Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «OĞ» – 30
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
OB O- OC OD OF OH OX OK OL OM ON OP OR OS OT OV OY OZ
 

OĞLAQ

is. Körpə, südəmər keçi balası; çəpiş. Analarını əmməsinlər deyə quzuları, oğlaqları bir ağıla doldururdular. A.Şaiq.

OĞLAN

is. 1. Kişi cinsdən olan uşaq. Uşaqlarından biri oğlandır, ikisi qız.
подробнее

OĞLANCIĞAZ

“Oğlan”dan oxş. Oğlancığaz bərk xəstədir.

OĞLANCIQ

is. Kiçik oğlan uşağı.

OĞLANLIQ

is. Kişi cinsinin evlənənə qədər olan halı, oğlan olma dövrü.

OĞLANLI-QIZLI

top. Həm oğlan(lar), həm də qız(lar), oğlanlarla qızlar birlikdə.
подробнее

OĞRU

1. is. Oğurluq edən adam, oğurluqla məşğul olan adam.
подробнее

OĞRUBAŞI

is. Oğru dəstəsinin başçısı, oğrulara başçılıq edən adam.
подробнее

OĞRU-ƏYRİ

top. Oğrular, oğurluqla məşğul olan adamlar, əli düz olmayan adamlar; cinayətkarlar.
подробнее

OĞRU-QULDUR

top. Oğurluqla, quldurluqla məşğul olan adamlar.
подробнее

OĞRUN

zərf və sif. Gizlicə, başqalarına sezdirmədən, başqalarına bildirmədən.
подробнее

OĞRUNCA

bax oğrun. Oğrunca nəzər salmaq. – Nəbi kişi göz qapaqlarını qaldırıb tərs-tərs, ancaq oğrunca saqqalına dən düşmüş memara baxdı. S.Rəhimov.

OĞRUN-OĞRUN

zərf bax oğrun. Gəlinin başına bəy alma atır; Gəlin oğrun-oğrun baxıb naz satır. Şəhriyar.

OĞUL

is. 1. Kişi cinsindən olan övlad. Onun oğlu olub.
подробнее

OĞULLUQ

is. 1. Oğulun ata-ana qarşısında borcu, vəzifəsi, haqqı; övladlıq.
подробнее

OĞULSUZ

sif. Oğlan övladı olmayan, oğlu olmayan, yaxud oğlu ölmüş.
подробнее

OĞULSUZLUQ

is. Oğlan övladı olmayan ata-ananın halı, oğlu olmama.

OĞUL-UŞAQ

top. Oğullar, qızlar bir yerdə. [Murad] .
подробнее

OĞURLAMA

“Oğurlamaq”dan f.is.

OĞURLAMAQ

f. Başqasına məxsus şeyi, malı, pulu və s.
подробнее