Значение слова HAÇA в толковом словаре азербайджанского языка.

is.sif. Ağacın bucaq şəklində ayrılmış gövdəsi və ya budağı, habelə haçalanmanın başlandığı yer.
Alçaq əncir ağacının əyri haçasında oturan iki nəfər qara, yanıq oğlan uşağı bir-birinə püstə qabığı atırdı. Mir Cəlal.
Tut ağacının balkona enmiş haça budağı arasından sayrışan ulduzlar görünürdü. İ.Hüseynov.

// Ümumiyyətlə, haça şəklində olan. Dağın haça zirvəsi.
– Giziroğlu Mustafa bəyin bir şeşpəri var idi ucu haça. Koroğlu”.
Sinə dümağ, quyruq haça; Bir quş qondu bir ağaca. M.Dilbazi.

// məc. Üstüörtülü, ikibaşlı.
Ataş [Mirzənin suallarındakı] haça mənanın fərqinə varmadan cavab verdi. Ə.Vəliyev.

← HACIYATMAZ

is. Aşağı tərəfi ağır olduğu üçün həmişə dik duran uşaq oyuncağının adı: gəlincik

HAÇABAŞ →

sif. Başı haça şəklində olan. Haçabaş dağ. Haçabaş dəyənək. – Əllərində haçabaşlı, uzun çomaq tutmuş uşaqlar sağım yerindən xeyli aşağıda duran qoyun