RAMİL

Romul kimi də işlədilir. Yunanca “güc, qüvvət” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RAMİDƏ
RAMİN
OBASTAN VİKİ
Ramil
Ramil — kişi adı.
Ramil (arxangel)
Ramil (arami. רעמאנל‎, ivr. ‏רעמיאל‏‎, yun. ‘Ραμιήλ) və ya Remil — apokrifik Enox kitabında düşmüş keşikçi və arxangel. Ramil ivrit dilindəki ra'am (Şimşək) və El (Tanrı) elementlərindən əmələ gəlib, "Şimşək tanrısı" deməkdir. == Düşmüş keşikçi == Enox kitabında 20 rəhbər, yəni 1 enox var. Onların adını qeyd edən hissədə yazılmışdır: 1 enoxda izah edildiyi kimi, bunlar arvad alıb, insan qadınlar ilə cütləşib və onlara qadağan olunmuş biliyi öyrətdiklərinə görə düşmüş mələyə çevrilmiş 200 mələyin rəhbəridir. 20 rəhbərdir biri olan Ramilin adı altıncı yerdə qeyd olunmuşdur. == Mələk == Onun İkinci Barux kitabında da qeyd olunmuşdur. Burada yazılmışdır ki, o, "gerçək uzaqgörənliyə sədrlik edir" (55:3).
Ramil Abbasov
Ramil Sabir oğlu Abbasov (1 aprel 1989; Turaclı, Qax rayonu, Azərbaycan SSR — 10 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Abbasov 1989-cu il aprelin 1-də Qax rayonunun Turaclı kəndində anadan olub. Ailəli idi. Üç övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun çavuşu olan Ramil Abbasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Abbasov oktyabrın 10-da Madagizin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Abbasov ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Ağasıyev
Ramil Rauf oğlu Ağasıyev (16 aprel 1988, Bakı) — Azərbaycan kinorejissoru. == Həyatı və karyerası == Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb.
Ramil Ağayev
Ramil Ağayev (mayor) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi. Ramil Ağayev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi.
Ramil Babayev
Ramil Babayev (aktyor)
Ramil Balabəyov
Ramil Balabəyov (tam adı: Ramil Ruslan oğlu Balabəyov; 21 fevral 2001; Qusar, Azərbaycan — 1 oktyabr 2020; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Balabəyov 2001-ci il fevralın 21-də Qusar rayonunun Köhnə Xudat kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Balabəyov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Ramil Balabəyov oktyabrın 1-də şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Balabəyov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ramil Həsən
Ramil Sahib oğlu Həsən və ya Ramil Sahib oğlu Həsənov (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həsənov
Ramil Sahib oğlu Həsən və ya Ramil Sahib oğlu Həsənov (23 sentyabr 1978, Qafan rayonu) — Azərbaycan Milli Məclisinin VI çağırış deputatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sabiq baş katibi, Türkdilli Dövlətlərin Parlament Assambleyasının sabiq baş katibi, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sabiq sədri, Müşfiqabad bələdiyyəsinin sabiq sədr müavini. == Həyatı == Ramil Həsən 23 sentyabr 1978-ci il tarixində Ermənistan Sovet Sosialist Respublikasının Qafan rayonunda anadan olmuşdur. Ramil Həsən Bakı Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini və Beynəlxalq münasibətlərin tarixi ixtisası üzrə magistr pilləsini bitirmişdir. Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsinə malikdir. Evlidir, 2 övladı var. İngilis və rus dillərini bilir. == İctimai-siyasi fəaliyyəti == Ramil Həsən 23 dekabr 1999-cu il tarixində keçirilmiş ilk bələdiyyə seçkilərində Müşfiqabad qəsəbə bələdiyyəsinin üzvü seçilmiş, 2001-ci ilədək bələdiyyənin sədr müavini olmuşdur. Ramil Həsən 2002–2009-cu illərdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin idarə rəisi olmuşdur. Ramil Həsən 29 sentyabr 2009-cu il tarixindən 1 oktyabr 2013-cü il tarixinədək Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi, diplomatik missiya rəhbəri, 2014–2018-ci illərdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi, diplomatik missiya rəhbəri vəzifələrində çalışmışdır. Ramil Həsən 9 fevral 2020-ci il tarixində keçirilmiş növbədənkənar seçkilərdə 91 saylı Ucar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizəd olmuşdur.
Ramil Həşimli
Ramil Həşimli (3 may 1978) — Azərbaycan alimi, "Mərkəzi və Qərbi Asiyaq qulaq, burun, boğaz və Baş Boyun Cərrahiyyəsi Birliyi"nin Baş katibi, Azərbaycan Otorinolarinqologiya Cəmiyyətinin idarə heyətinin üzvü, Avropa Foniatrlar İttifaqı, Avropa Larinqologiya Cəmiyyəti, The Voice Foundation və Yaxın Avrasiya Afrika Qulaq-burun-boğaz cəmiyyətinin üzvü. Azərbaycanda otorinolarinqologiya sahəsindəki fəaliyyəti ilə məşhurdur. Birgə hazırladığı ‘‘APDVoice xəstə məlumat bazası’’ Avropa Foniatrlar İttifaqı tərəfindən foniatrik klinikalar üçün referans çalışma proqramı olaraq göstərilmişdir. Azərbaycanda ilk dəfə olaraq incə səsli kişi xəstəyə "səs qalınlaşdırma" əməliyyatı icra etmişdir. == Həyatı == Ramil Həşimli 3 may 1978 tarixində anadan olmuşdur. 1995-ci ildə Sumqayıt şəhər N. Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 1995–2001-ci illərdə Azərbaycan Tibb Universitetində Pediatriya fakültəsi üzrə təhsilini başa vurduqdan sonra 2001–2003-cü illərdə Sankt-Peterburq Dövlət Pediatriya Tibb Akademiyasının Otorinolarinqologiya kafedrasında klinik ordinatura üzrə və daha sonra 2003–2006-cı illərdə həmin kafedrada aspirantura təhsili almışdır. 2006-cı ildə tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2010-cu ildə Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedrasında "Qulaq-burun-boğaz xəstəlikləri", 2015-ci ildə ABŞ-da Klivlend Klinikasının otolarinqologiya və ünsiyyət pozulmaları kafedrası, Qulaq-burun-boğaz İnstitutunun "Beynəlxalq klinik müşahidə proqramı" və Pittsburq Universitetinin Səs Mərkəzinin "Səs Pozulmaları proqramı" kimi beynəlxalq təkmilləşmə kurslarının məzunu olmuşdur. Bununla yanaşı müxtəlif dövrlərdə Türkiyənin Yeditepe Universiteti, İstanbul Universiteti Cərrah Paşa Tibb fakültəsi, Ankara Nümunə Xəstəxanasında, Moskva Diplomdansonrakı Tibbi Təhsli Akademiyasının otorinolarinqologiya kafedralarında təkmilləşdirmə kurslarında iştirak etmişdir.Evlidir, 3 övladı var.
Ramil Musayev
Ramil Aydın oğlu Musayev (6 may 1991; İsmayıllı, Azərbaycan SSR — 3 oktyabr 2020; Cəbrayıl rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Musayev 1991-ci il mayın 6-da İsmayıllı şəhərində anadan olub. Ailəli idi. Bir oğlu yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik giziri olan Ramil Musayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Musayev oktyabrın 3-də Cəbrayılın azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Musayev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Məmmədov
Ramil Məmmədov — aktyor, film səsləndirən, mətn oxuyan, Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının aktyoru (2010), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru (2013), Mövsümün ən perspektivli aktyoru (2015), Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatınının laureatı (19 iyul 2016). == Həyatı == 30 may 1987-ci ildə Bakı şəhərində anadan olub. 1994-2005-ci illərdə Suraxanı rayonu 114 saylı orta məktəbdə təhsil alıb. 2009-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Teatr və kino aktyoru” fakültəsini bitirib. 2010-cu ildə Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 2013-cü ilin yanvar ayından Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. 2016-ci il iyul ayının 19-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı və ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin təsis etdiyi “Sima” mükafatına “Mövsümün ən perspektivli aktyoru” nominasiyası üzrə layiq görülmüşdür. == Teatrda əsas rolları == === Cəfər Cabbarlı adına İrəvan Dövlət Dram Teatrı === Əsgər - (“Qurtuluş dastanı” İ.Piriyev) Müəllim - (“Vətəndən ağırdır vətənin yükü” H.Orucov) Rac - (“Qızıl ahu balası” Y.Şetinkina) Balaqədeş - (“Məhəbbət, şeytan, ağ ölüm” M.Haqverdiyev) Ağa Salman, Dərviş Məstəli şah, Hakimi şər - (“Mürafiə vəkillərinin hekayəti” M.F.Axundzadə) === Gənc Tamaşaçılar Teatrı === Qaraçı - (“Qaraca qız” S.S.Axundov, A.Şaiq) Dəmirçi - (“Şəngülüm, Şüngülüm, Məngülüm” M.Müşfiq) Müştəri - (“Aydın” C.Cabbarlı) Şəhər sakini - (“Romeo və Culyetta” U.Şekspir) Meymun - (“Hekayəti xırs quldurbasan” M.F.Axundzadə) Məzun - (“Mənim ağ göyərçinim” T.Vəliyeva) Nağaraçı - (“Buzovna kəndinin əhvalatları” Elçin) Quldur - (“Əlibaba və qırx quldur” Ərəb Xalq nağılı) Qara qüvvə - (“Şahzadə Xəzərin nağılı” K.Ağabalayev, N.Kazımov) Şeyx - (“Şeyx Sənan H.Cavid) Qrey Lord - (“III Riçard” U.Şekspir) Baba - (“Qoğalın nağılı” Xalq nağılı) Şeyx Sədra - (“Şeyx Sənan”.
Ramil Nabran
Ramil Akif oğlu Şamilli (8 noyabr 1977, Bakı) — musiqiçi, Reper. == Həyat və Yaradıcılığı == Ramil Nabran. Ramil Şamilli Akif oğlu 8 noyabr 1977-ci ildə Bakıda anadan olub. Təxəllüsündə Nabran adı olması Ramilin Nabrandan olması deyil. Sadece 2005-ci ildə Nabran repi ona uğur getirdiyi üçün sənətçi dostları tərəfindən bu təxəllüslə çağırılıb. Ramil atasını 1978-ci ildə hələ 1 yaşı tam olmadan itirmişdir. Ömrünün 34-cü baharında dünyasını dəyişən Akif Ağakərim oğlu şeiriyyatla, qəzəllərlə məşğul olduğundan bu irsi istedad oğlu Ramilə də keçmişdir. Sovetskidə doğulan Ramil 2 yaşında Əhmədliyə köçmüş və uşaqlıq illərini Qaçaq Nəbi 4 ünvanında keçirmişdi 261 saylı məktəbi bitirib. 31 saylı Texniki Peşə Məktəbində 3 il oxuyub. 1996–1999 Sərhəd Qoşunlarında xidmət edib.
Ramil Ələkbərov
Ələkbərov Ramil Gülmalı oğlu — azərbaycanlı rejissor, ssenarist. == Həyatı == Ramil Ələkbərov 16 yanvar 1979-cu ildə Şamaxıda anadan olub. Sabunçu rayonu 96 saylı orta məktəbdə (1986-1993), Bakı Özəl Türk Liseyində (1993-1997), Ankara Universitetinin Jurnalistika fakültəsinin Radio, Televiziya və Kino ixtisasında (Türkiyə, 1997-2002), Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin magistratura pilləsində təhsil alıb. Müxtəlif vaxtlarda Samanyolu televiziyasının "Merhaba Yenigün", "Haber Kordinasyon Merkezi", "Sırlar dünyası" və "Şubat Soğuğu" seriallarında təcrübə keçib. 2003-2005-ci illərdə Samanyolu Televiziyasının Azərbaycan bürosunda çalışıb. 2004-cü ildə "Mozalan: Biz və Zaman" Film festivalında "ən obyektiv jurnalist" və "Əkinçi" Jurnalist Cəmiyyətinin "Həsən bəy Zərdabi" adına ilin jurnalisti fəxri diplom və medalı ilə təltif olunub. 2005-ci ildən İctimai Televiziyada redaktor vəzifəsində çalışır. == Filmoqrafiya == Azərbaycan kinosu: tarixin səhifələri (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Kino muzeyi (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Mir Teymur (II) (2003, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Göy dənizdən bir damla: Bəkir Çobanzadə (2004, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Xocalı soyqırımı (2005, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Sevən və sevilən (2008, qısametrajlı sənədli film) – ssenari müəllifi Əzizim Fellini: Filmin filmi (2012, qısametrajlı sənədli televiziya filmi) – rejissor, ssenari müəllifi Həyat varsa... (2012-2014, bədii serial) – ssenari müəllifi Əriyən ada (2013, qısametrajlı sənədli film) – redaktor Azərbaycan müəllimi. Babək Xubiyarov (2014, qısametrajlı sənədli televiziya filmi) – ssenari müəllifi Ən güclü kimdir?
Ramil Paşayev
Ramil Şakir oğlu Paşayev (28 iyul 1994; Bərdə rayonu, Azərbaycan — 27 oktyabr 2020; Ağdərə, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Paşayev 1994-cü il iyulun 28-də Bərdə rayonunun Əyricə kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Ramil Paşayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Paşayev oktyabrın 27-də Ağdərə istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Paşayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Qasımov
Ramil Famil oğlu Qasımov (1981) — azərbaycanlı cüdoçu. Ramil Adıgözəl oğlu Qasımov (1984) — azərbaycanlı opera müğənnisi.
Ramil Quliyev
Ramil Quliyev (sprinter) — Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet (sprinter). Ramil Quliyev (baş gizir) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, Vətən müharibəsinin şəhidi. Ramil Quluyev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Ramil Quluyev
Ramil Elşən oğlu Quluyev (4 yanvar 1991, Bakı, Azərbaycan — 20 oktyabr 2020;, Hadrut, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Quliyev 1991-ci il yanvarın 4-də Qubadlı rayonunda anadan olub. 1997-ci ildə Sumqayıt şəhər 14 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub və 2008-ci ildə şəhərin 35 nömrəli məktəbin məzunu olub. Bir bacısı var idi. O, Kiyevdə Personalın İdarəetməsinin Regionlararası Akademiyasının Menecment fakültəsinə 2011-ci ildə daxil olub və 2015-ci ildə oranı bitirib. == Hərbi xidmətləri == Ramil Quluyev 2015-ci ildə hərbi xidmətə başlamışdır. Aprel döyuşləri'ndə iştirak etmiş və iyul 2016-cı ildə tərxis olmuşdur. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ramil Quliyev Hadrutun azad edilməsində savaşıb. 22 oktyabr 2020-ci il tarixində Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Sumqayıt Şəhidlər Xiyabanında torpağa tapşırılmışdır.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Quluyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Qurbanov
Ramil Sudeyif oğlu Qurbanov (6 yanvar 1987; Beyləqan rayonu, Azərbaycan SSR — 27 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Qurbanov 1987-ci il yanvarın 6-da Beyləqan rayonunun Dünyamalılar kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun giziri olan Ramil Qurbanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Qurbanov sentyabrın 27-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Qurbanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Səfərov
Ramil Sahib oğlu Səfərov (25 avqust 1977, Şükürbəyli, Cəbrayıl rayonu) — azərbaycanlı hərbçi, polkovnik-leytenant. == Həyatı == Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. Uşaqlıqdan hərbçi olmaq arzusunda olub ve orta məktəbin 8-ci sinfini başa vurandan sonra 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənin İzmir şəhərinə göndərilib. Maltəpə hərbi liseyini müvəffəqiyyətlə bitirdikdən sonra Türkiyədə Quru Qoşunları məktəbinə daxil olub və hərbi təlim kursları keçib. 2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə taqım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub. Vətənə dönməyə 20 gün qalmış — fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini Azərbaycan bayrağını təhqir etdiyinə görə öldürüb.
Ramil Usubov
Ramil İdris oğlu Usubov (22 dekabr 1948, Xocalı) — Azərbaycan siyasi xadimi, Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi. O, daha əvvəl Azərbaycanın 7-ci daxili işlər naziri (1994–2019), Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri (1987–1989, 1993–1994) vəzifələrində çalışıb. == Həyatı == Ramil İdris oğlu Usubov 1948-ci il dekabrın 22-də Xocalı şəhərində İdris və Rəna Usubovların ailəsində anadan olmuşdur. 1966-cı ildən 1968-ci ilə qədər Sovet İttifaqı Silahlı Qüvvələrinin Şərqi Almaniyada yerləşən hərbi bazaların birində həqiqi hərbi xidmətdə olan Ramil Usubov 1972-ci ildə N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirmişdir. Ramil Usubov 1970-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. Cinayət-axtarış strukturlarında xidmət aparmış, 1975-ci ildən 1980-ci ilə qədər Şuşa rayon Polis Şöbəsində cinayət axtarış bölməsinin rəisi, 1980–1984-cü illərdə Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984–1987-ci illərdə isə Əli-Bayramlı (hazırkı Şirvan) şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrdə çalışmışdır.1987-ci ildə Ramil Usubov Naxçıvan MSSR daxili işlər naziri vəzifəsinə təyin edilmiş, 1989-cu ilədək bu vəzifədə işləmişdir. Həmin ildən 1991-ci ilə qədər Azərbaycan SSR Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin rəisi, 1991–1992-ci illərdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Pasport, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992–1993-cü illərdə isə burada Kadrlar İdarəsinin şöbə rəisi olmuşdur.Ramil Usubov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 11 avqust 1993-cü il tarixli Fərmanı ilə Naxçıvan Muxtar Respublikası daxili işlər naziri, Azərbaycan Respublikası Prezidentinin 29 aprel 1994-cü il tarixli 140 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilmişdir.Azərbaycan Respublikasının Prezidentinin 3 may 1994-cü il tarixli 144 nömrəli Fərmanı ilə Ramil Usubova general-mayor, 26 dekabr 1995-ci il tarixli 418 nömrəli Fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli 637 nömrəli Fərmanı ilə general-polkovnik hərbi rütbəsi verilmişdir. Ramil Usubov 20 iyun 2019-cu ildə Azərbaycan Respublikasının daxili işlər naziri vəzifəsindən azad edilmiş və həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi təyin edilmişdir. == Təltifləri == 24 dekabr 1998-ci ildə "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuşdur. 2009-cu ildə Polşa Prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunmuşdur.
Ramil Yunisov
Ramil Qardaşxan oğlu Yunisov (26 may 1977; Yeni Mil, Beyləqan rayonu, Azərbaycan — 8 noyabr 2020; Şuşa, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yunisov 26 may 1977-ci ildə Beyləqan rayonunun Yeni Mil kəndində Qardaşxan Yunisovun ailəsində anadan olmuşdur. 1983-1994-cü illərdə orta təhsil almışdır. Ailəli idi. == Hərbi xidməti == Ramil Yunisov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon üzrə Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Vaxtilə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Hərbi xidməti başa vurduqdan sonra artilleriya divizionunun tibb məntəqəsi sürücüsü vəzifəsində müddətdən artıq hərbi xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramil Yunisov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində sürücü olaraq iştirak etmişdir. Murovdağın, Füzulinin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yunisov 8 noyabr 2020-ci ildə Şuşa şəhəri istiqamətində döyüş tapşırığnın yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ramil Yusifov
Ramil Mürşid oğlu Yusifov (24 aprel 1978, Ağbulaq, İsmayıllı rayonu – 4 oktyabr 2020, Kəlbəcər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yusifov 1978-ci il aprelin 24-də İsmayıllı rayonunun Ağbulaq kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş giziri olan Ramil Yusifov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Yusifov oktyabrın 4-də Murovdağ döyüşləri zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Yusifzadə
Ramil Adəm oğlu Yusifzadə və ya rəsmi sənədlərdə Yusif-zadə (22 may 1998; Bakı, Azərbaycan – 13 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Yusifzadə 22 may 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-cü ildə Mərdəkanda Süleyman Rüstəmov adına 3 saylı gimnaziyada 1-ci sinifə daxil olmuşdur. 2015-ci ildə gimnaziyanı bitirərək, həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında futbol müəllimliyi fakültəsinə qəbul olmuşdur. == Hərbi xidməti == 2019-cu ildə akademiyadan məzun olan Ramil həmin il Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olaraq müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Qazax rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramil Yusifzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramil Yusifzadə 13 oktyabr 2020-ci ildə Füzuli istiqamətində döyüş sahəsinə daxil olub qarşı tərəfin müdafiəsini yarmış, lakin, yaralanmışdır. Sonra ilkin tibbi yardımdan imtina edərək döyüşə davam etmişdir.
Ramil Zeynalov
Ramil Vaqif oğlu Zeynalov (17 iyul 1982, Bakı) — aktyor. == Həyatı == Ramil Zeynalov 17 iyul 1982-ci ildə Bakıda anadan olub. ADMİU-nun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (2000–2004). Gənc Tamaşaçılar Teatrında (1999–2001) çalışıb. 2004-cü ildən Şuşa Dövlət Dram Teatrının aktyorudur. Rusiya istehsalı olan "Rus tərcüməsi" (2006) serialında çəkilib.
Ramil Ağayev (mayor)
Ramil Mərdan oğlu Ağayev (20 dekabr 1984, Lerik – 8 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin mayoru, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Ağayev 1984-cü il dekabrın 20-də Lerik şəhərində anadan olub. Ailəli idi. 2 övladı yadigar qaldı. == Hərbi xidməti == Azərbaycan Ordusunun mayoru olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 8-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Lerik şəhərində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Ramaldanov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramil Ağayev (şəhid)
Ramil Ağarəhim oğlu Ağayev (20 sentyabr 1994, Sabirabad rayonu – 13 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub.Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb.Digah Ərazi nümayəndəliyində müdir müavini vəzifəsində,daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi.Ailəli olan qəhrəmanımızın Firuzə adında 10 aylıq körpəsi var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Ramil Ağayev (əsgər)
Ramil Ağarəhim oğlu Ağayev (20 sentyabr 1994, Sabirabad rayonu – 13 oktyabr 2020, Hadrut, Xocavənd rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Ağayev 20 sentyabr 1994-cü ildə Sabirabad rayonunda anadan olub.Ali təhsilini Azərbaycan Memarlıq və İnşaat Universitetində alıb.Digah Ərazi nümayəndəliyində müdir müavini vəzifəsində,daha sonra isə Abşeron Rayon İcra Hakimiyyətində Tikinti-Memarlıq şöbəsində baş mütəxəssis vəzifəsində işləyirdi.Ailəli olan qəhrəmanımızın Firuzə adında 10 aylıq körpəsi var. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramil Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramil Ağayev oktyabrın 13-də Hadrut döyüşləri zamanı şəhid olub. Doğulduğu Sabirabad dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Ağayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
Ramil Babayev (aktyor)
Ramil Babayev (13 sentyabr 1978, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ramil Babayev 1978-ci il sentyabr ayının 13-də Bakı şəhərində anadan olub. 6-cı sinifdə 13 yaşında Kiyev şəhərinə gedib. 2 dəfə respublika çempionu, Bakı çempionu olub. == Fəaliyyəti == Ramil Babayev hərbi xidmətdən qayıdanda artıq qardaşı Emin Hadıyev ATV kanalında, radioda işləyirdi. Emin onu 2001-ci ildə ATV kanalına gətirdi. Sonra radioda "İnternet klub" verlişində işləyib. Daha sonra efir rejissorluğunu, sonra montajı öyrənib. ATV kanalinda Reklam direktoru vəzifəsində çalışıb. Bir neçə layihənin Rəhbəridir və Hal hazırda Azad Azərbaycan kanalında çalışır.
Ramil Babayev (baş leytenant)
Ramil Taqət oğlu Babayev (12 dekabr 1991; Şilyan, Kürdəmir rayonu — 29 sentyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Babayev 1991-ci il dekabrın 12-də Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun baş leytenantı olan Ramil Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Ramil Babayev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il yanvarın 31-də Kürdəmir rayonunda dəfn olunub.
Ramil Əliyev (məşqçi)
Ramil Əliyev (d. 21 iyun 1986, Brest, Belarusiya SSR, SSRİ) — Azərbaycan futbol mütəxəssisi, Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçi (20 yaş). == Həyatı == Ramil Əliyev 21 iyun 1986-cı ildə Belarusiya SSR-nin Brest şəhərində anadan olmuşdur. == Karyerası == === Futbolçu === Futbol üzrə Azərbaycan çempionatı 2004/2005 mövsümündə MOİK-də çıxış edib və zədə səbəbindən karyerasını erkən başa vurub. === Məşqçi === Ramil Əliyev Azərbaycan futbol tarixində Premyer Liqada debüt etmiş ən gənc baş məşqçidir. O, 20 yaşında ikən 2006-cı ildə MOİK (Bakı) komandasını baş məşqçi kimi meydana çıxarmışdır. Futbol üzrə Azərbaycan çempionatı 2005/2006 mövsümündə 25 mart 2006-cı ildə MOİK (Bakı) – Olimpik (Bakı) oyununda Premyer Liqada baş məşqçi kimi debüt etmiş və həmin qarşılaşmadan komandası 0:2 hesabı ilə məğlub ayrılmışdır. Ramil Əliyev UEFA-nın A lisenziyasına malikdir.
Ramil Əliyev (əsgər)
Ramil Vüqarəddin oğlu Əliyev (9 dekabr 1996, Hacıqabul rayonu – 5 oktyabr 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramil Əliyev 9 dekabr 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Ramil 2002-ci ildə Nofəl Quliyev adlı məktəbin 1-ci sinfinə daxil olmuşdur. 2013-cü ildə həmin məktəbi bitirmişdir. 2013-cü ildə Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinə qəbul olmuşdur. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ağaşirin Babayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramil Əliyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramilə Kaşdayeva
Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı. == Karyerası == Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib. İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib. Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.
Ramilə Kaştayeva
Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı. == Karyerası == Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib. İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib. Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.
Ramilə Qurbanlı
Qurbanlı Ramilə Cəfər qızı (13 oktyabr 1970, Cəbrayıl rayonu) — Azərbaycanlı jurnalist-publisist, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda aparıcı məsləhətçi, Azərbaycan Jurnalistlər Birliyinin və Teatr Xadimləri İttifaqının üzvü. == Həyatı == Ramilə Qurbanlı 1970-ci il oktyabrın 13-də Cəbrayıl rayonu Maralyan kəndində anadan olub. 1994-cü ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu rus dili filologiyası ixtisası üzrə bitirib. 1994–95-ci illərdə Xızı rayonu Sitalçay orta məktəbində rus dilindən dərs deyib. Mətbuatda hekayələr, reportajlar, publisistik materiallarla çıxış edib. İlk dəfə 1995-ci ildə "Ədəbiyyat qəzeti"ndən peşəkar jurnalistika fəaliyyətinə başlayıb. "7 Gün", "Gənclik – P. S", "Gün Səhər", "Üç nöqtə", "Yeni zaman" qəzetlərində, Lent.az, Kulis.az internet saytlarında müxbir və redaktor vəzifələrində çalışıb. APA internet TV–də "Mizan" adlı müəllif proqramı ilə efirə çıxıb. "33 pərdəli dram", "Leyla Bədirbəyli","Lütfəli Abdullayev", "Əliağa Ağayev", "Ələsgər Ələkbərov", "Müharibə miniatürləri" adlı kitabların müəllifidir.
Ramilə Yusubova
Ramilə Kaşdayeva (qızlıq soyadı: Yusubova; doğ. 28 iyul 1987, Tbilisi, Gürcüstan SSR) — Azərbaycan paracüdoçusu, keçmiş cüdoçu, Azərbaycan Dövlət Sərhəd Xidmətinin giziri. Cüdo üzrə idman ustası, 2010-cu il dünya çempionatının bürünc mükafatçısı. == Karyerası == Ramilə Kaştayeva beynəlxalq səviyyədə ilk uğurunu 2003-cü ildə qazanıb. O, Bakı şəhərində keçirilmiş yeniyetmə cüdoçuların Avropa çempionatında iştirak etmiş və 63 kq çəki dərəcəsində qızıl medal qazanmışdır.2005-ci ildə Azərbaycan çempionatında 63 kq çəki dərəcəsində ikinci yerə çıxıb.2006-cı ildə 23 yaşadək gənclər arasında Azərbaycan birinciliyində ikinci yerə çıxıb.2006 və 2009-cu illərdə 23 yaşadək gənclər arasında Avropa çempionatında bürünc medal qazanıb.2008-ci ildə 63 kq, 2013-cü ildə isə 70 kq çəki dərəcəsində Azərbaycan çempionu olub.2010-cu ildə Tokio şəhərində keçirilmiş dünya çempionatında bürünc medal qazanıb.2012-ci il London Yay Olimpiya Oyunlarında ölkəsini 63 kq-a qədər çəki dərəcəsində təmsil edib. İlk görüşündə türkmənistanlı Gülnar Haytbayevanı 1 vazari və 1 yuka xalı ilə məğlub edib. İkinci görüşündə cənubi koreyalı Da-Vun Younqa ippon fəndiylə məğlub olaraq mübarizəni dayandırıb.2017 İslam Həmrəyliyi Oyunlarında paracüdo yarışlarında iştirak edib. 1/2 final mərhələsində Özbəkistan təmsilçisi Gülruh Rəhimovanı 5 saniyəyə ippon fəndiylə üstələyib. Final görüşündə digər Azərbaycan cüdoçusu Turanə Ağayevaya ipponla qalib gələrək qızıl medala sahib olub.

Значение слова в других словарях

изболе́ться конспекти́ровать популяризи́ровать размазня́ у́держ фо́сфорный этике́тный австрие́ц вы́мереть золотой теле́ц остроло́дочник саморазоблаче́нье самвики apophasis auspicial cabbage palm cocktail party crop-eared decolonization pliers spice island Yemen ослабелый предательница фаустпатрон