A₂

nida.
1. Sözlərə qoşularaq çağırış, xitab, müraciət bildirir.
A dostlar! A başına dönüm! A balam! – [Murov:] A kişi, mən səni üç gecədir axtarıram. M.F.Axundzadə.
A quşlarım, getməyin; Məni qəmgin etməyin! A.Səhhət.
[Ağabacı:] Nə eləyim, a Məşədi Püstə bacı! Kişi qocalıb yavaş-yavaş əldən düşür. H.Sarabski.

// Eyni mənada bəzən cümlənin ortasında işlənir.
Baxsanız a, beli çökmüş yamaca; Sinəsində şən quzular səslənir. A.Şaiq.

// Bəzən cümlənin axırında təkid bildirən ədat kimi işlənir.
Aparsan a! – [İbrahim bəy:] A kişi, çəkil kənara, görüm a! Ə.Haqverdiyev.

2. İntonasiyadan asılı olaraq məmnunluq, hiddət, istehza, narazılıq, təəccüb və s. hissləri ifadə edir.
A! Sənə nə oldu? A, nə gözəl şeydir! – [Ağa Mərdan:] A, bu dabanıkəsik Heydərqulunun oğlu imiş! M.F.Axundzadə.
[Rübabə:] A Böyükxanım, niyə gülməli söz danışırsan?! Mir Cəlal.

3. Həyəcan, dəhşət, qorxu, peşmanlıq və s. hissləri ifadə edən səs (uzadılaraq xüsusi intonasiya ilə və bəzən təkrar şəklində işlənir).
Aaa, mən nə etdim! Aaa, bu necə adamdır! Aaa, nə böyük ilandır! – Yenə bir başqa xəbər varmı? – Bizim qonşu Kərim. – A… A… A? Bəli, hə, hə.
– O nə qayırıb, de görüm. M.Ə.Sabir.

4. Bəzən cümlənin axırında və ya sözdən sonra gələrək, təəccüb bildirir, yaxud danışılan sözə diqqəti cəlb edərək, onun haqqında düşündürmək üçün işlənir. Bu paltoya yüz manat vermişəm; yüz manat a!

Омонимы

  • A A I Azərbaycan əlifbasının birinci hərfi. A II nida Çağırış, xitab, müraciət bildirir. A bəy, əl saxlayın, amandır, aman! (S
A₁

Значение слова в других словарях

жестикули́ровать кожьё пего... пеклева́нник сооружа́ться стака́нный трапе́ция тубе́ркул броди́льный изне́женность снегоме́рный толсте́ть ша́ньга гафель моститься amoeboid Balthazar battement circumlunar run on иносказательный макаронник обкорнать скипидар срочность