Толковый словарь азербайджанского языка

Всего статей – 45193, статей на «Z» – 885
A B C Ç D E Ə F G H X İ J K Q L M N O Ö P R S Ş T U Ü V Y Z
 
ZA ZE ZI ZO ZU
 

Z

Azərbaycan əlifbasının otuz ikinci hərfi. Bax ze.

ZABİL

is. [fars.] mus. Tarda bir pərdə. Mirzə Sadıq tarın qoluna zabil pərdəsini əlavə etmişdir.
подробнее

ZABİT

is. [ər.] Ordu və donanmada komanda heyətinə mənsub şəxs.
подробнее

ZABİTƏ

is. [ər.] 1. Qayda, qanun, nizam, intizam.
подробнее

ZABİTƏLİ

sif. Zabitəsi olan, nizam və intizam tələb edən, çox ciddi və tələbkar olan, nüfuz və təsir gücünə malik olan.
подробнее

ZABİTƏLİLİK

is. Zabitəli olma, zabitəli adamın xassəsi.

ZABİTƏSİZ

sif. Zabitəsi olmayan, sözü keçməyən, tələbkar olmayan. Zabitəsiz adam.

ZABİTƏSİZLİK

is. Zabitənin, ciddiyyətin, tələbkarlığın, nüfuzun olmadığı hal.

ZABİTLİK

is. [hərb.] Zabit rütbəsi. Mən zabitliyə bir adi soldat ikən nail olmuşam.
подробнее

ZAÇÓT

[rus. zaçёt] Ali və orta ixtisas məktəblərində tələbələrin biliyini yoxlama növü.
подробнее

ZAD

is. [ər.] 1. Şey. Hər zad. Heç zad yoxdur.
подробнее

ZADƏ

is. [fars.] klas. Oğul, övlad. Duruyor oxşamaya zadəsini; Sevgili, nazlı xudadadəsini.
подробнее

ZADƏGAN

top. [fars.] Hakim sinfin yüksək kübarlar təbəqəsi, əsilzadələr; aristokratiya.
подробнее

ZADƏGANCASINA

zərf Zadəgan kimi, ağa kimi; ağacasına, kübarcasına.

ZADƏGANLIQ

is. 1. Əsilzadəlik, əyanlıq, kübarlıq, aristokratlıq.
подробнее

ZAĞ₁

is. [ər. zac] kim. Bəzi metalların sulfat duzu.

ZAĞ₂

is. Qılıncı, bıçağı itiləyərək verilən cila, parlaqlıq.
подробнее

ZAĞ₃

is. [fars.] klas. Qara qarğa. [Aşıq Hüseyn:] Hüseyn düşsə cananından uzağa; Şeyda bülbül tənə vurar o zağa.
подробнее

ZAĞA

is. Heyvan yuvası, mağara. Qurd da, quş da qoy çəkilsin öz ünvanına; Bir zağa da, bir saralmış yarpaq da yurddu. M.Araz.

ZAĞAR

is. məh. Yoğun, yekəqarın.