Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «PE» – 109
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
PA PE PI PL PN PO PR PU PY
 

PE

“P” hərfinin və bu hərflə işarə olunan samitin adı.

PEÇ

[rus.] is. Binaları qızdırmaq, üstündə xörək bişirmək və s.
подробнее

PEÇÁT

[rus.] b a x möhür 1-ci mənada. [Tofiq:] Gəl, gəl, bu saat mən “hə-yox” cavabını alım, ərizənə peçat basdırım. M.İbrahimov.

PEÇENEQLƏR

cəm Eramızın IX-XI əsrlərində Cənub-Şərqi Avropada köçəri həyat sürmüş türk mənşəli qədim xalq.

PEÇENYE

[rus. peçenie – bişmiş] Kövrək, adətən şirin xəmirdən bişirilmiş şirniyyat növü.
подробнее

PEDAQÓGİKA

[yun. paidogogike] Tərbiyə, təlim və tədrisin forma və metodlarını öyrənən elm.

PEDAQOJİ

sif. 1. Pedaqoqla əlaqədar olan, pedaqoqla bağlı olan.
подробнее

PEDAQÓQ

[yun. paidogogos] Sənəti müəllimlik və tərbiyəçilikdən ibarət olan adam, pedaqogika sahəsində mütəxəssis.
подробнее

PEDAQOQLUQ

is. Pedaqoqun işi; müəllimlik, tərbiyəçilik.

PEDÁL

[fr. pedale – ayaq] Müxtəlif maşınlarda, musiqi alətlərində və s.
подробнее

PEDÁNT

[ital.] Xırda və formal tələblərin yerinə yetirilməsinə həddindən (lüzumundan) artıq fikir verən adam; xırdaçı, hərf güdən. Pedantın biridir.

PEDANTİ́ZM

[ital.] Həddindən artıq formalizm (rəsmiyyətçilik); ifrat xırdaçılıq.

PEDANTLIQ

is. Hər şeydə həddindən artıq xırdaçılıq göstərmə; pedantizm.

PEDİ

is. Cənubi Afrikada yaşayan xalqlardan biri.

PEDİÁTR

[yun.] Uşaq xəstəlikləri – pediatriya mütəxəssisi olan həkim; uşaq həkimi.

PEDİATRİ́YA

[yun. paidos – uşaq və iatreia – müalicə] Tibbin, uşaq xəstəliklərindən, onların müalicəsindən və qarşısını almaq üsullarından bəhs edən şöbəsi.

PEDİKÜR

[fr. pedicure, əsli lat. pedis – ayaq və curare – qayğısına qalmaq] Ayaq dırnaqlarının təmizlənməsi, cilalandırılması və ayaqlardakı döyənəklərin rədd edilməsi.

PEDİKÜRÇÜ

is. Pedikürlə məşğul olan qadın (qız).

PEDİNSTİTUT

is. Pedaqoji institut (orta məktəb müəllimləri hazırlayan ali məktəb).

PEDMƏKTƏB

is. Pedaqoji məktəb (ibtidai məktəb müəllimləri və uşaq bağçası tərbiyəçiləri hazırlayan orta məktəb).