1. Kökü qab hissəsidir və “dış örtüyü” mənasını verir. -ıq şəkilçisi qab (qapamaq) feilini ismə çevirib. Qabıqdan qab kimi də istifadə olunub və indi də olunur. Qazaxda deyirlər: budağın qabığını boru kimi çıxarıb içinə qulancar qoyur və qorda bişiririk. Buna qoysara deyilir (ola bilsin ki, qoysara (əsli: qabsara) və qab kökdaş sözlərdir). Rus dilində гопак sözü var və “прыгать” anlamını əks etdirir, mənşəcə alman dili ilə əlaqələndirilir, amma bizim qopmaq sözünə daha çox oxşardır (bizdə qop həm də qaç mənasında işlədilir). Qabıq “qopuq” kəlməsi ilə də qohumdur. Qabıq “ağacın və s. qopan, soyula bilən hissəsi”dir.
2. Qabıq və qapaq sözləri kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)