RAMİN

Ra yəhudilərdə günəş Allahının adı olub. Ramil, Ramin kimi sözlər “günəşin övladı” anlamını əks etdirir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

RAMİL
RAMİZ
OBASTAN VİKİ
Ramin
Ramin — Azərbaycan kişi adı. Ramin Hacılı — Azərbaycanlı siyasi aktivist Ramin Şıxəliyev — Azərbaycan aktyoru. Ramin Mahmudzadə — Ramin Hacıyev — Azərbaycan rejissoru, aktyor.
Ramin (1988)
== Məzmun == Film xüsusi rejimli respublika internat məktəbində çəkilmişdir. Problematik film uşaqlarla bağlı cinayətkarlığa qarşı mübarizəyə həsr olunub. Filmdə Əkbər Əkbərovun direktor olduğu xüsusi rejimli internat məktəbinin işindən, Ramin adlı oğlanın taleyində və onun belə bir məktəbə necə düşməyindən söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Aydın Dadaşov Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Ramin Bayramlı
Ramin Baba oğlu Bayramlı (20 noyabr 1979, Toxluca, Çəmbərək rayonu) — Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi İdarə Heyətinin sədri (2 dekabr 2019-cu il — 12 sentyabr 2021-ci il), Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru. Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və immunologiya kafedrasının müəllimidir (3 fevral 2023-cü ildən). == Həyatı == Ramin Bayramlı 20 noyabr 1979-cu ildə Göyçə mahalının Toxluca kəndində ziyalı ailəsində anadan olub. 1996-cı ildə Şəmkir rayonunun Çənlibel kənd 1 saylı orta məktəbini bitirib, həmin il Azərbaycan Tibb Universitetinin tibbi profilaktika fakültəsinə daxil olub. Tələbəlik illərində Mərkəzi Hərbi Klinik Hospitalın travmatologiya və ortopediya bölməsində gecə növbəsində tibb qardaşı vəzifəsində çalışıb. 2007–2008-ci illərdə İstanbul Universitetində, 2010-cu il Kocaeli Universitetində elmi tədqiqatlar aparıb, 2009-cu ildə 19 Mayıs Universitetində Tibbi Laboratoriyaların İdarə olunması kursunu bitirib. Ailəlidir, 4 övladı var. == Əmək fəaliyyəti == 2001–2005-ci illərdə Azərbaycan Tibb Universitetinin Mikrobiologiya və İmmunologiya kafedrasının baş laborantı, 2005–2010-cu illərdə həmin kafedranın assistenti, 2010–2013-cü illərdə baş müəllimi işləyib. 2011–2016-cı illərdə ATU-nun Tədris Terapevtik Klinikasının Mərkəzi Laboratoriyasının müdiri, 2013–2016-cı illərdə həmin klinikanın baş həkimi, 2018–2019-cu illərdə Talessemiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini kimi çalışıb. 2013–2016-cı illərdə ATU-nun Tədris-Terapevtik klinikasında işlədiyi kollektivlə birlikdə ölkəmizdə ilk dəfə tam elektronlaşmış Klinikanın qurulmasına və Klinikada 7 yeni şöbənin yaradılmasına, bu şöbələrə xaricdə təhsil almış gənc mütəxəssislərin cəlb olunmasına nail olub.
Ramin Bayramov
Ramin Hüseynağa oğlu Bayramov (8 oktyabr 1979, Alar, Cəlilabad rayonu – 10 noyabr 2020, Qubadlı) — Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi. == Həyatı və hərbi xidməti == Ramin Bayramov 8 oktyabr 1979-cu ildə Cəlilabad rayonunun Alar kəndində dünyaya göz açmışdır. 1986-1996-cı illərdə Alar kənd 2 saylı orta məktəbdə təhsil almışdır. 1996-cı ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olmuşdur. 2000-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurduqdan sonra 3 ay hərbi təlim-məşq keçərək leytenant rütbəsi almışdır. 2005-2006-cı illərdə hərbi xidmət qulluqçusu olan Ramin Bayramov bu müddətdə baş leytenant rütbəsi almış, sonda ehtiyatda olan zabit kimi ehtiyata buraxılmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun baş leytenantı olan Ramin Bayramov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində hərbi səfərbərlik zamanı könüllü iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. 10 noyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. 11 noyabr tarixində Cəlilabad rayonunun Alar kəndində torpağa tapşırılmışdır.
Ramin Bağırov
Ramin Bağırov (general-mayor) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının general-mayoru, Vətən müharibəsinin Komandanlarından biri. Ramin Bağırov (şəhid) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı, Vətən müharibəsinin şəhidi.
Ramin Cavadi
Ramin Cavadi (fars. رامین جوادی‎; 19 iyul 1974, Duysburq, Şimali Reyn-Vestfaliya) — İran-Alman əsilli bəstəkar. Marvel filmi Dəmir-Adam və HBO kanalında yayımlanan Taxt-tac oyunları serialına bəstələdiyi musiqilər ilə tanınır. Həmçinin o Titanların Müharibəsi, Sakit Okean Döyüşü, Varkraft, Zamanın fırlanması, Əbədilər, filminin, Həbsxanadan qaçış, Person of Interest, Cek Rayan, Qərb Dünyası seriallarının, Medal of Honor, Gears of War 4 və Gears 5 oyununun bəstəkarlığını etmişdir. 2018-ci ildə Taxt-tac oyunlarının "Əjdaha və Canavar", 2019-cu ildə isə "Uzun Gecə" epizodlarına görə ardıcıl Emmi Mükafatına layiq görülmüşdür.
Ramin Cavadov
Ramin Emin oğlu Cavadov (19 aprel 2000; Xələc, Salyan, Azərbaycan — 20 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin MAXE hərbi qulluqçu'su, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Cavadov 19 aprel 2000-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. == Hərbi xidmətləri == Ramin Cavadov 2020-ci ildə müddətdən artıq xidmət edən əsgər kimi xidmətə başlamışdır. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Ramin Cavadov Fizuli döyüşlərində savaşıb. 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində həlak olmuşdur. Salyanda dəfn edilib.Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Ramin Cavadov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Ramin Hacılı
Ramin Rasim oğlu Hacılı (2 sentyabr 1983, Arayatlı, Füzuli rayonu) — siyasi aktivist; "Üçüncü gələcək" jurnalının təsisçisi və baş redaktoru. Azərbaycan Avropa Hərəkatının prezidenti (2012 – indi) == Həyatı == Ramin Rasim oğlu Hacılı 2 sentyabr 1983-cü il tarixində Azərbaycan Respublikası, Füzuli rayonu, Arayatılı kəndində doğulub. 1993-cü ildə erməni hərbi birləşmələrinin Füzuli rayonunu işğalı etməsi səbəbindən məcburi köçkün kimi ailəsi ilə birlikdə Bakı şəhərinə köç edərək vaqonda məskunlaşıb. Orta təhsilini Bakı şəhəri, Nizami rayonu 220 saylı tam orta məktəbdə başa vurub. 2002-ci ildən 2006-cı ilədək Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmələr fakültəsində Beynəlxalq Siyasi Münasibətlər ixtisası üzrə ali təhsil alıb. Türkiyə İstanbul Univeristetinin beynəlxalq münasibətlər ixtisası, ABŞ-də liderlik proqramı üzrə və Malta Respublikasının ixtisaslaşdırılmış ingilis dili kursunda təhsil alıb. 2002–2004-cü illərdə "Rəsulzadə — Elçibəy Ocağı"nın sədr müavini vəzifəsində çalışıb. 2005–2006-cı illərdə Dalğa Gənclər Hərəkatının təsisçilərindən biri və ilk sədri; 2007–2008-ci illərdə isə Dalğa Gənclər Hərəkatının təsis etdiyi "Demokratiya Məktəbi"nin direktoru olub. Hazırda "Demokratiya Məktəbi"nin təlimçisi, "Demokratiya Akademiyası"nın prezidentidir.2006–2007-ci illərdə ABŞ-nin Hüquqşünaslar Assosiasiyasının dəstəyi ilə Bakı şəhərində keçirilən "SAĞLAM TƏHSİL" kampaniyasına rəhbərlik edib. 2006-cı ilin sentyabr ayının 17–dən nəşr olunan gənclər üçün "Alma" ictimai–siyasi qəzetinin ideya müəllifi və koordinatoru olub..
Ramin Hacıyev
Ramin Hacıyev (29 dekabr 1976, Kirovabad) — Azərbaycan rejissoru, ssenari müəllifi, aktyor. == Həyatı == Ramin Hacıyev 1976-cı ildə Gəncədə anadan olmuşdur. 1983–1994-cü illərdə 18 saylı orta məktəbi, 1995–2000-ci illərdə Qafqaz Universitetinin "Biznes üzrə menecer" fakültəsini, 1999–2000-ci illərdə Türkiyənin İstanbul Kültür Universitesinin "Cinema Academy"nin Kinorejissorluğunu bitirmişdir. Bir neçə layihənin rejssoru və müəllifidir. == Mükafatları == 31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. == Filmoqrafiya == Toy (film, 2005) — Cabbar Ailəm (film, 2006) Qonşular (film, 2006) — Əfsələddin Milçək (film, 2006) — Qədeş Koma 0,1 saniyədə (film, 2007) Bacanaqlar (teleserial, 2009) — Məhəbbət Qız atası (teleserial, 2014) Səfərin ailəsi (teleserial, 2014) — Baloğlan Qardaşlar (teleserial, 2015) Kişi sözü (teleserial, 2015) Ailəcanlı (teleserial, 2017) Xalxın evi (teleserial, 2017) Ay yay yay (teleserial, 2018) Mən kiməm?
Ramin Hüseynov
Ramin Hüseynov (tam adı: Ramin Qüdrət oğlu Hüseynov; 8 sentyabr 1993; Çaparlı, Ağsu rayonu — 8 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Giziri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Hüseynov 1993-cü ilin sentyabrın 3-də Ağsu rayonunun Çaparlı kəndində anadan olub. 2001-ci ildə Ağsu rayonu Çaparlı kəndin 1-ci sinifə gedib. 2002-ci ildə Bakı şəhəri, Binəqədi rayonu,284 saylı tam orta məktəbin 2-ci sinfinə daxil olub.2011-ci ildə orta təhsilini başa vuraraq, hərbi xidmətə yollanır. Ailədə 3 qardaşdan kiçiyi idi. Subay idi. == Hərbi xidməti == 2011-ci ildə hərbi xidmətə yollanan Ramin 2013-cü ildə hərbi xidməti başa vurur. 2014-cü ildə gizirlik kursuna daxil olmuş və kursu bitirdikdən sonra Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində rabitə taborunun komandir müavini işləmişdir. Fəxri fərmanlarla təltif olunmuşdur. 2016-cı il Aprel döyüşlərinin iştirakcısı olmuşdur.
Ramin Həsənov
Həsənov Ramin Müzəffər oğlu (7 noyabr 1977) — Azərbaycan diplomatı, Azərbaycan Respublikasının Cənubi Koreyadakı fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Ramin Həsənov 7 noyabr 1977-ci ildə doğulmuşdur. 1994-cü ildə orta məktəbi bitirmişdir. 1994—1998-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində bakalavr pilləsində təhsil almışdır. 1998—2000-ci illərdə eyni fakültənin magistratrura pilləsində təhsilini davam etdirmiş və 2000-ci ildə beynəlxalq hüquq üzrə magistr dərəcəsini almışdır. 1999-cu ildə Almaniya Xarici İşlər Nazirliyinin xarici diplomatlar üçün kursunda iştirak etmişdir. Azərbaycan, alman, ingilis, rus və türk dilləri bilir. Evlidir, iki övladı var. == Diplomatik karyerası == Ramin Həsənov diplomatik xidmətə 1999-cu ildə başlamışdır. 1999—2000-ci illərdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Avropa və Kanada idarəsində referent və attaşe vəzifələrində çalışmışdır.
Ramin Kərimli
Ramin Əli oğlu Kərimli (17 dekabr 1999; Qaragüvəndikli, İmişli rayonu, Azərbaycan — 28 sentyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Kərimli 17 dekabr 1999-cu ildə İmişli rayonunun Qaragüvəndikli kəndində Əli Kərimovun ailəsində anadan olmuşdur. Atası Ramin şəhid olduqdan bir müddət sonra dünyasını dəyişmişdir. Ramin 2005-2016-cı illərdə İmişli rayon Qaragüvəndikli kənd tam orta məktəbdə təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Ramin Kərimli Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət qulluqçusu olmuşdur. Bir müddət mülki fəaliyyət göstərdikdən sonra fəaliyyətini müddətdən artıq hərbi qulluqçu kimi davam etdirmişdir. Azərbaycan Ordusunun əsgəri olan Ramin Kərimli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Aslan Salmanov 28 sentyabr 2020-ci ildə Füzuli rayonu istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Ramin Mahmudzadə
Ramin Əlinazim oğlu Mahmudzadə (31 avqust 1935, Bakı – 9 avqust 2022) — fizika-riyaziyyat elmləri namizədi, dosent, məktəblilərdən ibarət informatika üzrə Ümumittifaq və beynəlxalq olimpiadalara hazırlıq işlərinin rəhbəri, Bakı "Bilik" Cəmiyyətinin nəzdində "İstehsalatda Riyazi üsullar" İctimai İnstitutunun rektoru (1985–1990), Təhsilin İnformasiyalaşdırılması Resurs Mərkəzinin rəhbəri (1999–2003), Focal Point UNESCO-nun Azərbaycanda rəhbəri (2002–2005), Təhsil Nazirliyinin "İnformasiya Texnologiyaları Təhsildə" Metodiki Şurasının sədri, əməkdar müəllim, 2005-ci ildə "Şöhrət" ordeni ilə təltif olunmuşdur.İT sahəsində ilk azərbaycanlı mütəxəssisləri hazırlayan alim kimi tanınır.XX əsrin ikinci yarısından yeni yaranan kompüter elmlərinin (informatika) Azərbaycanda inkişafında onun böyük rolu olmuşdur. Bu baxımdan o, həm də Azərbaycanın ilk proqramçısı sayılırdı. == Həyatı == Ramin Mahmudzadə Əlinazim oğlu 31 avqust 1935-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1953-cü ildə orta məktəbi Ukraynada bitirmişdir. 1953-cü ildə Dnepropetrovsk Dağ-Mədən İnstitununa daxil olub. 1956-cı ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1958-ci ildə Leninqrad Dövlət Universitetində təhsilini davam etdirmiş, 1961-ci ildə oranı bitirmişdir.1961-ci ildən 1968-ci ilədək Azərbaycan Dövlət Universitetinin Mexanika Riyaziyyat fakültəsində asisent işləmişdir. 1968–1973-cü illərdə Azərbaycan EA Nəzəri Kimya Problemləri İnstitutunda şöbə müdiri olmuşdur. 1973-cü ildə Bakı Dövlət Universitetinə qayıtmış, tətbiqi-riyaziyyat və kibernetika fakültəsində dərs demişdir. Əvvəlcə baş müəllim, namizədlik dissertasiyasını müdafiə etdikdən sonra dosent, kafedra müdiri vəzifəsində işləmişdir.
Ramin Musayev
Ramin Musayev (26 aprel 1963, İncəoğlu, Bolnisi rayonu) — Azərbaycan Peşəkar Futbol Liqasının prezidenti (2008—2022). == Həyatı == Musayev Ramin Namaz oğlu 1963-cü il 26 aprel tarixində Gürcüstanın Bolnisi rayonunun İncəoğlu kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun müddət Azərbaycanın hüquq-mühafizə sistemində calışıb, sonradan Neftçinin vitse-prezidenti işləyib. 2008-ci ildən Peşəkar Futbol Liqasının prezidentidir. O, 29 iyul 2022-ci il tarixində səhhəti ilə əlaqədar tutduğu vəzifədən istefa vermişdir.
Ramin Məmmədli
Ramin Məmmədli (tam adı: Ramin Aydın oğlu Məmmədli; 1997, Babaratma, Şəki rayonu — 2020, Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Məmmədli Ramin Aydın oğlu 14 noyabr 1997-ci ildə Şəki rayonu Babaratma kəndində anadan olmuşdur. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlamışdır. Əmisi Habil Məmmədov, Birinci Qarabağ müharibəsi qazisidir. == Hərbi xidməti == Ramin Məmmədli, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərmişdir. === İkinci Qarabağ müharibəsində iştirakı === Sentyabr ayının 29-dan könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmışdır. Ramin, Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə şücaətlə vuruşmuşdur. Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq, Ramin, yaralı halda neytral zonada olan digər bir silah yoldaşına yardım etmək üçün irəli qaçır.
Ramin Məmmədov
Ramin Məmmədov (siyasətçi)
Ramin Nurəhmədov
Ramin Marif oğlu Nurəhmədov (18 sentyabr 1990; Nəcəfkənd, Qusar rayonu, Azərbaycan — 2 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri (müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu), İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Nurəhmədov 1990-cı il sentyabrın 18-də Qusar rayonunun Nəcəfkənd kəndində anadan olub. Milliyyətcə ləzgi idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramin Nurəhmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində Xocavəndin və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ramin Nurəhmədov noyabrın 2-də Xocavənd rayonu istiqamətində şəhid olub. Qusar rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Nurəhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Nurəhmədov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Ramin Nəsirli
Ramin Nəsirli (24 sentyabr 2002, Azərbaycan) — Azərbaycan futbolçusu, Azərbaycan Premyer Liqasında çıxış edən "Neftçi" PFK-nın yarımmüdafiəçisi. == Klub karyerası == Ramin Nəsirli 19 fevral 2022-ci ildə Azərbaycan Premyer Liqasında "Neftçi Bakı"nın heyətində "Şamaxı" ilə matçda debüt etmişdir.
Ramin Qasımov
Ramil Famil oğlu Qasımov (1981) — azərbaycanlı cüdoçu. Ramil Adıgözəl oğlu Qasımov (1984) — azərbaycanlı opera müğənnisi.
Ramin Quliyev
Ramin Quliyev (futbolçu) — azərbaycanlı futbolçu. Ramin Quliyev (leytenant) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi.
Ramin Quluzadə
Ramin Namiq oğlu Quluzadə (1 fevral 1977, Bakı) — Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri, Azərbaycan Respublikasının sabiq nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri (2016–2021). == Həyatı == 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ailəlidir, 2 övladı var. 1983–1993-cü illərdə Bakı şəhəri Yasamal rayonu 167 saylı orta məktəbini bitirərək, Azərbaycan Dövlət İqtisad İnstitutuna daxil olmuşdur. 1997-ci ildə həmin institutu bakalavr, 1999-cu ildə magistr dərəcəsi ilə bitirmişdir. Rus və ingilis dillərini bilir. == Karyerası == 2005–2015-ci illərdə Heydər Əliyev Fondunda fəaliyyət göstərmişdir. 2015−2016-cı illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin edilmişdir. 2016–2017-ci illərdə Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir. 2017-ci il fevralın 13-də Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilmişdir.
Ramin Qurbanov
Ramin Qurbanov (Qaraqurbanlı) (tam adı: Ramin Afad oğlu Qurbanov, 10 may 1974, Bakı) — Azərbaycan alimi, hüquqşünas, Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti. Bakı Apelyasiya Məhkəməsinin hakimi, Azərbaycan Respublikası Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının İdarə Heyətinin üzvü. Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun "Beynəlxalq hüquq" şöbəsinin müdiri (2018-ci ildən), hüquq elmləri doktoru, Q.V.Plexanov adına Rusiya İqtisad Universitetinin mülki-hüquq fənləri kafedrasının professorudur. Ramin Qurbanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Elektron məhkəmə" informasiya sisteminin yaradılması üzrə İşçi Qrupunun rəhbəri, Avropa dövlətlərinin məhkəmə sistemlərinin təşkili və qiymətləndirilməsinə dair beynəlxalq tədqiqat layihələrinin ekspertidir, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə apardığı məhkəmə sisteminin müasirləşdirilməsi sahəsində layihələrin koordinatoru, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Hüquq Elmləri üzrə Ekspert Şurasının üzvüdür. == Tərcümeyi-halı == Ramin Qurbanov 10 may 1974-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası akademik Afad Qurbanov — görkəmli Azərbaycan dilçi-alimi, müasir Azərbaycan əlifbasının müəllifi və anası Zöhrəxanım Qurbanova tibb elmləri namizədidir. Ramin Qurbanovun, həmçinin, iki qardaşı və iki bacısı vardır: Rəşad Qurbanov — hüquq elmləri doktoru, professor, Rusiya Federasiyasının əməkdar hüquqşünası; Fuad Qurbanov — tibb elmləri doktoru; Fərəh Qurbanova — tibb elmləri doktoru, dosent; Fidan Qurbanova — filologiya elmləri doktoru, professor. Evlidir, 3 övladı var == Təhsili == 1990-cı ildə Ramin Qurbanov Bakı şəhərinin 134 nömrəli orta məktəbini medalla bitirmişdir. O, 1995-ci ildə Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1996-cı ildən 1998-ci ilədək Bakı Dövlət Universitetində aspiranturada oxumuşdur.
Ramin Rzayev
Ramin Rza oğlu Rzayev (19 sentyabr 1961) — texnika üzrə elmlər doktoru, professor, AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun baş elmi işçisi. == Həyatı == Rzayev Ramin Rza oğlu, 19 sentyabr 1961-ci ildə Azərbaycan Respublikasının Sumqayıt şəhərində anadan olmuşdur. Sumqayıt şəhəri 11 saylı orta məktəbini 1978-ci ildə bitirmişdir. 1979-cu – 1984-cü illərdə Bakı Dövlət Universitetinin “Mexanika-Riyaziyyat” fakültəsinin əyani şöbəsində oxumuşdur. İxtisası: Riyaziyyatçı.Riyaziyyat müəllimi. 1990-ci – 1994-cü illərdə Bakı Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının dissertantı. Riyaziyyat üzrə Fəlsəfə Doktoru (fizika-riyaziyyat elmlər namizədi) elmi dərəcəsini: 1994-cü ildə Bakı Dövlət Universitetinin nəzdində Д. 054.03.02 ixtisaslaşdırılmış şurada 01.01.01 – “Riyazi analiz” ixtisası üzrə Bakı Dövlət Universitetinin “Funksiyalar nəzəriyyəsi və funksional analiz” kafedrasının professoru, f.-r.e.d., C.İ. Məmmədhanovun rəhbərliyi ilə «Полиномиальная аппроксимация функций на континумах комплексной плоскости» (“Kompleks müstəvisinin kontinumlarında funksiyaların polinomial approksimasiyası”) adlı namizədlik dissertasiya işini müdafiə etmişdir. Texnika Elmləri Doktoru elmi dərəcəsi: 2011-ci ildə AMEA İdarəetmə Sistemləri İnstitutunun D01.121 Dissertasiya şurasında 3338.01 (05.13.01) – “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə «Методы и средства поддержки принятия адаптированных решений в условиях неопределенности (в исследовании экономических процессов и событий)» (“Qeyri-müəyyənlik şəraitində adapdiv qərarların qəbuledilməsinə dəstək verən üsullar və vasitələr (iqtisadi proseslərin və hadisələrin tədqiqində”) adlı doktorluq dissertasiya işini müdafiə etmişdir. Məşğul olduğu elmi sahə: Elmi maraq sferasına informasiyanın, eləcə də strukturllaşmamış və zəif strukturlaşmış verilənlərin (məlumatların) təhlili və işlənməsinin intellektual üsullarının tətbiqi (Data Mining) aspektləri daxildir. Sosial-iqtisadi proses və hadisələrin öyrənilməsi ilə bağlı tədqiqatlarında Soft Computing texnologiyalarının alətləri, o cümlədən, qeyri-səlis məntiq (Fuzzy Logic), neyron şəbəkələri nəzəriyyəsi (Neural Networks Theory), xaos nəzəriyyəsi (Chaos Theory) və fraktal həndəsə xüsusi yer tutur.
Ramin Zeynalov
Ramin Yasən oğlu Zeynalov (1 mart 2000; Qiyaslı, Ağdam rayonu, Azərbaycan — 19 oktyabr 2020; Kəlbəcər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Ramin Zeynalov 1 mart 2000-ci ildə Ağdam rayonunun Qiyaslı kəndində Yasən Zeynalovun ailəsində anadan olmuşdur. 2006-2017-ci illərdə orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Ramin Zeynalov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində atıcı olaraq iştirak etmişdir. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Ramin Zeynalov 19 oktyabr 2020-ci ildə Murovdağ silsiləsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Ağdam rayonunda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zeynalov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zeynalov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramin Zeynalov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi. == Xatirəsi == Ağdamın Baharlı qəsəbəsində yerləşən Təhsil Mərkəzi Ramin Zeynalovun adını daşıyır.
Ramin İbrahimov
Ramin İbrahim oğlu İbrahimov (2 iyul 1978; İcevan, Ermənistan SSR) — Azərbaycanı təmsil edən cüdoçu. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarında qalibi olub. == Həyatı == Ramin İbrahimov 1978-ci il iyulun 2-də İcevan şəhərində anadan olub. == Karyerası == Ramin İbrahimov 2006-cı ildə Dünya Çempionatının bürünc medalına sahib oldu. 2007-ci ildə isə Ramin İbrahimov, həm Avropa Çempionatının, həm də Ümumdünya Oyunlarının qalibi oldu. Ramin İbrahimov 2008-ci ildə Çində baş tutan XIII Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin təsnifat mərhələsində Ukrayna nümayəndəsi İqor Zasyadhoviçi ipponla, 1/4 final mərhələsində Rusiya nümayəndəsi Səid Şahanova da ipponla qalib gələn Ramin İbrahimov, 1/2 final mərhələsində Əlcəzair nümayəndəsi Mövlud Nuraya məğlub oldu və Paralimpiada da mübarizəsini bürünc medal uğrunda görüşdə davam elədi. Bu görüşdə onun rəqibi Birləşmiş Krallıq nümayəndəsi Ben Kulter oldu. Həmin görüşdə rəqibini ipponla məğlub edən Ramin İbrahimov, XIII Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu. 2009-cu ildə Debretsen şəhərində (Macarıstan) baş tutan Avropa Çempionatının qızıl medalına sahib olan Ramin İbrahimov, 2010-cu ildə Dünya Çempionatını, 2011-ci ildə isə Ümumüünya Oyunlarını bürünc medallarla başa vurdu.
Ramin (film, 1988)
== Məzmun == Film xüsusi rejimli respublika internat məktəbində çəkilmişdir. Problematik film uşaqlarla bağlı cinayətkarlığa qarşı mübarizəyə həsr olunub. Filmdə Əkbər Əkbərovun direktor olduğu xüsusi rejimli internat məktəbinin işindən, Ramin adlı oğlanın taleyində və onun belə bir məktəbə necə düşməyindən söhbət gedir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Nicat Bəkirzadə Ssenari müəllifi: Aydın Dadaşov Operator: Yuri Varnovski Səs operatoru: Vladimir Savin == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 356.
Ramin Bağırov (general-mayor)
Ramin Sabir oğlu Bağırov — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının general-mayoru, Vətən müharibəsinin Komandanlarından biri. == Həyatı == Ramin Bağırov Azərbaycanda anadan olub. == Hərbi xidməti == Polkovnik-leytenant Ramin Bağırov Azərbaycan Prezidenti İlham Əliyevin 28 avqust 2013-cü il tarixli 3099 nömrəli Sərəncamına əsasən 2-ci dərəcəli "Vətən uğrunda" medalı ilə təltif edildi.
Ramin Bağırov (leytenant)
Ramin Bağırov (tam adı: Ramin Nəriman oğlu Bağırov 19.4.1999, Badamlı, Şahbuz, Azərbaycan — 27.10.2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və döyüş yolu == Bağırov Ramin Nəriman oğlu 19 aprel 1999-cu ildə Şahbuz rayonu Badamlı qəsəbəsində anadan olub. 2006-cı ildə Şahbuz rayon Badamlı qəsəbəsində 1-ci sinfə daxil olur və 8 il həmin məktəbdə təhsil alır. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olan o, 2016-cı ildə həmin liseydən məzun olur. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Naxçıvana geri qayıdıraq yenidən orduya yazılır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu keçərək xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlayır. Sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsinə 18 oktyabr tarixindən qatılır. Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edir.
Ramin Bağırov (şəhid)
Ramin Bağırov (tam adı: Ramin Nəriman oğlu Bağırov 19.4.1999, Badamlı, Şahbuz, Azərbaycan — 27.10.2020, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kəşfiyyatçısı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və döyüş yolu == Bağırov Ramin Nəriman oğlu 19 aprel 1999-cu ildə Şahbuz rayonu Badamlı qəsəbəsində anadan olub. 2006-cı ildə Şahbuz rayon Badamlı qəsəbəsində 1-ci sinfə daxil olur və 8 il həmin məktəbdə təhsil alır. 2013-cü ildə Heydər Əliyev adına hərbi liseyə daxil olan o, 2016-cı ildə həmin liseydən məzun olur. Həmin il Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə (AAHM) daxil olur. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanır. 2020-ci ilin may ayında həqiqi hərbi xidmətini başa vurduqdan sonra Naxçıvana geri qayıdıraq yenidən orduya yazılır. Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun kəşfiyyatçı kursunu keçərək xüsusi təyinatlı hərbi hissədə kəşfiyyatçı vəzifəsində xidmətə başlayır. Sentyabr ayının 27-də başlanan İkinci Qarabağ müharibəsinə 18 oktyabr tarixindən qatılır. Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad olunması istiqamətində gedən döyüşlərdə iştirak edir.
Ramin Məmmədov (publisist)
Ramin Məmmədov (18 aprel 1957, Bum, Qutqaşen rayonu) — Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, istefada olan polis mayoru, publisist, Qaradağ rayonu Ağsaqqallar Şurasının sədr müavini. == Həyatı == 1957-ci il aprelin 20-də Qəbələ rayonunun Bum qəsəbəsində müəllim ailəsində anadan olmuşdur. 1972-ci ildə Bum qəsəbə orta məktəbinin səkkizinci sinfini bitirən Ramin Məmmədov 1972–1975-ci illərdə indiki Bakıxanov qəsəbəsində ÜİLKGİ-nin 50 illiyi adına 74 N-li orta texniki-peşə məktəbində oxumuş, tornaçı peşəsinə yiyələnərək orta təhsilini başa vurmuşdur. 1975–1976 və 1978–1979-cu illərdə Balaxanı qəsəbəsində M. Əzizbəyov adına Kənd Təsərrüfatı Maşın Təmiri zavodunda ixtisası üzrə işləmişdir. 1976–1978-ci illərdə Pskov vilayəti, Ostrov şəhəri ərazisində SSRİ Silahlı qüvvələrinin raket hissələrində xidmət etmiş, bölmə komandiri olmuş, xidmətdə və təlimlərdə daim fərqləndiyinə görə "Sovet Ordusu Əlaçısı" döş nişanına layiq görülmüş, serjant (indiki çavuş) rütbəsində ehtiyata tərxis olunmuşdur. 1979-cu ilin sentyabr ayından Rusiya Federasiyası Tümen vilayətinin Nijnevartovsk şəhər 33 saylı Tikinti Quraşdırma İdarəsində çilingər işləmişdir. 1980–1992-ci illərdə Nijnevartovsk Dəmir Yol Nəqliyyatı Daxili İşlər Şöbəsində bölmə komandiri, əməliyyat növbətçisi, SƏDM (İSQCM) əməliyyat müvəkkili vəzifələrində çalışmışdır. Həmin dövrdə xidmətdən ayrılmadan – 1981-ci ildə Kemerovo şəhərində kiçik komandirlər məktəbində altı aylıq kurs keçmiş, 1983–1985-ci illərdə Tümen vilayət partiya komitəsi yanında Siyasi Universitetin İdeoloji kadrlar şöbəsində ali, 1985–1988-ci illərdə SSRİ DİN-nin Nijnitagil Xüsusi Milis Məktəbində (Sverdlovsk filialı) orta-ixtisas hüquq təhsili almış, 1988–1990-cı illərdə uzun müddət ştatdankənar müxbiri olduğu Hijnevartovsk şəhər "Leninskoye znamya" (indi "Mestnoye vremya") qəzetinin nəzdində ikiillik jurnalistika kursunu bitirmişdir. 1992-ci ilin mart ayında Nijnevartovskda "Azərbaycan" adlı ilk diaspor təşkilatlarından birinin yaranmasında fəal iştirak etmişdir. 1992-ci ildə leytenant rütbəsində xidmətini doğma Vətənə dəyişərək Qaradağ RPİ-nin 10-cu PB-də əməliyyat növbətçisi, sahə müvəkkili və baş sahə müvəkkili vəzifələrində işləmiş, torpaqlarımızın bütövlüyü uğrunda gedən Qarabağ müharibəsində iştirak etmişdir.

Значение слова в других словарях

кинокарти́на кочеды́жниковый несомне́нный грамотёшка де́сятью дрянь неизве́стный отпутеше́ствоваться смешно́ травяно́й кабель комплекция chickabidy equiponderance hand-down interblend lotus pole repass sabot unwooded акушерство десятисложный телевизионщик хитростный