır. Rus dilində də гора sözü “верх” deməkdir. Görünür, tığ (hündür) kəlməsi ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Farsca “qaynanmış” deməkdir, Dağ su (qaynamış su) deyirik, dağ fars mənşəlidir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)