ULAQ

İlgək, ilmə sözlərindəki ilulaq kəlməsindəki ul tarixi baxımdan eyni sözdür, feildir. Arabanın ön və arxa oxlarını birləşdirən ağaca el arasında ulama deyirlər. Bu da yuxarıdakılarla qohumdur. Ul (il) feili “əlaqə yaratmaq”, “bağlamaq” anlamını əks etdirir. Ulaq ismi ul feilindən əmələ gəlib və məntəqələr arasında əlaqə yaradan heyvan (nəqliyyat vasitəsi) demək olub (qədim mənası: sifarişi çatdırmaq üçün “minilən at” demək olub). İndi məna bir qədər dəyişib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)

UĞUR1
ULAMA
OBASTAN VİKİ
Ulaq
Ulaq, uzunqulaq və ya eşşək (lat. Equus asinus asinus) — təkdırnaqlılar dəstəsinin atlar fəsiləsinə aid afrika eşşəyi növünün əhliləşdirilmiş yarımnövü. Təsərrüfatda mühüm əhəmiyyət kəsb etmişdir. Eşşəkləri hündürlükləri 1-1.4 metrə çatır. Onların iri başları və uzun yumşaq qulaqları olur. Vəhşi afrika eşşəkləri qırmızı dəniz sahillərində Somalidə, Eritreyadq və Şimali Efiopiyada yaşayırlar. == Ulaq nəqliyyat vasitəsi kimi == Atlar cinsindәn tәkdırnaqlı mәmәli heyvan yarımcinsi. Uzun vә hәrәkәtli qulaqlarının, ensiz dırnaqlarının vә ucunda uzun tüklәrdәn ibarәt fırçası olan nazik quyruğunun olması ilә әsl atlardan fәrqlәnir. Rәngi boz, ağ, qara, qәhvәyi olur. Vәhşi Ulaq Afrikada, Ön, Orta vә Mәrkәzi Asiyada yayılmışdır.
Ulaqan rayonu
Ulaqan rayonu(c.alt. Улаган аймак) — Altay Respublikasında rayon. == Coğrafiyası == Ulaqan rayonu Rusiya federasiyasının Altay Respublikasında yerləşir. == Tarixi == Ulaqan rayonu Pazırıq mədəniyyətinin beşiyidir. Altay diyarında e.ə. V-III əsrlərdə dəmir dövrünə aid arxeoloji tapıntılar hesab edilən pazırıq kurqanları əsas etibarı ilə ağacı, dəri, parça, gön, xəz, metalı və insan və at cəsədlərini əhatə edən qiymətli eksponatlardır ki, alimlərin fikrincə bütün bu mədəniyyət nümunələri yalnız uzun minilliklər ərzində buz qatının altında qaldığına görə məhv olmamışdır. Böyük Ulaqan çayının sağ sahilində Pazırıq dərəsində yerləşən bu kurqanlar Balıqtuyul bölgəsində bir neçə kilometr şimala doğru uznaraq 5 əsas böyük kurqanı əhatə edir. Üstü xırda daş, çınqıl və mamırla örtülmüş bu kurqanlar özünün taxta sütunları ilə ziyarətçiıərinin diqqətini cəlb edir. Bu qiymətli və regionda bənzəri olmayan arxeoloji abidə özünü miladdan əvvələ gedib çıxan tarixi ilə tarixsevənləri təəccübləndirdiyi kimi də baxımsız və zaman-zaman coğrafi hadisələr və regionun olduca sərt təbiəti nəticəsində sıradan çıxmağı ilə onları məyus edir.
Ulaqçi
Ulaqçi xan - Qızıl Ordanın III xanı idi. Qardaşının vaxtsız ölümündən sonra 10 yaşında taxta çıxdı. Əmisi Bərkə xanın xeyrinə taxtdan əl çəkdi və orduda sərkərdə oldu.

Значение слова в других словарях

вентили́роваться запята́я нахвата́ться недоу́здковый отоща́лый сеза́мовый деклами́рование де́тски ма́врский непроводи́мость перетача́ть постимпрессиони́ст разволнова́ть раздробля́ться рисово́д тю́зовка bluejack cluck cos lettuce evaporated milk multicoloured redamation revanchist заляпать питомец