AÇIQCA


1. zərf Açıq-aydın bir surətdə, gizlətmədən, qorxmadan, çəkinmədən. Fikrini açıqca söyləmək. Məqsədini açıqca anlatmaq. Səhvlərini açıqca boynuna almaq.
– Əsgər və Əlyar Rüxsarə haqqında, öz aralarında açıq söhbət etdikləri və açıqca danışdıqları halda, Xudakərəm özünü o yerə qoymurdu. S.Rəhimov.

2. sif. Bir az açıq, açıqtəhər.

Синонимы

  • AÇIQCA gizlətmədən — qorxmadan — çəkinmədən

Антонимы

  • AÇIQCA AÇIQCA – GİZLİCƏ Əsmər ilə Camal Yusif haqqında açıqca danışdıqları halda, Gülər ilə Xalıq kiminsə haqqında gizlicə söhbət edirdilər

Этимология

  • AÇIQCA Mənbələrdə aç-ğın-ca kimi verilib. Kök (aç) feildir, aç-ğın sifətdir, sifətin üzə­rinə -ca qoşması artırılıb
AÇIQ-SAÇIQ
AÇIQCASINA
OBASTAN VİKİ
Açıqca
Açıqca (açıq məktub) — konvertsiz açıq təbrik məktubu kimi istifadə olunan xüsusi poçt blankı. Kolleksiyası filokartiya adlanır. == Yaranma tarixi == İlk açıq tərik məktubunu – sonradan “yazışma kartı” adlandırılmış açıq məktubu 1 oktyabr 1869-cu ildə Macarıstanda avstriyalı professor Emanuel Hermannın (Emanuel Herrmann) təklif etmişdir. Elə həmin il çap olunan açıqcalar müasir dövrümüzdə də çox populyardırlar. Sovet dövründə açıqca Azərbaycan dilində rus dilindəki kimi otkrıtka adlandırılırdı. 2013-cü ildə AMEA-nın Rəyasət Heyətində açıq məktubun "Təbriknamə" adlandırılmasına qərar verilmişdir. lakin buna baxmayaraq cəmiyyətdə belə məktublar hələ də "otkrıtka" adlandırılır. == Dizaynı və forması == Açıqça və ya təbriknamə standart və qeyri-standart formatlarda, müxtəlif fakturalı kağızlarda fəqrli çap üsulları ilə hazırlana bilər. Dizayna əsasən açıqçalara laminasiya, tam və hissəli UF laklama, özəl fiqurlu kəsim, naxış basma, termoqaldırma kimi çap və cap sonrası xidmətlər göstərilə bilər. Onların hazırlanma vaxtı sayından və hazırlanma üslubundan asılı olaraq bir saatdan bir neçə günə qədər ola bilər.

Значение слова в других словарях

в продолже́ние густе́ль монетари́зм очко́ подме́нный промывна́я редуци́роваться четвертьфинали́стка эми́р волоково́е окно моро́зище никотинома́ния перехва́тка приморо́зить чикчи́ры вель alveoli end-piece hydraulicon inaction piston-stroke unilocular vacuometer обмелеть усложнять