EKOSİSTEM

yun. oikos – məskən, ev + yun. system – birlik, uyğunluq

EKOSFER
EKOTOP
OBASTAN VİKİ
Ekosistem
Ekosistem (yunanca. "oikos" – ev, yaşayış yeri + "systema" – birlik) – bir-biri ilə və ətraf mühitlə sıx qarşılıqlı əlaqədə olan növlərin əmələ gətirdikləri davamlı, öz-özünü tənzimləyən sistemidir. == Ekosistem anlayışı == Termin 1935-ci ildə A.Tensli tərəfindən təklif olunmuşdur. Bu məfhum müxtəlif ölçülü və mürəkkəbliyə malik obyektlərə şamil edilir; məs.: su hövzəsi və gölün ekologiyasını ayırmaq olar, amma onun özünü də sahilyanı bitki örtüyünün, yaxud dib sahəsinin ekologiyasına bölmək olar və s. Adətən ekosistem dedikdə mühitin canlı və cansız elementlərinin birliyi nəzərdə tutulur. Bunların qarşılıqlı təsiri nəticəsində maddələrin biogen dövriyyəsi baş verir. Ekosistem terminini həmçinin süni ekosistemlərə də şamil etmək olar (park, bağ, tarla və s.). Ekosistem davamlı, uzun, yaxud qısaömürlü ola bilər. Mürəkkəblik dərəcəsindən asılı olmayaraq hər bir ekosistem müəyyən növ tərkibi, ona daxil olan növlərin sayı, biokütləsi, qida əlaqəsi, produsentliyin və redusentliyin dərəcəsi ilə xarakterizə olunur. Ekosistemin sərhədləri az-çox aydın, orada gedən proseslərin xarakterinə görə avtonom xarakter daşıya bilər.
Lentik ekosistem
Lentik ekosistem- bura göllər, nohurlar, su anbarları, yəni nisbətən ətalətli su dövranına malik sular daxildir. Burada üç zona ayrılır: litoral, limnik və profundal zonanın qruplaşmaları işıqsız həyat sürür. == Xarakteristika == Mülayim qurşağın göllərində yay dövründə su kütləsində şaquli üzrə üç zona ayırmaq olar: Epilimneon-suyun konveksiya (sirkulyasiya) etdiyi dərinliyə qədər Termoklin (temperatur sıçrayışı olan lay)- aralıq zona, burada su yuxarı (üst) zonanın suyu ilə qarışmır Hipolimnenon- soyuq su sahəsi, burada sirkulyasiya getmirTermoklin, adətən, işıq düşən sarhəddən aşağıda yerləşir, oksigen ehtiyatı, ondan ayrılmış hipolimnionda tükənir. Yayda durğunluq dövrü başlayır. Payızda temperaturun bərabərləşdiyi dövrdə suyun ümumi qarışması və hipolimneonun oksigenlə zənginləşməsi baş verir. Qışda buzun altında suyun temperaturu +4 °C-dən aşağı olur, bu onun sıxlığını azaldır və yenidən gölün stratifikasiyasına və qış durğunluğuna səbəb olur. Yazda buz əridikdən sonra temperaturu 4 °C-yə çatır, o ağırlaşır və yenidən yaz qarışması baş verir. Bu klassik sxem Avropa və Şimali Amerika gölləri üçün xarakterikdir. Subtropik rayonlarda suyun qarışması il ərzində bir dəfə qışda, tropikdə isə daim və qeyri-müntəzəm olur.Məhsuldarlığına görə göllər iki qrupa bölünür: Oliqotrof (biogen maddələr və plankton az olan) Evtrof (biogen maddələrlə zəngin)Lentik ekosistemlərin məhsuldarlığı həm də ətraf mühitdən və gölün dərinliyindən daxil olan maddələrdən asılıdır. Kiçik göllər daha məhsuldar olur.
Ekosistemin komponentləri
Ekosistemin komponentləri-ekosistemin (biogeosenozun) fəaliyyətini təmin edən əsas tərkib hissələri. == Ümumi məlumat == Ekosistemin komponentləri abiotik və biotik olmaqla 2 hissəyə ayrılır. Biotik amillər öz növbəsində avtotroflar, produsentlər (sadə qeyri üzvi birləşmələrdən üzvi maddələr yaratmaq qabiliyyətinə malik olanlar) və heterotroflara (mikrokonsumentlər (faqotroflar)) ayrılır. Belə ki, heterotrof orqanizmlər (əsasən heyvanlar) digər orqanizmlərdə və ya üzvi maddənin bir hissəsi ilə qidalanırlar. Redusentlər başqa cür adlandırsaq mikrokonsumentlər (osmotroflar, saprotroflar) – heterotrof orqanizmlər olub (əsasən göbələklər və bakteriyalar) üzvi birləşmələri parçalayaraq (zülallar, karbohidratlar və s.) bəzi parçalanan (çürüyən) ərzaqları udur və qeyri üzvi maddələr yaradırlar. Bu isə produsentlərin qidalanması üçün yararlıdır. Heterotrof orqanizmlər özləri dəbiofaqlara (digər canlı orqanizmlərlə qidalanan orqanizmlər) və saprofaqara (ölü üzvi maddələrlə qidalanan orqanizmlər) bölünürlər. == Biogen ekosistemin komponentləri == Biotik və abiotik ekosistemin komponentləri bir-birilə üzvi maddələrlə bağlı olub biogen ekosistemin komponentlərində birləşir. Biogen ekosistemin komponentlərinə canlı orqanika (biokütlə adlanır) və ölü orqanika olmaqla 2 hissəyə ayrılır. Töküntü– bitki qruplaşmalarının hər il yerüstü və yeraltı hissələrinin çürüyən hissəsinə deyilir.
Ekosistemin qida xarakterinə görə quruluşu
Ekosistemdə canlılar qidalanma xüsusiyyətinə görə bu cür qruplaşırlar: Avtotrof canlılar (trofe-yem deməkdir) sərbəst qidalanan canlılardır. Onlar günəş enerjisindən və qeyri-üzvi birləşmələrdən oksidləşmə reaksiyası nəticəsində ayrılan enerjidən istifadə edib, ətraf mühitin mineral komponentləri (karbon qazı, birləşmə halında olan azot, kükürd və s.) hesabına öz hüceyrələrinin üzvü maddələrini sintez edir, yəni biokütləsini yaradırlar. Belə canlılara ilk produsentlər deyilir, yaşıl bitkilər, fotosintezedici prokariot mikroorqanizimlər, hemosintezedici bakteriyalar buraya aiddir. Deməli ekosistemdə üzvü maddə və onunla bağlı enerji yaradan canlılar avtotrof orqanizimlərdir. Heterotrof canlılar- başqa canlılnı yeyənlərdir. Bunlar fotosintez və hemosintez nəticəsində yaranan üzvü maddələri yeməklə onların parçalanması və çürüməsi nəticəsində alınan enerji hesabına yaşayırlar. Heterotrof orqanizimlər enerji baxımından şərti olsa da iki böyük qrupa ayrılırlar: Konsumentlər-yəni hazır üzvü maddə yeyənlər, heyvanlar, həşaratyeyən və parazit bitkilər. Redusentlər-mikrokansumentlər, yəni ölü orqanizimləri yeyənlər. Onlar ölü orqanizimləri çürüdüb mineral qalıqlara qədər parçalayırlar. Üzvü birləşmələrin karbon turşularına, suya və mineral komponentlərə (anion və kationlar) qədər parçalanması prosesi redusentlərin köməyi ilə sürətlənir.Nəticədə ölü orqanizimlərin tərkibindəki biogen elementlər bioloji dövrana qayıdır və dəfələrlə istifadə edilir.Heteretrofların konsumentlərə və redusentlərə ayrılması şərtidir.
Səhralaşmış ekosistemlərin monitorinqi
Səhralaşmış ekosistemlərin monitorinqi — Monitorinqin bir növüdür == Ümumi məlumat == Səhralaşmaуa məruz qalmış ekosistemlərin vəziyyətinin monitorinqinin qarşılıqlı əlaqədə olan üç istiqaməti var I) ictimai-iqtisadi. 2) sanitar-gigiyena. 3) ekoloji Burda hadisələrin hərtərəfli əhəmiyyəti, bu cür ekosistemlərin ekoloji vəziyyətinə nəzarətin prinsip və metodlarının müxtəlifliyi əks olunur və o monitorinq zamanı alınmış məlumatların əsas fərqlərini göstərir. Monitorinqin bu növünün həyata keçirilməsində işin əsas mahiyyəti kompleksliliyin tələb edilməsidir. Səhralaşma zamanı təbii sistemlərin dinamikasının başa düşülməsi səhralaşmanın bütün amilləri, şəraiti və nəticələrinə nəzarət edilmədən mümkün deyil. Qarşılıqlı əlaqədə olan şaxələnmiş struktura malik bu mürəkkəb dinamik sistemin komponentlərindən hər hansı birinə təsir bütövlükdə bütün sistemin dəyişməsinə səbəb ola bilər. Torpaq—arid sistemlərdə maddə və enerji daşınmasının əsas tənzimləyicisidir qoruqlarin ekoloji monitorinqinin təşkil edilməsi nəinki torpağın özünü deqradasiyaya aparan proseslərə, hətta landşaftın digər komponentlərinin vəziyyətini tənzimləyən və onun deqradasiyası haqqında məlumat verə bilən torpaq xassələri, prosesləri və rejimlərinə sistematik nəzarət edilməsini tələb edir. Səhralaşmanın bütün göstəriciləri üzərində monitorinqin təşkil edilməsi lazımdır: iqlim; torpaq; bitki; hidroloji; geomorfoloji.Səhralaşmanın indikatorlarının seçilməsi bu tələblərə uyğundur. Səhralaşmanın monitorinqi zamanı tez-tez səhralaşmanın xarakteri, sürəti (tempi), dərəcəsi və dərinliyi kimi anlayışlardan istifadə edilir. “Səhralaşmanın xarakteri" termini səhralaşmanın əsas səbəblərini və onların səhralaşma prosesinə səbəb olmasını göstərmək üçün işlədilir ki, bu da səhralaşmanın tiplərini ayırmaq üçün əsasdır.
Şirinsulu ekosistemlər
Şirinsulu ekosistemlər- şirin sular kontinentin səthində çay, göl və bataqlıqlar əmələ gətirir. İnsan öz ehtiyacı üçün süni göllər və su anbarı yaradır. Deməli, şirin sular axar və nisbi hərəkətsiz (durğun) vəziyyətdə ola bilər.Şirinsulu ekosistemlər bütün ekosistemlərin olduqca kiçik hissəsini təşkil edərək aşağıdakı xüsusiyyətlərinə görə insanlar üçün daim böyük əhəmiyyət kəsb edir: Şirin sular praktiki olaraq məişət və sənaye ehtiyaclarını ödəmək üçün yeganə mənbə sayılır; Şirinsulu ekosistemlər tullantıları yenidən işləmək üçün ən əlverişli və ucuz sistem sayılır; Suyun nadir termodinamik xassəyə malik olaraq mühitin temperatur tərəddüdünü azaltmağa imkan verir.Qeyd edildiyi kimi su mühitinin limitləşdirici faktorları, temperatur, şəffaflıq, axın, duzluluq və b. hesab olunur. Suda yaşayan heyvanların əksəriyyəti stenoterm sayılır, ona görə də mühitin az da olsa, istilik çirklənməsi onlar üçün təhlükəlidir. Su hövzələrində suyun şəffaflıq dərəcəsi həyat üçün çox vacib sayılır, bu günəş işığının daxil olaraq fotosintez prosesinin mümkün olduğu dərinlik zonası ilə ölçülür. Şəffaflıq dərəcəsi müxtəlif olub çox bulanlıq su hövzələrində bir neçə santimetr dərinlikdən, şəffaf dağ göllərində 30-40 metrə çata bilər. Lotik ekosistemlərdə axım da mühüm limitləşdirici faktor olub orqanizmlərin yayılmasına, qaz və duzların miqdarına təsir göstərir. Su ekosistemlərində oksigenin konsentrasiyası da mühüm limitləşdirici faktor hesab olunur. Biogen duzlardan nitratlar və fosfatlar da adətən limitləşdirici olur, bəzən kalsium və digər elementlərin çatışmazlığı hiss olunur.
Startap ekosistemi
Startap ekosistemi — yeni və erkən mərhələdə olan şirkətlərin böyüməsini və inkişafını dəstəkləyən mühit. Sahibkarların öz ideyalarını həyata keçirmələri və iqtisadiyyatın böyüməsinə və uğurlarına töhfə vermələri üçün dəstəkləyici mühit təmin edir. Ümumilikdə, startap ekosistemi innovasiyaları, iqtisadi artımı təşviq etmək və iş imkanları yaratmaq üçün vacibdir. Bu, inkişaf edən və dinamik iqtisadiyyat üçün mühüm komponentdir. Startap ekosistemi yeni bizneslərin və innovasiyaların böyüməsində və inkişafında həlledici rol oynayır. Startap ekosisteminin mahiyyəti sahibkarlara öz bizneslərini inkişaf etdirmək və inkişaf etdirmək üçün dəstəkləyici mühit yaratmaqdır. Bu mühitə adətən maliyyə, mentorluq və həmfikir şəxslər və təşkilatların şəbəkələri kimi resurslara çıxış daxildir.
Təşəbbüskarlıq ekosistemi
Təşəbbüskarlıq ekosistemi — bir-biri ilə əlaqəli komponentlərdən, o cümlədən təşəbbüskarlar, investorlar, dövlət dəstəyi, təhsil, təlim proqramları, inkubatorlar və akseleratorlar, mentorluq və infrastrukturdan ibarət mürəkkəb və dinamik sistem. Bu komponentlər bir-biri ilə qarşılıqlı əlaqədə olur və müxtəlif yollarla bir-birinə təsir edərək, təşəbbüskarlığa dəstək şəbəkəsi yaradır. Təşəbbüskarlıq ekosistemi statik sistem deyil, daha çox daim inkişaf edən və yeni tendensiyalara, texnologiyalara və iqtisadi şəraitə uyğunlaşan sistemdir. Təşəbbüskarlıq ekosisteminin mahiyyəti təşəbbüskarlara öz bizneslərini başlamağa, böyütməyə və genişləndirməyə imkan verən dəstəkləyici mühit təmin etməkdir. Güclü təşəbbüskarlıq ekosistemi təşəbbüskarlara resurslar, kapital, mentorluq, təhsil, təlim və dəstək şəbəkələrinə çıxışı təmin edir.

Значение слова в других словарях

автомотолотере́я американи́стка денни́к завхо́зовский лазо́ревый низкоопла́чиваемый однопарти́йный перенаполня́ться перета́чивание расплета́ться сва́дебный тонкопряди́льный юри́стка автоба́н выгра́нивать пасынкова́ние френчуга шорайдать calligrapher educationese La Pèrouse Strait misterm pontage sparrow-bill стронуться