Толковый словарь азербайджанского языка

  • ÇÖDÜKOTU

    is. bot. Yarpaqları xörəyə işlədilən, daşlıq yerlərdə bitən yabanı ot bitkisi

    Полностью »
  • ÇÖHRƏ

    is. Üz, surət, sima. Bu qadının çöhrəsində bir məyusluq görünürdü. S.S.Axundov. [Ayna] gülər bir çöhrə ilə yoldaşlarına tərəf döndü

    Полностью »
  • ÇÖKDÜRMƏ

    “Çökdürmək”dən f.is

    Полностью »
  • ÇÖKDÜRMƏK

    f. 1. Çökməsinə səbəb və ya vasitə olmaq. Cənubdan əsən külək bacadan çıxan tüstünü getdikcə içəriyə çökdürürdü

    Полностью »
  • ÇÖKDÜRÜCÜ

    sif. xüs. Çökdürən, çökməsinə kömək edən. Çökdürücü maddə

    Полностью »
  • ÇÖKƏ₁

    is. bot. Ürəkşəkilli yarpaqları və ətirli sarı çiçəkləri olan ağac. Çökə ağaclarının, qoruqlarda, tarlalarda biçilmiş təzə otların gözəl ətri … bir-bi

    Полностью »
  • ÇÖKƏ

    is. zool. Nərə balıqları ailəsindən qiymətli ov balığı

    Полностью »
  • ÇÖKƏBALIĞI

    is. zool. Nərə balıqları ailəsindən qiymətli ov balığı

    Полностью »
  • ÇÖKƏK

    is. Yer səthində batıq yer, kiçik çala; oyuq. İndi, bu arada çökəklərdə və bağların ara-bərəsində qalan tala qarlar da yavaş-yavaş əriyirdi

    Полностью »
  • ÇÖKƏKLİK

    is. Çökək yer, çala yer; oyuq, çala. Şırımlar açılarkən bəzi cərgələrdə çökəklik əmələ gəlir. (Qəzetlərdən)

    Полностью »
  • ÇÖKƏLİK

    is. Çoxlu çökə ağacları bitən yer

    Полностью »
  • ÇÖKƏLMƏ

    “Çökəlmək”dən f.is

    Полностью »
  • ÇÖKƏLMƏK

    f. Çökək əmələ gəlmək, içəri batmaq. [Sila] gülərkən ovurdları çökəlir, bu vaxt gözə çox şirin görünürdü

    Полностью »
  • ÇÖKMƏ

    “Çökmək”dən f.is. // is. Çökmüş, aşağa batmış yer; çala. Şoran torpaqlara əsasən çökmələrdə təsadüf olunur

    Полностью »
  • ÇÖKMƏK

    f. 1. Durduğu yerdən aşağı enmək, çuxura düşmək. Binanın divarı çökmüşdür. Asfalt çökmüşdür. // Aşağı enmək, dibinə oturmaq (mayenin içərisində olan t

    Полностью »
  • ÇÖKÜK

    sif. Çökəyə düşmüş, çökmüş, içəri batmış, çuxurlaşmış. Çökük linza. Çökük güzgü. – Həyat [Vasilini] əzir, yorur, belini bükürdü

    Полностью »
  • ÇÖKÜKLÜK

    is. Çökük şeyin halı; çökük olma, içəriyə batma

    Полностью »
  • ÇÖKÜNTÜ

    is. Mayenin dibinə çökən şeylər; torta. Çaxırın çöküntüsü. Ərimiş yağın çöküntüsü

    Полностью »
  • ÇÖL...

    Mürəkkəb heyvan və bitki adlarının əvvəlində heyvan və ya bitkinin yabanı, vəhşi olduğunu bildirir; məs

    Полностью »
  • ÇÖL

    is. 1. Qumluq, susuz düzənlik; səhra, bozqır, biyaban. Ağcaqum çölü. Ərəbistan çölləri. – Nə mən Məcnun kimi çöllərdəyəm, bil; Nə sən Leyli kimi hicra

    Полностью »
  • ÇÖL-BAYIR

    is. dan. Evdən dışarıda hər bir yer, ətraf yer. [Çimnaz] çöldə-bayırda geydiyi qara satin tumanını, nisbətən təzə şabalıdı qədək arxalığını çıxarıb bo

    Полностью »
  • ÇÖLBUĞDASI

    is. bot. Yabanı halda bitən cır buğda növü

    Полностью »
  • ÇÖLÇÜ

    bax çöllü 1-ci mənada. [Hüseynəli xan:] Mənim qızım oxumuş qızdır, sənə yaramaz, sən bir çölçü babasan, sənə kasıbfəndi qız gərək

    Полностью »
  • ÇÖLDONUZU

    is. zool. Vəhşi donuz

    Полностью »
  • ÇÖLDOVŞANI

    is. zool. Çöldə yaşayan dovşan

    Полностью »
  • ÇÖLEŞŞƏYİ

    is. zool. Vəhşi eşşək; gur

    Полностью »
  • ÇÖLGÖYƏRÇİNİ

    is. zool. Çöldə yaşayan vəhşi göyərçin

    Полностью »
  • ÇÖLKEŞNİŞİ

    is. bot. Yabanı halda bitən keşniş

    Полностью »
  • ÇÖLKƏSƏYƏNİ

    is. zool. Payız və qış yuxusu keçirən siçovula oxşar iri gəmirici

    Полностью »
  • ÇÖLQARANQUŞU

    is. zool. Yaşayış yerlərindən uzaqda, çöldə yaşayan qaranquş

    Полностью »
  • ÇÖLQAZI

    is. zool. Vəhşi qaz

    Полностью »
  • ÇÖLLALƏSİ

    is. bot. Yabanı halda bitən lalə

    Полностью »
  • ÇÖLLƏMƏ

    zərf Yolu qısaltmaq üçün çöldə düz yolla deyil, kəsə yolla. Çölləmə getmək

    Полностью »
  • ÇÖLLÜ

    sif. köhn. 1. Kəndli, kəndçi. Xoş keçmədi il çöllüyə, dehqanə, nə borcum! M.Ə.Sabir. Kərbəlayı Xəlil dükanında oturub, çöllülərdən almış olduğu yağ ba

    Полностью »
  • ÇÖLLÜK

    is. bax çöl 1-ci mənada. [Atam:] Ay dəli, çöllükdür, ürəyini sıxma! Bunun da bir nəşəsi var. A.Şaiq

    Полностью »
  • ÇÖLMƏ

    is. Gildən qayrılmış qazan, qab; dopu. Qız durdu ayağa, ocağı yandırdı, kəlləpaçanı saldı çölməyə. (Nağıl)

    Полностью »
  • ÇÖLNANƏSİ

    is. bot. Yabanı halda bitən nanə

    Полностью »
  • ÇÖLNOXUDU

    is. bot. Yabanı halda bitən noxud

    Полностью »
  • ÇÖLÖRDƏYİ

    is. zool. Vəhşi ördək

    Полностью »
  • ÇÖLPİŞİYİ

    is. zool. Vəhşi pişik

    Полностью »
  • ÇÖLSİÇANI

    is. zool. Çöldə yaşayan siçan növü

    Полностью »
  • ÇÖLTƏRƏSİ

    is. bot. Yazın əvvəllərində bitən, xörəyə qatılan ot bitkisi

    Полностью »
  • ÇÖLTURŞƏNGİ

    is. bot. Yabanı halda bitən turşəng

    Полностью »
  • ÇÖLYOVŞANI

    is. bot. Əsasən quru yamaclarda bitən yovşan

    Полностью »
  • ÇÖMBƏLƏK

    zərf Çömbəlmiş halda, çömbələrək, dizlərini yığaraq. Çömbələn əyləşmək. – Pərişan çömbələk oturub, əlini arxın suyunda yudu və danışdı

    Полностью »
  • ÇÖMBƏLƏN

    zərf Çömbəlmiş halda, çömbələrək, dizlərini yığaraq. Çömbələn əyləşmək. – Pərişan çömbələk oturub, əlini arxın suyunda yudu və danışdı

    Полностью »
  • ÇÖMBƏLƏN

    bax dombalan 2-ci mənada

    Полностью »
  • ÇÖMBƏLMƏ

    1. “Çöm(b)əlmək” f.is. 2. zərf bax çömbələn1, çömbələk. Çömbəlmə oturmaq

    Полностью »
  • ÇÖMBƏLMƏK

    f. Ayaqlarını dizlərindən qatlayıb pəncələri üstündə oturmaq. Tülkü görcək yavaş-yavaş gəldi; Endirib baş, ədəblə çömbəldi

    Полностью »
  • ÇÖMBƏLTMƏ

    “Çöm(b)əltmək”dən f.is

    Полностью »