Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «C» – 899
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
CA CE CI CO CU
 

C

Azərbaycan əlifbasının üçüncü hərfi. Bax ce.

CABƏCA

zərf [fars.] Yerbəyer, yerliyerində, qaydasınca, lazımınca.
подробнее

CAD

is. Darı unundan bişirilən çörək. [Araz] içəri atılan kimi bərk şeyin nə olduğunu bilmək üçün onu əli ilə axtarıb, nəhayət, tapdı.
подробнее

CADAR

is. məh. Bataqlıq yerin quruyandan sonra çox və xırda çatlaması.

CADAR-CADAR

sif. və zərf Çatlaq-çatlaq, yarıq-yarıq, hər tərəfi çatlamış.
подробнее

CADARLANMA

“Cadarlanmaq”dan f.is.

CADARLANMAQ

f. Cadar-cadar olmaq, çatlamaq. Katibin gözləri qurumuş, dildodağı təpimiş və cadarlanmış (f.
подробнее

CADDƏ

is. [ər.] İşlək yol, magistral yol. Gözümə görünən çiçəkləri toplaya-toplaya bir caddə yola çıxdım.
подробнее

CADU

is. [fars.] 1. Sehr, sehrbazlıq. [Xanpəri:] [Dərvişin] cadusunda mən bir hikmət görmüşəm ki, əgər istəsə, bu saatda məni qocamdan boşadar.
подробнее

CADUBAZ

bax cadugər.

CADUBAZLIQ

bax cadugərlik. Genə dualar, genə cadubazlıq meydana gəldi. N.Nərimanov.

CADUÇU

bax cadugər.

CADUÇULUQ

bax cadugərlik. Kahinlərin falçılığı, caduçuluğu, cindarlığı və tilsimçilik sənətləri hindulər arasında çox mütədavildir. F.Ağazadə.

CADUGƏR

is. və sif. [fars.] Cadugərliklə məşğul olan; sehrbaz, ovsunçu.
подробнее

CADUGƏRLİK

is. Ovsunçuluq, sehrbazlıq.

CADUKÜN

is. [fars.] köhn. Bax cadugər. Cadukünsən, tasa bax; Ya bu gün gəl, ya sabah.
подробнее

CADULAMA

“Cadulamaq”dan f.is.

CADULAMAQ

f. Mövhumata inananların təsəvvürüncə cadu ilə öz təsiri altına almaq; ovsunlamaq.

CADU-PİTİK

bax cadu 1-ci mənada.

CAĞ

is. 1. Çəpər. Evin qabağına cağ çəkmək. – Zeynal bəy dərin bir sükutda bağın sökük cağlarının dibi ilə başını aşağı salıb, yavaş-yavaş getməyə başladı.
подробнее