Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «OP» – 21
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
OB O- OC OD OF OH OX OK OL OM ON OP OR OS OT OV OY OZ
 

OPÁL

[lat.] Bəzi növləri qiymətli sayılan şəffaf şüşəvari daş.

ÓPERA

[ital.] 1. Teatrda ifa olunmaq üçün instrumental musiqili dram əsəri, habelə iştirak edən şəxslərin əsərin sözlərini musiqinin müşayiəti ilə (hava ilə) söylədikləri teatr tamaşasının özü.
подробнее

OPERÁSİYA

[lat. operatio – təsir] Bəzi xəstəliklər, yaxud yaralanmalar zamanı müalicə məqsədilə icra edilən cərrahlıq əməliy- yatı.
подробнее

OPERATİ́V

sif. [lat.] 1. Hərbi əməliyyata aid olan.
подробнее

OPERATİVLİK

is. Operativ olma (b a x operativ 2-ci mənada).

OPERÁTOR

[lat.] 1. xüs. Mürəkkəb mexanizmlərin işini idarə edən və ya müəyyən istehsal prosesinin icrasına cavabdeh olan yüksək ixtisaslı fəhlə.
подробнее

OPERATORLUQ

is. Operatorun işi, vəzifəsi.

OPERÉTTA

[ital.] Oxumaq, rəqs və danışmaqla əlaqələndirilən gülməli musiqili səhnə əsəri.
подробнее

OPPONÉNT

[lat. opponentis – etiraz edən] Mübahisədə, müzakirədə, disputda və s.
подробнее

OPPONENTLİK

is. Opponent olma, opponent kimi çıxış etmə (dissertasiya müdafiəsində, elmi disputda). Opponentlik etmək.

OPPORTUNİST

[lat.] 1. Opportunizm tərəfdarı, opportunizm siyasəti yeridən adam.
подробнее

OPPORTUNİSTCƏSİNƏ

zərf Opportunist kimi, opportunistə yaraşan bir tərzdə. Opportunistcəsinə hərəkət etmək.

OPPORTUNİ́ZM

[fr. opportunis – faydalı] Fəhlə hərəkatında və proletar partiyalarında marksizm-leninizmə zidd cərəyan; opportunizm proletariatın sinfi mənafeyini burjuaziyanın mənafeyinə tabe edir, burjuaziya ilə sazişçiliyi, əməkdaşlığı və inqilabi mübarizədən əl çəkməyi təbliğ edir.

OPTİ́K₁

sif. [yun.] 1. Optikaya aid olan. Optik cihazlar.
подробнее

ÓPTİK₂

[yun.] 1. Optika mütəxəssisi. 2. Optik şüşə və cihazlar hazırlayan usta.

ÓPTİKA

[yun. optike] 1. Fizikanın işıq, onun xassə və qanunlarından bəhs edən şöbəsi.
подробнее

OPTİMÁL

sif. [lat. optimus – yaxşı] kit. Ən əlverişli, ən münasib, ən müvafiq.
подробнее

OPTİMİ́ST

[lat.] Optimizmə mail adam; nikbin.

OPTİMİSTCƏSİNƏ

zərf Nikbincəsinə.

OPTİMİSTLİK

is. Optimist (nikbin) adamın hal və sifəti; nikbinlik.