O₃

iş. əvəz.
1. Zaman və ya məkan daxilində bilavasitə göz qabağında olmayan, yaxud uzaq olan şeyi göstərir, həm də ismə konkretlik verir (bu müqabili). O kitablar mənimdir. O otaqda kim yaşayır? – Əsmər o evə heç getməmişdi. S.Hüseyn.
2. Qoşa olan iki şeyin ikincisini göstərir (bu biri müqabili). Yolun o tərəfində. Gölün o sahili. – ..Molla Güləndam bacı on-on beş qız ilə çəpəri basıb o taya keçdilər. Çəmənzəminli.
3. İs. mənasında. Haqqında danışılan, göz qabağında olmayan və ya uzaqda olan hadisə, şey. O mümkün deyil. – [Cahan:] Evlənmək su içmək kimi asan şeydir, onda nə çətinlik var ki? Ü.Hacıbəyov. ◊ o biri – 1) başqa, digər, özgə, o. O biri otaqdan Məşədi İbadı gətirirlər. Ü.Hacıbəyov. O biri xəstələrin sözlərini aydın eşitmədim. M.Hüseyn; 2) gələn, növbəti, sonrakı. O biri dəfə gələrəm; 3) ertəsi, sabahı. O biri gün onu görmədim. O cümlədən – çox şey və ya çox adam arasından bir şeyi və ya bir adamı ayırıb göstərmək üçün işlədilir. Hamı, o cümlədən mən də orada idik. – Zeynalabdin uşaqları, o cümlədən Güldəstəni tanıdı. H.Seyidbəyli. O gün olmaz (olmayıb) – həmişə, hər gün. O gün olmaz bizə gəlməsin. – [Qadir Sonaya:] O gün olmayıb karxanaya getməyəsən, lülə sarımayasan. Ə.Əbülhəsən. O halda – o vəziyyətdə, o zaman. [Şah:] O halda bizim qanımız sənə halaldır. Ü.Hacıbəyov. O ki qaldı – ...haqqında danışsaq, ...gəlincə, ...gəldikdə. O ki qaldı hökumət məktəbləri, .. burada, bir nəfər sarıqlı müəllim, əlbəttə, tapılar. C.Məmmədquluzadə. O ki var – çox, həddən artıq; lap çox. Lotular o ki var yedilər. “Aşıq Qərib”. Onunla belə – ...baxmayaraq. Onunla bərabər – eyni zamanda, yanaşı olaraq, birlikdə.

Это слово в других словарях:

Азербайджанcко-русский словарь (краткий)

O 1. Двадцать первая буква азербайджанского алфавита; 2. он, она, оно, тот, та, то; подробнее

Азербайджанcко-русский словарь

O 1 – двадцать первая буква азербайджанского алфавита, обозначающая гласный звук [o] 2 – личн. подробнее

Словарь омонимов азербайджанского языка

O O I əvəz. Üçüncü şəxsin təki. O II əvəz. İşarə məqsədi ilə işlədilir. подробнее

Азербайджанско-английский словарь

O O, o the 21st letter of the Azerbaijani alphabet o əv. 1. personal pronoun, third person sing. подробнее

Англо-азербайджанский словарь

O O, o n (pl O’s, o’s) 1. ingilis əlifbasının 15-ci hərfi.; 2. подробнее

Этимологический словарь азербайджанского языка

O Bu əvəzliyin mənası qədim hind dilində “başqası” deməkdir. Qədimdə bizdə ol, an formalarında işlədil подробнее

Author: Obastan; Publisher: Obastan