Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «P» – 1093
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
PA PE PI PL PN PO PR PU PY
 

P

Azərbaycan əlifbasının iyirmi üçüncü hərfi. b a x pe.

PAÇA

is. [fars. paçə – kiçik ayaq] 1. Bədənin, iki qıçın arasındakı hissəsi.
подробнее

PAÇABƏND

is. [fars.]: paçabənd etmək (eləmək) – b a x paçalamaq.
подробнее

PAÇALAMA

“Paçalamaq”dan f.is.

PAÇALAMAQ

f. Paçasından tutmaq; yapışmaq, paçabənd etmək.
подробнее

PADAR

is. Türk tayfalarından birinin adı və həmin tayfaya mənsub olan adam.

PADŞAH

is. [fars.] 1. Hökmdar, imperator, şah, sultan.
подробнее

PADŞAHLIQ

is. köhn. 1. Padşah vəzifəsi; şahlıq. Məlik Çoban çox ədalətlə padşahlıq etməyə, camaatla yaxşı rəftar etməyə başladı.
подробнее

PADŞAHPƏRƏST

is. [fars.] Padşah tərəfdarı, padşahlıq üsuli-idarəsi tərəfdarı; monarxist.

PADŞAHPƏRƏSTLİK

is. Padşah üsuliidarəsinə tərəfdar olma, onu yeganə dövlət üsulu kimi qəbul etməkdən ibarət mürtəce siyasi cərəyan.

PADŞAHYANA

sif. köhn. Padşaha layiq, padşahlarda olduğu kimi; şahanə.
подробнее

PADZƏHƏR

is. [fars.] Zəhərə qarşı maddə, dərman. İbn-Sina “Həkimlik sənətinin qanunu” adlı kitabda .
подробнее

PÁFOS

[yun. pathos – ehtiras] 1. Ehtiraslı ruh yüksəkliyi; təmtəraq.
подробнее

PAFOSLU

sif. Ehtiraslı, coşqun, təmtəraqlı. Pafoslu nitq. Pafoslu çıxış.

PAH

nida. Təəccüb, təəssüf, kədər kimi hissləri ifadə edir.
подробнее

PAHO

bax pah. [Hamı:] Paho! Bu nə işdir, .. belə də adam aldatmaq olarmı? Ü.
подробнее

PAXAR

is. Uzaq Şərqdə yaşayan etnik azlıqlar qrupu və həmin qrupa mənsub olan adam.

PAXIL

sif. [ər. bəxil] Başqasının üstünlüyünə, xoşbəxtliyinə, rifahına, müvəffəqiyyətinə, qabağa getməsinə dözməyən, bundan dilxor olan, bunu gözü götürməyən; dargöz.
подробнее

PAXILLIQ

is. Başqasının rifahına, üstünlüyünə, müvəffəqiyyətinə, xoşbəxtliyinə, qabağa getməsinə dözməmə, bundan dilxor olma, acıqlanma; gözügötürməzlik, dargözlük.
подробнее

PAXIR

bax pas. Baxıb saxta gözümüzlə; Hamar gördük çuxuru biz; Saray bildik axuru biz; Görəmmədik qat bağlayan paxırı biz. B.Vahabzadə.