QULUNC

is. [ər. əsli yun.] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı. [Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov. _ Qulunc olmaq – soyuq dəymək nəticəsində kürək əzələlərində ağrı əmələ gəlmək. Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. C.Məmmədquluzadə. Quluncunu sındırmaq (ovmaq, tutmaq) – ağrını sakit etmək üçün kürək əzələlərini tutub ovmaq, sıxmaq. [Allahqulu:] ..Deyir ayağımı ov, ovuram, deyir quluncumu sındır, quluncunu sındırıram, bundan nə çıxar? N.Vəzirov.

Это слово в других словарях:

Азербайджанcко-русский словарь (краткий)

QULUNC боль, ломота в спине от простуды, мышечная боль под лопаткой подробнее

Азербайджанcко-русский словарь

QULUNC сущ. боль, ломота в спине от простуды, мышечная боль под лопаткой; qulunc olma ломота в спине; qulunc sındırmaq растирать, массировать спину подробнее

Author: Obastan; Publisher: Obastan