FARİSEY

Babilistan köçü zamanı və ondan sonra yəhudi dini mürəkkəb qanunlar, həmçinin qadağalar sistemi yaratmışdı. Bu sistemin ətrafında xeyli sayda köməkçi mərasim və ayinlər əmələ gəlmişdi.

Makkaveylər çarlığında yəhudilərdən ibarət və qeyd-şərtsiz həmin qaydalara riayət olunmasını tələb edən qruplar yarandı. Onlar özlərini ferişayya (perishayya) adlandırırdılar. Bu söz aramey dilindən “ayrılmış” kimi tərcümə olunur. Yəni onlar özlərini dünyadan ayıraraq həyatlarını Allaha xidmətə həsr edirdilər. Bu söz yunan dilində “pharisaikos”a çevrildi və başqa dillərə keçdi. Biz onları farisey adlandırırıq.

İsanın yəhudi torpaqlarına gəldiyi vaxt onların sayı artıq mini keçmişdi. Fariseylər mərasimlərin son dərəcə dəqiq yerinə yetirilməsinə böyük önəm verirdilər. Özü də bu zaman mərasimlərin əsl mahiyyəti çox vaxt itirilirdi.

Fariseylər İsanın nəzəriyyəsinin dini mərasimlərin yerinə yetirilməsinə aid olan hissələrinə qarşı çıxırdılar və “İncil”də İsanın buna görə onları qınadığı bildirilir; məsələn, Matfeyin “İncil”ində (23:13) belə deyilir: “Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər!”

Nəticədə, dindarlığın mənasına yox, zahiri tərəfinə daha çox fikir verən, özünə əmin, ikiüzlü, riyakar adama farisey deyilməyə başlandı. (Ayzek Azimov. Sözlərin tarixi)

FARAŞ
FARİZ

Значение слова в других словарях

Web-техноло́гия Госстанда́рт домохозя́йка интернациона́льный канализи́роваться ничего́ не сто́ит обожестви́ть предначерта́ние ростовщи́чий делёжка имерети́нское ло́бзиковый не в счёт никто agrimotor baselard black ice gar-pike hair-root Levantine remittent вольнопрактикующий единоличник перетряхивать плагиатор