Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «OT» – 55
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
OB O- OC OD OF OH OX OK OL OM ON OP OR OS OT OV OY OZ
 

OT

is. 1. Ağaclara, kollara mənsub olmayan yaşıl gövdəli incə bitki.
подробнее

OTABƏNZƏR

sif. Ota oxşayan, ot kimi.

OTAQ

is. 1. Mənzilin, evin divar və ya arakəsmələrlə bir-birindən ayrılmış qisimlərindən hər biri.
подробнее

OTAQCIQ, OTAQCA

is. Kiçik otaq, balaca otaq. Otaqcığın bir tərəfində, balaca taxt üstündə samandan döşəkcə, illərlə üzü yuyulmamış balış. N.Nərimanov.

OTAQLI

sif. Otağı olan, yaşamaq üçün yeri, mənzili olan.
подробнее

OTAQSIZ

sif. Otağı olmayan, yaşamaq üçün yeri, mənzili olmayan.

OT-ALAF

top. 1. Alaq otları. [Xarabalığa] gedən cığırı da ot-alaf basmışdı.
подробнее

OTARILMA

“Otarılmaq”dan f.is.

OTARILMAQ

məch. Otlaqda heyvanlara ot yedirdilmək.

OTARMA

“Otarmaq”dan f.is.

OTARMAQ

f. Otlaqda heyvanlara ot yedirmək. Sürünü otarmaq.
подробнее

OTARTMA

“Otartmaq”dan f.is.

OTARTMAQ

icb. Yerdə bitən otu, bitkini otlamasına imkan vermək və ya bu işi gördürmək.
подробнее

OTBİÇƏN

is. Otbiçən maşın, alət. Otbiçəni təmir etmək.
подробнее

OTÇALAN

is. Otçalan maşın, alət; otbiçən. Otçalanı yoxlamaq.
подробнее

OTDOĞRAYAN

is. Biçilmiş otu doğrayıb xırdalandıran maşın, alət. // Sif. mənasında. Otdoğrayan maşın.

OTEL

[fr.] Mehmanxana. Otel sahibi və onun dalısınca bir əcnəbi nömrəyə girdilər.
подробнее

OTLAQ

is. 1. Çoxlu ot bitən və mal-qara otarılan yer.
подробнее

OTLAMA

“Otlamaq”dan f.is. Quzuçuların həvəslə oynamaları, quzuların iştahla otlamaları Gülşada ləzzət verirdi. Ə.Vəliyev.

OTLAMAQ

f. Otlaqda ot yemək. Quzuları otlamağa aparmaq.
подробнее