Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «Ə» – 1552

Ə₁

azərbaycan əlifbasının yeddinci hərfi və bu hərflə işarə olunan saitin adı.

Ə₂

nida. Müraciət, çağırış bildirir. [Nəbi] pristav Mehdi bəyi görcək deyir: – Ə, bu fağırı niyə qəhr edirsən? “Qaçaq Nəbi”.
подробнее

ƏBA

bax aba1. ..Axund əbasını düzəldib dükandan çıxdı, getdi.
подробнее

ƏBALI

b a x abalı. Görünür [Mirzə Poladın] Şuşadakı həkim atası – sarı əbalı Mirzə Həsən öz qızına çox əfsanəli, əsrarlı bir dərs demişdir. S.Rəhimov.

ƏBABİL

is. [ər.] Dağ qaranquşu, uzunquyruq.

ƏBCƏD

is. [ər.] köhn. 1. Qədim ərəb əlifbasında ilk dörd hərf.
подробнее

ƏBD

is. [ər.] köhn. Qul, kölə. Əbd olma, ey Nəsimi, fani cəhanə, çün kim; İmanü din içində sənsən əmirü sultan. Nəsimi.

ƏBƏ₁

is. məh. Uşaq oyununda: içərisinə qoz, fındıq və s. salınan çuxur.

ƏBƏ₂

is. dan. Mama, mamaça.

ƏBƏÇİ

sif. məh. Mamaça, mama. Pis əbəçiyə arvad tapşıran övladsız qalar. (Ata. sözü).

ƏBƏÇİLİK

is. məh. Mamaçalıq, mamalıq. Əbəçilik etmə

ƏBƏD

zərf [ər.] Sonsuz gələcək zaman (əzəl qarşılığı).
подробнее

ƏBƏDA

[ər.] klas. 1. B a x əbədən. 2. Heç, qətiyyən.
подробнее

ƏBƏDƏN

zərf [ər.] Heç vaxt, heç bir zaman, əsla, qəti, qətiyyən.
подробнее

ƏBƏDİ

sif. və zərf [ər.] 1. Daimi, həmişəlik. Şair könlüm rübabını eşq ilə çaldı; Biz əbədi qardaş olduq: ilk bahar və mən.
подробнее

ƏBƏDİLƏŞDİRİLMƏ

“Əbədiləşdirilmək” dən f.is. Qarabağ müharibəsində həlak olan qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi.

ƏBƏDİLƏŞDİRİLMƏK

məch. Əbədi olaraq yaşadılmaq, yadda saxlanılmaq.

ƏBƏDİLƏŞDİRMƏ

“Əbədiləşdirmək”- dən f.is.

ƏBƏDİLƏŞDİRMƏK

icb. 1. Əbədi olaraq nəsillərin xatirəsində yaşatmaq, həmişəlik xatirə qoymaq.
подробнее

ƏBƏDİLƏŞMƏ

“Əbədiləşmək”dən f.is.