MÖHKƏM

sif. [ ər. ]
1. Davamlı, bərk. Möhkəm sədd. Möhkəm divar. Möhkəm ip. Möhkəm taxta.
// Zərf mənasında. Bərk-bərk, kip. İpləri möhkəm bağlamaq.
2. Sağlam, davamlı, dözümlü, qüvvətli.
…Qaraş möhkəm və sağlam idi. M.İbrahimov.

// Zərf mənasında. Bütün gücü ilə, bacardığı qədər; bərk. Möhkəm ilişdirmək.
– Batalyon komissarı … döyüşçünün əlini möhkəm sıxıb onu azad etdi. Ə.Vəliyev.
[Qız] yastığının altında gizlətdiyi baltanı əlində möhkəm sıxaraq yerindən sıçradı. H.Seyidbəyli.

3. Səbatlı, mətin, dönməz, yenilməz.
[Elçin:] Nə boran, nə qar, nə də şaxta [neftçilərin] möhkəm iradəsini qıra bilməz. Z.Xəlil.

// Mətanətli, iradəli. Möhkəm adam.
– …Ağıllı, qonur gözləri onun möhkəm xasiyyətli olduğunu göstərirdi. S.Vəliyev.
Hər şeydə möhkəm, sözünün üstündə duran, inadcıl, amansız olan Baxış bəyin bir zəif tərəfi vardı. Ə.Abasov.

□ Möhkəm dayanmaq – səbat göstərmək, inad göstərmək, bərk dayanmaq.
[Əmrulla:] Başınıza dönüm, möhkəm dayanın, yoxsa bütün şəhərdə biabır olarıq. C.Cabbarlı.
Elçin sözünün üstündə möhkəm dayandı. M.Rzaquluzadə.

// Sədaqətli, etibarlı, sadiq.
İndi isə buralarda [Malikin] Sona kimi çoxlu sadiq və möhkəm dostları vardır. M.İbrahimov.

4. Sarsılmaz, alınmaz, yenilməz. Möhkəm qala. Möhkəm yerdə məskən salmaq.
5. Güclü, şiddətli, bərk. Möhkəm qar yağır. Möhkəm soyuqdur.
// Zərf mənasında. Çox, olduqca, hədsiz, həddindən artıq. Möhkəm acmışam.
// Ümumiyyətlə, bir şeyin şiddətini, dərəcəsini bildirir. Möhkəm tapşırmaq. Möhkəm xəstələnmək.
// Doyunca, kifayət qədər. Yox, yox, lazım deyil.
Lap möhkəm yedim, – deyə Əlyarov boşqabın qırağından yapışıb buraxmadı. M.Hüseyn.
Yas yerində qarnını möhkəm doyuran Hümmətlə Qarakişi öz həyətlərinə doğru gedirdilər. B.Bayramov.

6. zərf Əməlli-başlı, əsaslı, layiqli, lazımi.
[Kəndli:] Qərəz, bir qədər yas saxladıqdan sonra, kiçik oğluna möhkəm bir toy elədi. (Nağıl).
Qəbul olundu ki, inşaat institutunda rəhbər işçilərə möhkəm əl gəzdirilsin. Mir Cəlal.

Синонимы

  • MÖHKƏM 1. MÖHKƏM, MƏTİN (müxtəlif mənalarda) Belə bir zamanda gərək səhhətin; Başdan möhkəm olsun, poladdan mətin (Ə
  • MÖHKƏM sarsılmaz — alınmaz — yenilməz
  • MÖHKƏM güclü — şiddətli — bərk
  • MÖHKƏM sağlam — qıvraq — canıbərk
  • MÖHKƏM bərk — davamlı — dözümlü — sabit — dayanaqlı — mətin — mətanətli

Антонимы

  • MÖHKƏM MÖHKƏM – ZƏİF Mənim başım da, möhkəm qollarım da var (Ə.Haqverdiyev); Lakin ruzigar lalənin ləçəyini tökərsə: suçlu zəif laləni, qüvvətli ruzigarımdır
MÖCÜZƏLİ
MÖHKƏM-MÖHKƏM
OBASTAN VİKİ
Möhkəm qoz
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Möhkəm qoz (film, 1988)
Məğlubedilməz və ya Çətin ölmək (ing. Die Hard) — 1988-ci ildə Brüs Uillisin baş rol adlığı ABŞ filmi. Film Oskar mükafatına və bir sıra nominasiyalara layiq görülmüşdür. Film amerika yazıçısı Roderik Torpun 1979-cu ildə yazdığı "Heç nə əbədi deyildir" (ing. Nothing Lasts Forever) novellası əsasında çəkilmişdir. == Məzmun == Nyu-York polisi Con MakKleyn (Brüs Uillis) Yeni il ərəfəsində Los-Anceles şəhərinə boşanmış həyat yoldaşı Holli (Bonni Bedelia) ilə barışmaq üçün gəlir. Con MakKleyn Hollinin işlədiyi Los-Ancelesin "Nakatomi Plaza" adlı göydələninə gəlir və onun burada olduğunu görür. Gecə vaxtı şənlik zamanı göydələni qəflətən mafiya başçısı Hans Qruber (Alan Rikman) başçılığı altında banda ələ keçirir. Quldurlar çox sayda işçiləri girov götürürlər. Bu işçilər sırasına MakKleynin həyat yoldaşı Holli də daxildir.
Möhkəm qoz (film, 2007)
Məğlubedilməz 4.0 — 2007-ci ildə istehsal olunmuş döyüş filmi. == Qısa məzmun == Dünyanı yenə də yeni terror dalğası bürüyüb. Ümumdünya kompüter şəbəkəsi terrorçuların əlindədir. Hükumət və xüsusi xidmət orqanları gücsüzdür. Con Makleyn yenə də terrorçularla mübarizəyə qalxır. O, uzun müddətdir ki, istefadadır. Amma bu dəfə söhbət onun ailə üzvlərinin həyatından gedir. == Film haqqında == Brüs Uillisin dublyoru Larri Rippenkrüger çəkiliş zamanı səkkizmetrlik hündürlükdən yıxılaraq ciddi xəsarət alıb. Çəkilişlər təxirə salınıb və Larri bir neçə ay klinikada yatıb. Onun çilik-çilik olmuş bilək, sifət və kəllə sümüklərini titan protezlərlə əvəz ediblər.
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı
"Döyüş əməkdaşlığını möhkəmləndirməyə görə" medalı — SSRİ Ali Sovetinin 25 may 1979-cu il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı.
Balaca uşaqların bədənini möhkəmləndirin (film, 1954)
Balaca uşaqların bədənini möhkəmləndirin qısametrajlı sənədli filmi 1954-cü ildə Bakı Kinostudiyasında istehsal edilmişdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır. == Məzmun == Elmi-kütləvi filmdir. Kinolent insan sağlamlığı üçün hələ balaca yaşlarından uşaqların səhhətinin qayğısına qalmağın vacibliyindən və onu möhkəmlətmə yollarından danışır.
Möhkəmlik
Möhkəmlik — material xassəsi olub, onun plastiki deformasiya və kəsilməyə qarşı göstərdiyi mexaniki müqavimətini təsvir edir. Gərginlik-deformasiya-diaqramından vacib texniki möhkəmlik parametrləri tapılır. Materialın tərkibindən, temperaturundan, təsir edən yükdən və təsir sürətindən asılı olaraq müxtəlif möhkəmlik qiymətləri əldə edilir.
Proletar Bakısının Sovetlərini Möhkəmləndirək (1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.
Proletar Bakısının sovetlərini möhkəmləndirək (film, 1934)
== Məzmun == Kinoxronikanın xüsusi buraxılışı Bakı Sovetlərinin fəaliyyətindən danışır. == Film haqqında == Film saxlanılmayıb.
Vətənin qüdrətini möhkəmləndirək (film, 1942)
== Məzmun == Xüsusi buraxılışdır. Filmdə mədənlərdə, kolxozlarda və s. müəssisələrdə dövlət istiqrazına yazılışdan bəhs olunur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84.

Значение слова в других словарях

и́льковый многолю́дно надбро́вный непоро́чный чу́яться шевре́товый горизонта́ль лазо́ревый надпи́ливать обуя́ть озноби́ться перека́пываться серпанти́новый спросо́нок строкоотливно́й холодосто́йкость binary notation chunter commutativity dartman hedge-born open-plan house pleonastic poinciana scabble