Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «Ç» – 1096
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
ÇA ÇE ÇƏ ÇI Çİ ÇO ÇÖ ÇU ÇÜ
 

Ç

Azərbaycan əlifbasının dördüncü hərfi. Bax çe.

ÇADIR

is. Su buraxmayan parçadan düzəldilən müvəqqəti yaşama, daldalanma yeri.
подробнее

ÇADIRÇI

is. köhn. Çadır ustası. [Çadırçı usta:] Bizə yoldaşdı o rəhmətlik baban; Bir çadırçıydı o da. H.Cavid.

ÇADRA

is. Qadınların başdan topuğacan bədənlərini örtmək üçün işlətdikləri bürüncək; çarşab.
подробнее

ÇADRALI

sif. Çadra örtmüş, başında çadra olan; çarşablı.
подробнее

ÇADRASIZ

sif. Çadra örtməmiş, başında çadra olmayan; çarşabsız, üzüaçıq. Çadrasız arva

ÇAĞ₁

is. Vaxt, zaman. Bu çağacan harada qalmısan? Nə çağacan səni gözləyək? – Günbatan çağı Kürün üstünü bürüyən duman ətəyini sallayaraq, asta-asta ətrafa yayıldı.
подробнее

ÇAĞ₂

sif. 1. Sağlam, saz, hələ əldən düşməmiş.
подробнее

ÇAĞA

is. dan. Körpə uşaq. Aygün alıb çağasını bağrına basır; Analara təsəllidir dar gündə övlad.
подробнее

ÇAĞALIQ

is. Uşaqlıq, körpəlik. Çağalıq dövrü.

ÇAĞILTI

is. Çağlayan suyun çıxardığı səs, axan suyun daşlara, qayalara çarparaq çıxardığı səs.
подробнее

ÇAĞIRICI

sif. Çağıran. [Qadının] amiranə çağırıcı ahəngi mübarizə və qələbə ruhu ilə doludur. R.Rza.

ÇAĞIRILMA

“Çağırılmaq”dan f.is.

ÇAĞIRILMAQ

“Çağırmaq”dan məch. İclas çağırılmışdı. İclasda bircə məsələ müzakirə edilirdi.
подробнее

ÇAĞIRIM

is. Səs gedib çatan məsafə. İki çağırım qədər getmişdik ki, uzaqda biçinçilərin oraqlarının qat-qarışıq səsləri qulağımıza yetişdi.
подробнее

ÇAĞIRIŞ

is. 1. Çağırma, səsləmə; çağırma səsi. [Qəhrəman] dayanıb bu çağırış səsini dinləyirdi.
подробнее

ÇAĞIRIŞÇI

is. Hərbi xidmətə çağırılan adam (gənc). Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal.

ÇAĞIRIŞMA

“Çağırışmaq”dan f.is.

ÇAĞIRIŞMAQ

qarş. Bir-birini çağırmaq, səs-səsə verərək çağırmaq.
подробнее

ÇAĞIRMA

“Çağırmaq”dan f.is.