AŞIQSAYAĞI


1. is. mus. Aşıq musiqisi səpkisində bəstələnmiş kiçik formalı musiqi pyesi. Üzeyir Hacıbəyovun aşıqsayağısı.
2. sif. Aşıq paltarına oxşayan, aşıqlara məxsus olan.
…Əmiraslan babanı, öz aşıqsayağı libasını geyən görüb çox şad oldular. S. Rəhimov.

AŞIQLIQ₂
AŞILAMA
OBASTAN VİKİ
Aşıqsayağı
Aşıqsayağı — bəstəkarların aşıq musiqisi üzərində fantaziyaları. İlk aşıqsayağı fantaziya Üzeyir Hacıbəyovun 1931-ci ildə skripka, violonçel və fortepiano üçün yazdığı pyesdir. == Üzeyir Hacıbəyovun "Aşıqsayağı"sı == "Aşıqsayağı" Azərbaycan musiqisində kamera-instrumental musiqinin ilk nümunələrindəndir. "Aşıqsayağı" həyatı harmonik vəhdətdə, nikbin ruhda görən Üzeyir Hacıbəyovun, bir növ, fəlsəfi kredosunun musiqi vasitəsilə ifadəsidir. "Aşıqsayağı"-da Üzeyir Hacıbəyovun sevimli bəstəkarı V.A.Motsartın təsiri duyulur. Bu təsir klassik sadəlik və təbiilikdə, yığcam musiqi formasında, əsərin fakturasının zərifliyində özünü göstərir. "Aşıqsayağı"-da aşıq və muğam (xüsusilə zərbi-muğam) sənətlərinə məxsus musiqi üslubu üzvi surətdə birləşmişdir. Üzeyir Hacıbəyov ilk dəfə Azərbaycan peşəkar musiqisinin iki müxtəlif sahəsini əsl yaradıcı dərinlik və novatora xas sərbəstliklə işləmişdir. Avropa və milli musiqi üslublarının üzvi əlaqəsi "Aşıqsayağı"-nın musiqi formasında başlıca cəhətdir ("Aşıqsayağı"-nı Üzeyir Hacıbəyovun yaradıcılığında sonata formasına xas musiqi möv-zularının işlənmə prinsipinə, işlənmə metodlarının tətbiqinə hazırlıq mərhələsi hesab etmək olar). Pyesdə çoxtərkibli musiqi formaları da özünü göstərir: rondovarilik, variasiyalılıq və s).

Значение слова в других словарях

бланширова́ться вложе́ния земляно́й па́стор прище́п расстро́енно трутовико́вые диспансе́р муди́ла риа́л устьево́й ammonotherapy bulking Carpathians cayman coffee hour commemorative diastrophism pregnancy spiral-bound vote-catching метрика опуститься палуба строчной