DALAB

Heyvanlarda cinsi əlaqəni ümumi şəkildə höyürə gəlmək ifadəsi əks etdirir. Mənbələrdə höyur sözü erkək kimi açıqlanıb. Bununla belə, qoyun qoça gəlir, inək buğaya gəlir, camış kələ gəlir və s. Burada heyvanın erkəyinin adı ön plan­dadır. Amma it köpəyə gəlmir, at ayğıra gəlmir... İt (canavar, çaqqal...) kürsəyə gəlir. At, eşşək, dəvə dalaba gəlir. Niyə? Kürsək sözü mənbələrdə belə açıqlanıb: kürsə (kürü sözü ilə bağlı olmazmı?!) sözünün mənası cinsi qızışma deməkdir, feildir. Kürsək isə həmin feildən əmələ gəlmiş isimdir. Görünür, kürü sözünün kökü “kür”dür. -cə şəkilçisi “susamaq”qəlibi üzrə onu feilə çevirib. -k (-ək) şəkilçisi isə feildən ad əmələ gətirib. Bu baxımdan kürsə “kürüyə meyl etmək” deməkdir. Dalab, məncə, dölab hissələrindən ibarətdir, döl öz sözümüzdür, ab isə fars­ca­dan (hərfi mənası”dölsuyu-sperma” deməkdir). Başqa yozum da mümkündür: dalabagəlmək, əslində, “tələbə gəlmək” (tələbi ödəmək) deməkdir. Qaqauz dilində dalap ”tələb”, talaf isə “at xəstəliyinin bir növü” kimi açıqlanır. Bunlar hələlik sub­yektiv mülahizələrdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

DAQQAPAPAQ
DALAQ

Значение слова в других словарях

жеребьёвщик папуа́сский по́дклик припихну́ть святота́тственно сыпнотифо́зный тундряно́й хи́щный вход господень в иерусалим вы́воротиться наизнанку око́п осяза́емый отгружа́ть Первома́й покрути́ть нервы серотерапи́я ломы design evangelic overslip Pas de Calais star-navigation tympanic xeno- простуженный