Natan Söderblum
Lars Olaf Conatan Söderblum (isv. nɑ̌ːtan ˈsø̌ːdɛrblʊm; 15 yanvar 1866[…], Trönö[d] – 12 iyul 1931[…], Uppsala) – İsveçli ruhani.
1914-1931-ci illər arasında İsveç Upsala kilsəsinin baş yepiskopu və 1930-cu ildə Nobel Sülh mükafatı laureatı olmuşdur. 12 iyulda Lüteran kilsəsinin Müqəddəslər təqvimində və Yepiskopal kilsəsinin (ABŞ) ayin təqvimində xatırlanır.
== Həyatı ==
Soderblum Evleborq lenində, Söderhamn şəhərinin Trönö kəndində anadan olmuşdur. Atası kilsə keşişi idi. 1883-cü ildə Uppsala Universitetinə daxil oldu. Əvvəlcə nə öyrənmək istədiyinə əmin olmasa da, nəticədə atasının yolunu davam etdirməyə qərar verdi. ABŞ səyahətindən qayıtdıqdan sonra 1893-cü ildə keşiş təyin edildi. 1892 və 1893-cü illərdə Söderblum əvvəlcə Uppsala Tələbə Birliyinin vitse-prezidenti, sonra isə prezidenti oldu.1894-cü ildən 1901-ci ilə qədər Parisdə İsveç səfirliyində vəzifə apardı, hansı ki,burada onun iclaslarında həm Alfred Nobel (1833–1896), həm də Avqust Strindberq (1849–1912) yer alırdı.