Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «T» – 2148
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
TA TE TF TI TO TR TU
 

T

Azərbaycan əlifbasının iyirmi yeddinci hərfi. B a x te.

TA

əd. 1. Bir şeyin başlandığı nöqtəni bildirir; lap (ondan sonrakı isim çıxışlıq halda olur).
подробнее

TAAM

is. [ər.] 1. Xörək, yemək, bişmiş. Taam bişirmək.
подробнее

TAARÜF

is. [ər.] Bir-birini tanıma, birbiri ilə tanış olma, bir-birini tanıma.

TAB

is. [fars.] Güc, qüvvət, taqət. Əlinin tabı yoxdur.
подробнее

TABAQ

is. Düyü, buğda və s. hövsərləmək, yaxud şey qoymaq və ya başqa məqsədlər üçün enli taxtadan oyulmuş ağacdan hazırlanan dayaz, girdə, ya uzunsov qab.
подробнее

TABAQÇA

is. Kiçik tabaq, balaca tabaq. Tabaqçada xəmir yoğurmaq.

TABAQÇALANMA

“Tabaqçalanmaq”dan f.is.

TABAQÇALANMAQ

bax tabaqlanmaq. Qızılgül axçalandı; Gülü tabaqçalandı; Can verəndə gəlmədin; Qəbrim də mıxçalandı. (Bayatı).

TABAQÇI

is. köhn. 1. Tabaqda şey gəzdirib satan adam.
подробнее

TABAQLANMA

“Tabaqlanmaq”dan f.is.

TABAQLANMAQ

f. Tabaq kimi enli – yastı olmaq; açmaq. Vaxt yetişib vədə çatanda, qızılgül kolları da düymələnib qönçələnir, sonra tabaqlanıb açır, bağçanın təmtərağını artırırdı.
подробнее

TABAN

is. [fars.] köhn. Parlaq, parıldayan, işıqlı.

TABASARANLAR

cəm Dağıstanın Tabasaran və Xiv rayonlarında yaşayan, iberQafqaz dillərinin ləzgi qrupuna daxil olan bir dildə danışan kiçik xalq və bu xalqa mənsub adamlar.

TABAŞİR

is. [fars.] Kimya, rezin və s. sənaye sahələrində işlədilən yumşaq ağ əhəngdaşı.
подробнее

TABAŞİRLİ

sif. 1. Tabaşir tozu qonmuş, tabaşirə bulanmış.
подробнее

TABE

is. [ər.] Başqasının tabeliyində, hökm və iradəsi altında olan, ondan asılı olan, onsuz heç bir şey edə bilməyən, tabe olan.
подробнее

TABEİYYƏT

[ər.] köhn. bax tabelik. [Şah:] Mirzə Təqi xan, mən də istəmirəm, mənim tabeiyyətimdə olan məmləkətdə zülm olsun. C.Cabbarlı.

TÁBEL

[alm. Tabella] 1. Cədvəl. 2. Fəhlə və qulluqçuların işə gəlibgetmələrini qeydə almaq üçün jetonlu lövhə (habelə jetonun özü) və ya dəftər. Tabelə qol çəkmək.

TABELÇİ

is. İdarə və müəssisələrdə işçilərin işə gəlib-getmələrinin tabel üzrə uçotunu aparan işçi.