Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «M» – 2721
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
MA ME MI MO MU
 

M

Azərbaycan əlifbasının on doqquzuncu hərfi. B a x em.

MAAF

is. [ər.] köhn. Hər cür vergi və mükəlləfiyyətdən azad olan kəndli.

MAARİF

is. [ər.] Əhali arasında savad, bilik, mədəniyyət yaymaq üçün mütəşəkkil surətdə həyata keçirilən tədbirlər sistemi.
подробнее

MAARİFÇİ

is. 1. Xalq arasında maarifi, mədəniyyəti, bilikləri yayan, xalqı savadlaşdıran.
подробнее

MAARİFÇİLİK

is. 1. Maarifi yayma, maarif tərəfdarı olma; maarifpərvərlik.
подробнее

MAARİFLƏNDİRİLMƏ

“Maarifləndirilmək” dən f.is.

MAARİFLƏNDİRİLMƏK

məch. Təlim və təhsil nəticəsində elm, bilik verilmək; mədəniləşdirilmək, savadlandırılmaq.

MAARİFLƏNDİRMƏ

“Maarifləndirmək”- dən f.is.

MAARİFLƏNDİRMƏK

f. Maarif, elm, bilik, mədəniyyət vermək; savadlaşdırmaq. Xalqı maarifləndirmək.

MAARİFLƏNMƏ

“Maariflənmək”dən f.is.

MAARİFLƏNMƏK

qayıd. Elmli olmaq, bilik qazanmaq, mədəniləşmək, savadlanmaq.

MAARİFPƏRƏST

[ər. maarif və fars. ...pərəst] b a x maarifçi 1-ci mənada.

MAARİFPƏRƏSTLİK

bax maarifçilik 1-ci mənada.

MAARİFPƏRVƏR

[ər. maarif və fars. ...pərvər] b a x maarifçi 1-ci mənada.
подробнее

MAARİFPƏRVƏRLİK

bax maarifçilik 1-ci mənada. Heyf, səd heyf ki, ittifaqı pozan və ittihadın bünövrəsinə rəxnə yetirən əvvəlcə o kəslər oldu ki, maarifpərvərlik ismini üstlərinə götürüb rəyasətlik iddiasındadırlar. F.Köçərli.

MAAŞ

is. [ər.] Əmək, iş əvəzində alınan pul, haqq; aylıq, donluq, məvacib.
подробнее

MAAŞLI

sif. 1. Maaş alan, maaşla olan; donluqlu, məvacibli.
подробнее

MABAQİ

is. [ər.] köhn. Bir məbləğin, bir hesabın qalığı, qalan hissəsi.
подробнее

MABEYN

is. [ər.] köhn. Ara, aralıq; orta, ortalıq.
подробнее

MABƏD

is. [ər.] köhn. Ard, dal, davam. Bir gecəlik söhbətin min gecə mabədi var.
подробнее