Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «AŞ» – 90
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AŞ₁

is. 1. Xörək, yemək, bişmiş. Aşın sıyıqlığı dənin azlığındandır.
подробнее

AŞ₂

is. b a x aşı.

AŞAFATMA

is. məh. Qövsi-qüzeh, göy qurşağı, qarınənə örkəni.

AŞAĞA, AŞAĞI

1. is. Bir şeyin dibinə, yerə ən yaxın olan hissəsinə tərəf, alt (yuxarı ziddi).
подробнее

AŞAĞI-YUXARI

zərf dan. Artıq-əskik, az-çox, təqribən. Aşağı-yuxarı danışmağına əhəmiyyət verən olmadı.

AŞAĞILATMA

“Aşağılatmaq”dan f.is.

AŞAĞILATMAQ

f. 1. Aşağı salmaq, endirmək, azaltmaq, salmaq, düşürmək.
подробнее

AŞBAŞI

is. məh. Aşın (plovun) başına qoyulan xuruş (ət, toyuq, quş və s.).

AŞÇI

is. xüs. Dəri, gön aşılayan usta, dabbağ.

AŞDİBİ

is. Qazanın dibində qalan qazmaq qırıntıları qarışıq aş qalığı.
подробнее

AŞXANA

is. Yeməkxana. Məktəbin aşxanası. – Şofer dəftərxanaya yapışıq tikilmiş birmərtəbəli aşxananın pəncərəsindən başını çıxardıb cavab verdi. M.Hüseyn.

AŞXANAÇI

is. köhn. Aşxana saxlayan adam, aşxanaçılıqla məşğul olan adam, aşxana sahibi.

AŞXANAÇILIQ

is. köhn. Aşxanaçının işi, peşəsi.

AŞI

is. 1. tib. Yoluxucu xəstəliyə qarşı qoruyucu maddə kimi tətbiq edilən maddə; peyvənd (yoluxucu xəstəliklərin zəiflədilmiş, yaxud öldürülmüş mikroblarından ibarət olan tibbi preparat).
подробнее

AŞIB-DAŞMA

“Aşıb-daşmaq”dan f.is.

AŞIB-DAŞMAQ

f. Həddindən artıq olmaq, son dərəcə çox olmaq, bol olmaq; tükənməmək.
подробнее

AŞIQ₁

is. Xalq xanəndəsi; həm oxuyan, həm çalan, həm də söz qoşan el sənətkarı.
подробнее

AŞIQ₂

is. 1. anat. Diz qapaqlarından çıxan oynaq sümüyü.
подробнее

AŞIQ-AŞIQ

is. Aşıqla oynanılan uşaq oyunu. Aşıq-aşıq oynamaq.

AŞIQBOYLU

sif. Çox xırda boylu adam. Birdən bu aşıqboylu kişi ilişdi, çinar kimi yerə gəldi, sonra? Onda gərək ölümü qoyub, dirimi ağlayam. S.Rəhimov.