ARABA

is. İki və ya dördtəkərli nəqliyyat vasitəsi. Minik arabası. Yük arabası. Əl arabası (əl ilə sürülən araba). İkitəkərli araba. – Arabanı at aparmır, arpa aparır. (Məsəl). Arabanı mindik və yarım saata gəldik çıxdıq Naxçıvana. C.Məmmədquluzadə. İkitəkərli araba qoşulub qapıya çəkilmişdi. M.Hüseyn. ◊ Araba ilə dovşan tutmaq – 1) bir şeyi tədbirlə, hiylə və üsul ilə əldə etməyə çalışmaq; baş tutmayacaq bir işə girişmək; 2) çox ləng işləmək, bir işi çox ağır, yavaş görmək. Buxar arabası köhn. – parovoz. Saat on iki tamamda buxar arabası acıqlı əjdaha kimi Balaxanı tərəfdən gözlərini ağardaraq, nərə vurmağa başladı. S.M.Qənizadə.

Это слово в других словарях:

Азербайджанcко-русский словарь (краткий)

ARABA 1. арба, подвода, повозка, телега; 2. экипаж, салазки; подробнее

Азербайджанcко-русский словарь

ARABA I сущ. 1. арба, телега, повозка. Arabalarda daşımaq возить на повозках 2. подробнее

Author: Obastan; Publisher: Obastan