Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «PR» – 109
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
PA PE PI PL PN PO PR PU PY
 

PRAKTİK

sif. [yun.] 1. Praktikaya aid olan, praktika ilə, real tələbat və imkanlarla əlaqədar olan; təcrübi.
подробнее

PRÁKTİK

[yun.] Öz işini təcrübi cəhətdən yaxşı bilən, öz ixtisası üzrə böyük təcrübəsi olan; ancaq praktika yolu ilə böyük təcrübə qazanmış adam. // İşgüzar adam.

PRÁKTİKA

[yun. praktikos – işcil] b a x təcrübə. Praktika göstərdi ki, opera bütünlükdə geniş tamaşaçı kütlələrinə çata bilmişdir və bunun səbəbi də operanı yazarkən onun musiqi tekstində və həmçinin yaradıcılıq fantaziyamda muğam sistemini əsas götürməyim olmuşdur. Ü.Hacıbəyov.

PRAKTİKÁNT

[yun.] Təcrübə keçən adam; təcrübəçi. Praktikant tələbə.

PRAKTİKİ

bax praktik. Atasının təklifi [Əzizin] ağlına batsa da, bu işin praktiki həllində acizlik çəkirdi. Ə.Vəliyev.

PRAKTİKLİK

is. Həyata praktik münasibət, hər şeydən fayda götürmə bacarığı; praktisizm (2-ci mənada).

PRÁKTİKUM

[yun.] Hər hansı bir fənn üzrə praktik məşğələ növü (əsasən ali məktəblərdə).
подробнее

PRAKTİSİ́ZM

[yun.] 1. Nəzəri biliyin əhəmiyyətini qiymətləndirməyərək, praktik fəaliyyətə üstünlük vermə.
подробнее

PRAQMÁTİKA

is. [yun.] İşarə sistemi ilə onu tətbiq edənin arasındakı əlaqəni öyrənən bilik sahəsi.

PRAQMATİST

[yun.] 1. Praqmatizm tərəfdarı. 2. Tarixi faktların şərhində praqmatizm tərəfdarı olan tarixçi.

PRAQMATİ́ZM

[yun. pragma – iş, praktika] 1. Müasir fəlsəfədə geniş yayılmış subyektiv idealist cərəyan (uzun müddət ABŞ-ın mənəvi həyatında hökmran olmuş, yalnız müharibədən sonra öz mövqelərini neopozitivizmə və dini konsepsiyalara vermişdir).
подробнее

PRÁPORŞİK

[rus.] Ordu və donanmada ən kiçik zabit rütbəsi; habelə belə rütbəsi olan hərbi xidmətçi.

PRAVOSLAV

[rus. pravoslavie] 1. Xristianlığın mühüm bir qolu olub Bizansda təşəkkül tapan dini məzhəb.
подробнее

PRAVOSLAVLIQ

is. Xristianlığın başlıca olaraq Şərqi Avropa, Yaxın Şərq və Balkanlarda yayılmış mühüm cərəyanlarından biri.
подробнее

PREÁMBULA

is. [fr.] Hər hansı bir qanunun, qərarın giriş hissəsi.

PREDİKÁT

[lat.] 1. Məntiqdə: hökmün obyekti haqqında deyilən fikir; məntiqi xəbər.
подробнее

PREDİKATİV

sif. [lat.] mənt. qram. Predikat funksiyasında işlənən, predikat olan. Predikativ zərf.

PREDİKATİVLİK

is. mənt. qram. Predikatın xassəsi. Predikativlik xüsusiyyəti. Predikativliyin ifadə vasitələri.

PREDNİZOLÓN

is. [lat.] tib. Metobolik prosesləri tənzimləyən hormonal dərmanlardan biri.

PREFEKTÚRA

is. [lat.] 1. Qədim Roma imperiyasında inzibati bölgü.
подробнее