ASANCA(SINA)
zərf Asanlıqla, zəhmətsiz,
çətinlik çəkmədən. Məsələni asanca
həll etdim. Vəziyyətdən asanca çıxmaq.
– Məşədi Əsgər öz-özünə xəyal etdi ki,
həqiqətdə həmin qərib müsafirin çamadanını
əlindən qapıb qaçmaq çox asanca
işdir. S.M.Qənizadə. [Əhməd] atası tərəfindən
gələn məktubları asanca oxuya
bilirdi. S.S.Axundov.