Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «AK» – 47
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AKADÉMİK

[yun.] 1. Elmlər Akademiyasının həqiqi üzvü.
подробнее

AKADÉMİYA

[miladdan qabaq IV əsrdə Afina şəhəri yaxınlığındakı bağlarda qədim yunan filosofu Platon tərəfindən təşkil edilmiş məktəbin adından] 1.
подробнее

AKADEMİ́ZM

[yun.] 1. Elm və tədris məşğələlərində sırf nəzəri cəhətə həddindən artıq fikir verilməsi, onların praktikadan, həyatın tələblərindən ayrılması.
подробнее

AKÁSİYA

is. [yun.] bot. Paxlalılar fəsiləsindən ağac və ya kol cinsi.
подробнее

AKIN

is. [qazax.] Qazax və qırğızlarda xalq aşığı, ozan.

AKKÓRD

is. [ital.] mus. Bir-birindən çeşidli intervalda yerləşən, eyni zaman ərzində ən azı üç həmahəng səslənən tonun birləşməsi.
подробнее

AKKORDEÓN

[fr.] Qarmona oxşaryan musiqi aləti. Nəfəsli musiqi alətləri əsas etibarı ilə üç qrupa ayrılır: klavişli musiqi alətləri (ərğənun, qarmon, fisqarmoniya, bayan, akkordeon və sairə)... Ə.Bədəlbəyli.

AKKORDEONÇU

is. Akkordeon çalan çalğıçı.

AKKREDİTİ́V

[fr.] İdarə və ya şəxsə vermək üçün kredit; müəssisənin digər bir müəssisəyə göstəriş sənədi.
подробнее

AKKUMULYÁSİYA

[lat.] fiz. Elektrik enerjisinin toplanması.

AKKUMULYÁTOR

[lat.] fiz. Sonradan istifadə olunmaq məqsədi ilə elektrik enerjisi, yaxud istilik toplamaq üçün cihaz.
подробнее

AKMEİ́ZM

[yun.] 1912-1913-cü illərdə rus ədəbiyyatında meydana gəlmiş burjuazadəgan cərəyanı.

AKR

is. [ing.] köhn. Gündə bir cüt öküzlə şumlanan sahə. 1 akr = 4046,86 kv.m.

AKRİXİ́N

[lat.] tib. Kinəni əvəz edən malyariya dərmanı.

AKROBÁT

[yun.] 1. Sirkdə akrobatik nömrələr göstərən artist; canbaz.
подробнее

AKROBATİ́K

sif. Akrobatikaya aid. Akrobatik nömrə.

AKROBÁTİKA

[yun.] Gimnastika və sirk sənətinin bir növü.

AKROBATLIQ

is. Akrobatın işi, sənəti, məharəti; canbazlıq.

AKRÓPOL

[yun.] Qədim yunan şəhərlərinin adətən təpə üzərində yerləşən möhkəmləndirilmiş hissəsi.

AKSELBÁNT

[alm.] Bəzi ordularda: müxtəlif ştab zabitləri və adyutantların geyim üstündən çiyinlərindən keçirdikləri bəzəkli qaytanlar.