LAKEY

632-ci ildə islamı yenicə qəbul etmiş ərəblər ilk dəfə olaraq yaşadıqları yarımadanın sərhədlərindən kənara çıxaraq sonradan əsrlərlə davam edəcək istilaçı siyasətlərində ilk addımlar atmağa başladılar. 711-ci ildə onlar qədim yunanların Herkules boğazı adlandırdıqları dar su zolağına çatdılar.

Ərəblərin balaca bir dəstəsi boğazı keçərək İspaniyaya gəlib çıxdı. Bu ilk uğur yeni uğurlar gətirdi və bir neçə ildən sonra, demək olar, bütün İspaniya təcavüzkarın tapdağı altına düşdü. İspanlar ərəbləri mavr adlandırırdılar.

Mavrların dilində “al-kaid” başçı deməkdir. Bu söz, əsasən, sərkərdələrə şamil edilirdi. Mavrlar bu torpaqlarda az qala səkkiz əsr hökmranlıq etdikdən sonra ardı-arası kəsilməyən məğlubiyyətlərə uğramağa başlayanda onların əsir düşmüş əsgərləri qaliblərə – ispanlara nökərlik etməyə məcbur qalırdılar. İspanlar onları lağla “al-kaid” sözünü təhrif edərək “alacayo” adlandırırdılar. Vaxtilə qalib olanlar indi nökərə çevrilmişdilər. Tədricən bu sözdən başdakı “a” hərfi düşdü və digər dillərə “lakey” kimi keçdi. Bu söz hazırda istənilən nökərə, ələlxüsus da alçaqlığı və yaltaqlığı ilə seçilənlərə münasibətdə işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)

LAXTA
LAKKOLİT

Значение слова в других словарях

белоку́рый бина́рный графи́чески дото́шность косми́ческий отве́ргнуть превыша́ться ризо́граф структу́рность сумбу́рный уве́т быстрохо́дность воднолы́жный спорт водя́нка запеленгова́ть изгла́дывать циркуляр favouritism mezereum remote sensor unaffable unsolemn голоногий ликование покусать