PALEOİQLİMŞÜNASLIQ
PALEONTOLOGİYA
OBASTAN VİKİ
Paleolit
Paleolit dövrü (yun.παλαιός paleo — qədim və λίθος litos — daş) — ən qədim daş dövrü. Bu termini İngilis bioloqu və arxeoloqu John Lubbock (1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş "Pre-historic Times" ("Tarixöncəsi zamanlar") adlı kitabında daxil (kəşf) edib. Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Daş dövr özü də qədim, orta və yeni daş dövrlərdən ibarətdir; bunlar yunancadan götürülmüş terminlərlə uyğun olaraq Paleolit, Mezolit və Neolit dövrləri adını almışlar. Paleolit dövrü daş alətlərin hominidlər tərəfindən işlənməsindən (təqribən 2,6-2,5 milyon il əvvəl) əkinçiliyin başlamasına qədər (təqribən 12-10 min il əvvəl) olan dövrü əhatə edir. Bu, bəşəriyyətin mövcud olduğu zamanın 99%-i deməkdir. Paleolit dövründə insanlar daş alət düzəldir, lakin onu cilalamağı bilmirdilər. İlk primitiv əmək alətləri məhz Paleolit dövründə yaradılıb. Bu dövrdə insanlar bütün alətlərini daşdan, ağacdan və sümükdən hazırlamışlar. Bu dövrdə insanın əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdur.
Alt Paleolit
Alt paleolit — ilk insan tipinin (bacarıqlı insanın) yaranmasından başlayaraq 100 min il bundan əvvələ qədər davam etmişdir. Bəşər tarixinin ilkin inkişaf mərhələsi ibtidai icma quruluşu adlanır və şərti olaraq daş, tunc və dəmir dövrlərinə bölünür. Daş dövrü Paleolit (qədim daş), Mezolit (orta daş), Neolit (yeni daş) və Eneolit (mis–daş) dövrlərinə bölünür. İbtidai insanlar kiçik qruplar, dəstələr halında yaşayırdılar. Belə kiçik kollektivlər ibtidai insan "sürüsü" və ya ulu icma adlanır. Ulu icma kortəbii şəklində, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu icma ibtidai icma quruluşunun ilk pilləsində meydana gəlmiş və qəbilə icması formalaşanadək davam etmişdir.Bu dövr insanlarının həyat tərzi Qarabağın Quruçay vadisində, Füzuli şəhəri yaxınlığında yerləşən Azıx mağarasında öyrənilmişdir. Ona görə də burada formalaşan mədəniyyət Quruçay mədəniyyəti adlanır.
Orta Paleolit
Orta paleolit — təxminən 100 min il bundan əvvəl başlanmış, e.ə.35–cı minilliyə qədər davam etmişdir. Bu dövr Mustye mədəniyyəti adlanır. Orta Paleolit dövründə Azərbaycan ərazisində yaşayan qədim insanlar daha geniş ərazilərə yayılmış, Kiçik Qafqazın cənub-şərq yamacında, Naxçıvan, Qarabağ, Qazax bölgələrində məskən salmışlar.Arxeoloqlarımız Qarabağda Tağlar, Naxçıvanda Qazma, Qazaxda Damcılı mağaralarında Orta Paleolit dövrünə aid zəngin maddi mədəniyyət nümunələri tapmışlar.Qazma mağarasında aparılan arxeoloji tədqiqatlar nəticəsində 17,000-dən artıq heyvan sümükləri aşkar olunmuşdur. Sümüklərin əksəriyyəti doğranmış vəziyyətdə olduğuna görə, onların təyinatı çətinləşmişdir. Sümüklərin hansı heyvan və quş növlərinə aid olması əsasən diş və çənə qırıqları əsasında təyin olunmuşdur. Düşərgədən tapılmış sümük məmulatlarının təyini D.V.Haciyev və S.D.Əliyev tərəfindən olunub. Onların tərkibində 24 növ fauna qalığı müəyyən olunub: it (Canis), porsuğ (Meles), mağara şiri (Panthera speiaeus Goldf.), mağara ayısı (Ursus spelaeus Ros. et Hein.), at (Equus), pleystosen eşşəyi (E. hydruntinus Reg.), maral (Cervidae), ibtidai öküz (Bos primigenius Bojan.), ceyran (Gasella subguttorosa Güld.), keçi (Capra), qoyun (Ovis), dovşan (Lepus), qəmiricilər (Rodentia) və teriofaunanın digər növləri. Orta Paleolit dövründə insan məskənləri çoxalmış və yeni insan tipi, yəni Neandertal insanı yaranmışdır. Onlar, əsasən ovçuluqla — Qafqaz maralı, mağara ayısı, boz ayı, tur, dağkeçisi, vəhşi at (gur) və s.
Paleolit dövrü
Paleolit dövrü (yun.παλαιός paleo — qədim və λίθος litos — daş) — ən qədim daş dövrü. Bu termini İngilis bioloqu və arxeoloqu John Lubbock (1834-1913) özünün 1865-ci ildə işıq üzü görmüş "Pre-historic Times" ("Tarixöncəsi zamanlar") adlı kitabında daxil (kəşf) edib. Bəşər tarixi işlətdikləri əsas alətlərə görə üç dövrə ayrılır: Daş dövrü, Tunc dövrü və Dəmir dövrü. Daş dövr özü də qədim, orta və yeni daş dövrlərdən ibarətdir; bunlar yunancadan götürülmüş terminlərlə uyğun olaraq Paleolit, Mezolit və Neolit dövrləri adını almışlar. Paleolit dövrü daş alətlərin hominidlər tərəfindən işlənməsindən (təqribən 2,6-2,5 milyon il əvvəl) əkinçiliyin başlamasına qədər (təqribən 12-10 min il əvvəl) olan dövrü əhatə edir. Bu, bəşəriyyətin mövcud olduğu zamanın 99%-i deməkdir. Paleolit dövründə insanlar daş alət düzəldir, lakin onu cilalamağı bilmirdilər. İlk primitiv əmək alətləri məhz Paleolit dövründə yaradılıb. Bu dövrdə insanlar bütün alətlərini daşdan, ağacdan və sümükdən hazırlamışlar. Bu dövrdə insanın əsas məşğuliyyəti ovçuluq və yığıcılıq olmuşdur.
Üst Paleolit
Üst Paleolit və ya Son Paleolit — təxminən 40 min il bundan əvvəl başlanmış, e.ə.12-ci minilliyə qədər davam etmişdir. Bu dövrdə iqlim mülayimləşmiş, bitki və heyvanat aləmində, habelə ictimai həyatda xeyli dəyişikliklər baş vermişdir. Üst Paleolit dövründə ibtidai insanlar mağarada yaşamış və özlərini təbiətin təhlükəli hadisələrindən və vəhşi heyvanların hücumlarından qorumuşlar. Bu dövrün maddi qalıqlarına Qarabağ və Qazax bölgələrinin Paleolit düşərgələrində daha çox rast gəlinmişdir.Üst paleolit dövründə bir sıra heyvanların, xüsusilə nəhəng maralın, mağara ayısının nəsli kəsilmişdir. İnsanlar ən çox Qafqaz maralı, ceyran, cüyür, dağkeçisi və s. ovlayırdılar. İnsanların istifadə etdikləri qaşovlar, biz, gəzli (yəni kənarı dişəkli) və üçbucaq əmək alətləri geniş yayılmışdır.Üst paleolit dövründə Azərbaycan ərazisində müasir insan tipinin, yəni ağıllı insanın ("Homo Sapiens") yaranması başa çatmışdı. İnsan fiziki və əqli inkişafın yüksək mərhələsinə çatmışdır. Təfəkkür və nitq inkişaf tapmışdır. İbtidai cəmiyyətin bu mərhələsində ilk vaxtlar insanlar bir-birini adi hərəkətlərlə (kinetik dillə — əl, dodaq hərəkətləri ilə və s.
Üst paleolit mədəniyyəti
Üst Paleolit dövrü — paleolit dövrünün son çağı. Üst paleolit 40 min il bundan əvvəl başlayıb, b.e.ə. XII minilliyə qədər davam etmişdir. Bu dövrdə nəhəng maral və mağara ayılarının nəsli kəsildi, müxtəlif növlü qaşovlar geniş yayıldı, "ağıllı insan"ın (Homo sapiens) yaranması başa çatdı. Paleolit dövründə ibtidai incəsənət yarandı. Bunu buynuzdan yonulmuş heykəllər, sümük üzərindəki təsvirlər və mağara rəsmləri sübut edir. İbtidai insanların ilk məşğuliyyəti yığıcılıq və ovçuluq olmuşdur. Onlar yabanı meyvə giləmeyvə,quş yumurtası toplayır,yeməli bitkilərin köklərini,torpaqda olan cücülərin süfrələrini qazıb çıxarırdılar. Yığıcılıqla qadınlar məşğul olurdular. İnsanların ilk əmək alətləri dəyənək,itilənmiş ağac və çapacaqlar olmuşdur.
Altamira Mağarası Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Saab 105 — Saab şirkəti tərəfindən hazırlanmış İsveç istehsalı olan reaktiv təlim təyyarəsidir. Təyyarə İsveç Hərbi Hava Qüvvələrində Sk 60 və Avstriya Hərbi Hava Qüvvələrində Saab 105Ö adı altında xidmətə qəbul edilmişdir.
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti
Altamira Mağarası və Şimali İspaniyadakı Paleolit Mağara Sənəti, İspaniyanın şimal bölgələrinin fərqli hissələrində yerləşən eramızdan əvvəl 35.000 ilə eramızdan əvvəl 11.000 il əvvəlki tarixi dövrləri əhatə edən və Avropadakı Paleolit dövrünün mağara sənətinin liderləri arasında təmsil olunan Altamira mağarası başda olmaqla, ümumi olaraq 18 mağaradan ibarət topluluqdur. Mağaralar, kütləvi bir şəkildə bir Dünya Mirası olaraq müəyyənləşdirilmişdir.Bu abidə 1985-ci ildə ümumidünya irs siyahısına daxil edilmişdir. 1876-ci ildə İspaniyanın Santander əyalətində həvəskar arxeoloq olan Marselino Sautuola və onun qızı Altamira mağarasının qaranlıqlarında polixrom təsvirlər aşkar ediblər. Altamiranın zalları 280 metrə qədər uzanır. Mağaranı üç hissəyə ayırmaq olar. Birinci hissə Böyük plafon adlanır. Üst paleolitin ən məşhur incəsənət əsəri hesab olunur. Buradakı təsvirlər yalnız oxradan və kömürdən istifadə ilə təsvir edilməsinə baxmayaraq qədim rəssamın ustalıqı sayəsində polixrom təəsüratı yaradır. Mərkəzi hissədə çoxsayda öküz, bizon, at təsvirləri diqqəti cəlb edir. Düzbucaqlı nişanlara, müxtəlif xətlərə rast gəlinir.

Значение слова в других словарях

глазе́ние заграба́стывать разна́шивать без ме́ры гирля́нда подшпо́ривать прива́да прикоснове́ние разлага́ть торт ши́вера открыть competitioner crown prisoner engaging farraginous firebrick lepal muck stalemate дослужиться заседательский папский подошва шарикоподшипник