Толковый словарь азербайджанского языка

  • BRA

    is. [fr.] Divar şamdanı, qəndili

    Полностью »
  • BRAK

    [alm.] 1. Nöqsanlı, zədəli mal, zay və s. İstehsalatda braka yol verilməməli. □ Brak etmək – nöqsanlı olduğu üçün yaramaz hesab etmək

    Полностью »
  • BRAKÇI

    is. xüs. İstehsalatda nöqsanlı, zədəli malları brak etməklə məşğul olan işçi

    Полностью »
  • BRAKONYER

    is. [fr.] İcazəsiz ov edən, balıq tutan; ovçuluq və balıqçılıq qanunlarını pozan

    Полностью »
  • BRAUNİ́NQ

    [ing. xüs. addan] Xüsusi sistemli silah (tapança) növü. Raya bir sillə onun ağzından vuraraq, … brauninq tapançanı çıxardı

    Полностью »
  • BRÁVNİK

    dan. bax brauninq. Birinci kərə [Rəşidin] belində kiçik “bravnik” tapança görürdüm. M.S.Ordubadi

    Полностью »
  • BREZÉNT

    [holl.] 1. Su keçirməyən qalın parça. Un çuvallarının üstü brezentlə örtülmüşdür. – Böyük brezenti üstündən götürüb, tüfəngləri və patronları əncir ağ

    Полностью »
  • BRƏHMƏN

    is. [sanskr.] 1. Hindlilərin qədim dini olan brəhmən dininə mənsub adam. 2. Hindlilərin brəhmən rahibi, brəhmən kahini

    Полностью »
  • BRƏHMƏNİZM

    bax brəhmənlik

    Полностью »
  • BRƏHMƏNLİK

    is. Eramızdan qabaq X-IX əsrlərdə Hindistanda meydana gələrək, hindlilərin ən qədim dini olan vedizmi əvəz etmiş din

    Полностью »
  • BRİFİNQ

    is. [ing.] Bir mövzuda nəticə olaraq verilən məlumat və ya bəyanat; açıqlama

    Полностью »
  • BRİKÉT

    [fr.] Kərpic şəklində preslənmiş (sıxılmış) material. Kömür briketi

    Полностью »
  • BRİKETLƏMƏ

    “Briketləmək”dən f.is

    Полностью »
  • BRİKETLƏMƏK

    f. Briket (kərpic) şəklində presləmək, kərpic şəklinə salmaq

    Полностью »
  • BRİKETLƏNMƏK

    məch. Briket (kərpic) şəklində preslənmək, kərpic şəklinə salınmaq

    Полностью »
  • BRİQÁDA

    [fr.] 1. Bir neçə polkdan, batalyon, ya batareyadan ibarət qoşun birləşməsi. Tank briqadası. – …Kazak briqadası İran hökumətinin ümidlərini boşa çıxar

    Полностью »
  • BRİQADİ́R

    [alm.] 1. Briqada rəhbəri, başçı (bax briqada 3-cü mənada). Ferma briqadiri. 2. tar. Rusiyada XVIII əsrdə polkovnik ilə general arasında hərbi rütbə

    Полностью »
  • BRİQADİRLİK

    is. Briqadir vəzifəsi və işi

    Полностью »
  • BRİLYÁNT

    [fr.] 1. Cilalanmış (taraş edilmiş) almaz, çox baha qiymətli parlaq daş. Brilyant düzülmüş badamşəkilli cıqqasını yaşıl lentin üstündən taxdı

    Полностью »
  • BROKER

    is. [ing.] Alıcı və satıcı arasında əlaqə yaradan şəxs

    Полностью »
  • BROM

    [yun.] 1. Qırmızı rəngli maye halında kəskin qoxulu kimyəvi element. [Böyükşor və Masazır] göllərinin sularında kaustik soda, yod və brom çıxarılması

    Полностью »
  • BROMLU

    sif. kim. Tərkibində brom olan. Bromlu duzlar. Bromlu su

    Полностью »
  • BRONX

    [yun.] anat. Tənəffüs borusunun ciyərlərə hava aparan şaxələrindən hər biri

    Полностью »
  • BRONXİÁL

    sif. anat. Bronxlara aid olan. Bronxial astma (xəstəlik adı)

    Полностью »
  • BRONXİ́T

    [yun.] tib. Bronxların selikli qişasının iltihabı (xəstəlik)

    Полностью »
  • BROŞǗRA

    [fr.] Səhifə sayı az olan kiçik kitab, kitabça, risalə. [Polislər] şkafdan bir broşüra, iki kitab götürüb, stolun üstünə atdılar

    Полностью »
  • BROVHABROV

    zərf dan. Dəbdəbə, təntənə, cah-cəlal, dəsgah. Qoyunlar axşamdan kəsilib, soyutma olub, cahü cəlal ilə, brovhabrov ilə düşürük yola

    Полностью »
  • BROYLER

    is. [ing.] Ətlik çolpa

    Полностью »
  • BU

    iş. əvəz. 1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olan şeyi göstərir, həm də ismə konkretlik verir (o müqabili)

    Полностью »
  • BÚBLİK

    [rus.] Halqa şəklində qoğal

    Полностью »
  • BUCAQ

    is. 1. Bir şeyin iki daxili tərəfinin birləşdiyi yer; künc, guşə. Dilşad ceyran kimi ürkərək otağın bucağına qısıldı

    Полностью »
  • BUCAQLI

    sif. Bucağı olan

    Полностью »
  • BUCAQÖLÇƏN

    is. xüs. Bucaqları ölçmək üçün cihaz

    Полностью »
  • BUCUĞAZ

    əvəz. “Bu”dan oxş. [Qadın:] Bax, bircə bucuğaz mənim yanımdadır. M.Hüseyn

    Полностью »
  • BUCURQAD

    is. xüs. Qaldırıcı qurğuların təpəsində və ya intiqal mexanizmlərində: üzərində ip, qayış və s. keçirilən xüsusi formalı çarx

    Полностью »
  • BUD

    is. anat. Qıçın çanaq sümüyü ilə dizə qədər olan hissəsi. Bud sümüyü. Bud əti. – [Çingiz:] Bir budu şişə çəkib iki çörək ilə tək yemişəm

    Полностью »
  • BUDAQ

    is. 1. Ağac və kolların gövdələrindən ayrılan hər bir qol; şaxə. Payız çağında hər səhər soyuq-soyuq külək əsər; Ağaclara, budaqlara dəyəndə yarpağın

    Полностью »
  • BUDAQCIQ

    is. Kiçik budaq. Təzəcə boy atan ağacın budaqcıqları hələ yaşıl rənglərini itirməmişdi

    Полностью »
  • BUDAQÇI

    bax budayıcı

    Полностью »
  • BUDAQLANMA

    “Budaqlanmaq”dan f.is

    Полностью »
  • BUDAQLANMAQ

    f. 1. Budaqlara ayrılmaq, şaxələrə ayrılmaq. // Budaqlar əmələ gəlmək, budaq atmaq. Ağaclar budaqlandı

    Полностью »
  • BUDAQLI

    sif. Budağı olan. Budaqlı ağac. – Sınıq budaqlı ağaclar qurumağa başlamışdı. Ə.Məmmədxanlı

    Полностью »
  • BUDAQSIZ

    sif. Budağı olmayan, budaqları kəsilmiş (qırılıb tökülmüş)

    Полностью »
  • BUDAL

    sif. məh. Qoçaq, igid

    Полностью »
  • BUDALA

    sif. məh. Dəlixasiyyət, ağıldanyüngül

    Полностью »
  • BUDALAMAQ

    f. bax budamaq

    Полностью »
  • BUDAMA

    1. “Budamaq”dan f.is. Budama bitkilərin boy atmasına güclü təsir edir. 2. is. məh. Paya, dəyənək; iri əl ağacı

    Полностью »
  • BUDAMAQ

    f. 1. Ağacın, kolun quru və ya artıq budaqlarını kəsmək, ya qısaltmaq. Yaz gələndə ağacları budayırlar ki, yaxşı inkişaf etsin

    Полностью »
  • BUDANMA

    “Budanmaq”dan f.is. Tənəklərin quru budanması da yazda görülən əsas tədbirlərdən biridir. “Az. qad.”

    Полностью »
  • BUDANMAQ

    məch. Ağacın, kolun quru və ya artıq budaqları kəsilmək, ya qısaldılmaq

    Полностью »