Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «AR» – 302
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
AB AC AD AE AF AG AH AX AJ AK AQ AL AM AN AO AP AR AS AT AU AV AY AZ
 

AR

is. [ər.] 1. Həya, abır, utanma; namus, qeyrət, izzəti-nəfs, mənlik.
подробнее

ARA

is. 1. İki nöqtə, iki şey arasındakı məsafə.
подробнее

ARABA

is. İki və ya dördtəkərli nəqliyyat vasitəsi.
подробнее

ARABABƏND

is. Araba qayıran usta.

ARABACIQ

kiç. Kiçik araba. // Uşaq arabası, oyuncaq araba.

ARABAÇI

is. 1. Araba sürən adam, araba işlədən adam.
подробнее

ARABAÇILIQ

is. Arabaçı sənəti, işi. Kişi Nurəddinlə bərabər arabaçılığa getmişdi. S.S.Axundov.

ARA-BƏRƏ

is. dan. 1. Aralıq, ara, orta. Köçün ara-bərəsində, tozun içində, qabağı öküz yüklü, arxası ağır şələli, boyunlarında uşaqları olanlar da qan-tər içində dartınıb .
подробнее

ARABİR

zərf Hərdənbir, gahdanbir, bəzən. Arabir yağış yağır.
подробнее

ARAÇI

is. Ara düzəldən adam, dəllal. // Arada duran adam, vasitəçi.
подробнее

ARAÇILIQ

is. Vasitəçilik, miyançılıq, ara düzəltmə; dəllallıq.
подробнее

ARADABİR

b a x arabir.

ARADÜZƏLDƏN

is. dan. Vasitəçi (yalnız mənfi mənada).

ARAHƏKİMİ

is. Heç bir təhsili olmayan və qeyri-elmi üsullarla müalicə edən adam; türkəçarəçi.

ARAKÇEYEVÇİLİK

is. [Rusiya çarı I Aleksandr dövründə nazir olmuş Arakçeyevin adından] 1.
подробнее

ARAKƏSİLMƏZLİK

is. Arasıkəsilməz şeyin halı, fasiləsizlik, davamlılıq, sürəklilik.

ARAKƏSMƏ

is. Bir otağı, yeri, binanı iki yerə ayıran yüngül divar; aralığa çəkilən divar, taxta və s.
подробнее

ARAQ

is. [ər.] 1. Meyvədən və s.-dən çəkilən spirtli içki.
подробнее

ARAQARIŞDIRAN

sif. və is. Fitnə-fəsad salan. [Pyotr:] [Vano] bəlkə araqarışdıranlardandır, qəsdən göndərilib. S.Rəhman.

ARAQ-ÇAXIR

top. Spirtli içkilər.