Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «ÖR» – 31

ÖRDƏK

is. zool. Əti yeyilən vəhşi, ya əhli uzun boğazlı iri su quşu.

ÖRDƏKBURUN

is. zool. Sifəti ördək dimdiyi kimi enli, məməli heyvan (vətəni Avstraliya və Tasmaniyadır).

ÖRƏN

is. Əkilməmiş sahə.

ÖRKƏN

is. Minik heyvanlarının çulunu sarıyıb bərkitmək üçün başında doğanaq olan uzun ip; çatı.
подробнее

ÖRKƏNLİ

sif. Örkəni olan.

ÖRNƏK

is. Nümunə, misal. [Elxan:] Biz hələlik vətənin yüksək dağlarına çəkiləcək, orada bütün bəşəriyyət üçün örnək ola biləcək bir ölkə düzəldəcəyik.
подробнее

ÖRNƏKLİK

is. Örnək, nümunə ola biləcək hər bir şey; nümunə.

ÖRPƏK

is. 1. Qadınların başlarına saldıqları iri ipək və ya başqa parçadan örtük, iri baş yaylığı.
подробнее

ÖRPƏKLİ

sif. Başına örpək örtmüş, başında örpək olan.
подробнее

ÖRPƏKSİZ

sif. və zərf Örpəyi olmayan; başıaçıq.

ÖRT-BASDIR

ört-basdır etmək (eləmək) – gizlətmək, üstünü malalamaq.
подробнее

ÖRTDÜRMƏ

“Örtdürmək”dən f.is.

ÖRTDÜRMƏK

icb. Örtmək işi gördürmək, örtməyə məcbur etmək.

ÖRTMƏ

“Örtmək”dən f.is.

ÖRTMƏK

f. 1. Örtük salmaq, üzərinə bir şey salmaq.
подробнее

ÖRTÜ

is. 1. Başa örtülən hər hansı bir şey. Başındakı örtünü götürmək.
подробнее

ÖRTÜB-BASDIRMA

“Örtüb-basdırmaq”- dan f.is.

ÖRTÜB-BASDIRMAQ

f. Üstünü örtmək, üstünü malalamaq, gizlətmək. Pis əməllərini örtüb-basdırmaq.

ÖRTÜCÜ

sif. Bir şeyi örtən, pərdələyən, bir şeyin üzərinə çəkilən, üstünü örtən. Örtücü şüşə. Örtücü boya.

ÖRTÜK

is. 1. Hər hansı bir şeyin üzərinə çəkilən, salınan parça.
подробнее