OYANIŞ

is. Oyanma; oyanma işi. Buludlar parçalanır, torpaq buğlanır, otlar baş qaldırır, quşlar civildəşməyə başlayırdı.
Bu, bir oyanış idi. M.İbrahimov.

OYANIQLIQ
OYANMA
OBASTAN VİKİ
Oyanış TV
Oyanış TV - Günaz TV-nin ardınca açılan Cənubi Azərbaycanın ikinci kanalı, GAMOH təşkilatlnln televiziyası. Cənubi Azərbaycanın hüquqlarının təmin olunmasını və Azərbaycan dilinin İranda azad olması fikrini təbliğ edir.
Latviyada milli oyanış
Latviyada milli oyanış və ya Birinci oyanış (latış. Pirmā atmoda‎) — 1850-1880-ci illərdə latışların mədəni və milli dirçəliş hərəkatı. Bu hərəkatın fəalları əsasən Livoniya və Kurlandiyada Baltikyanı almanların hökmranlığına qarşı çıxan, müasir Latviya milli dövlətinin əsasını qoyan yüksək təhsilli insanlardan "gənc latışlar" adlanırdı. Gənc Almaniya və Çex Milli Hərəkatı kimi Avropanın romantik milliyətçi hərəkatlarından təsirləndi. Gənc latışların fəaliyyətinin böyük hissəsi latışların təhsilinə, almanlarınblatış dilinə, adət-ənənələrinə və mədəniyyətinə qarşı qərəzli tənqidinə qarşı mübarizəyə həsr olunmuşdu. Hərəkat 1850-ci illərdə o dövrdə Livoniya əyalətində ali təhsil müəssisəsi olan Tartu Universitetində meydana gəlib, 30-a yaxın etnik latış olan tələbə onun ilk fəalları olub. Kurlandiyadan olan tələbə Krişyanis Valdemars yataqxana otağında özünü latış kimi təqdim edən lövhə yerləşdirib ki, bu da o zaman eşidilməyib. Çox keçmədi ki, onun ətrafında 10-13 tələbədən ibarət dərnək yarandı və onlar “Latviya axşamları” təşkil etdilər ki, bu zaman almanlar tərəfindən sıxışdırılan latışların vəziyyətini müzakirə etdilər. Yuris Alunan və Krişyanis Baron tezliklə onun liderləri oldular.Hərəkatın fəalları “Mājas Viesis” və “Pēterburgas Avīzes” qəzetlərini nəşr edirdilər. Əvvəlcə ilk oyanışı bölgədə alman təsirinə qarşı mübarizədə alət kimi görən Rusiya hakimiyyət orqanları dəstəklədi.
Milli Oyanış Partiyası
Əsasən PKB-lə qısaldılmış olan Milli Oyanış Partiyası (ind. Partai Kebangkitan Bangsa), İndoneziyadakı İslam əsaslı siyasi partiyadır.
Oyanış: Böyük Səlcuqlu
Oyanış: Böyük Səlcuqlu (türk. Uyanış: Büyük Selçuklu) — 28 sentyabr 2020 tarixində başlayan və 2021-ci ildә bitәn tarixi türk serialıdır. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik (Şahzadə) Səncərin həyatından bəhs edir. Serial 2021-ci ildə 34-cü final bölümü ilə bitmişdir. Hal-hazırda TRT 1-də zaman etibarilə daha əvvəli anladan, lakin bu serialın davamı olaraq ekranlara girən Alparslan: Böyük Səlcuqlu serialı davam edir. == Adını dəyişdirməsi == Serial "Nizamı-Aləm" (türk. Nizam-ı Alem) adı ilə yayımlanmalı idi. Lakin prodüserlər serialın adını dəyişdirib "Oyanış: Böyük Səlcuqlu" etdilər. ====== Aktyorlar və obrazlar ====== 1.Buğra Gülsoy-Sultan Məlik Şah 2. Xədicə Şendil-Türkan xatun 3.
Oyanış Böyük Səlcuqlu

Güney Azərbaycan Milli Oyanış Hərəkatı
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır.
Oyanış: Böyük Səlcuqlu (teleserial, 2020)
Oyanış: Böyük Səlcuqlu (türk. Uyanış: Büyük Selçuklu) — 28 sentyabr 2020 tarixində başlayan və 2021-ci ildә bitәn tarixi türk serialıdır. Serial Sultan Məlikşahın dövründə Böyük Səlcuqlu İmperiyasından və Sultan Məlikşah ilə Məlik (Şahzadə) Səncərin həyatından bəhs edir. Serial 2021-ci ildə 34-cü final bölümü ilə bitmişdir. Hal-hazırda TRT 1-də zaman etibarilə daha əvvəli anladan, lakin bu serialın davamı olaraq ekranlara girən Alparslan: Böyük Səlcuqlu serialı davam edir. == Adını dəyişdirməsi == Serial "Nizamı-Aləm" (türk. Nizam-ı Alem) adı ilə yayımlanmalı idi. Lakin prodüserlər serialın adını dəyişdirib "Oyanış: Böyük Səlcuqlu" etdilər. ====== Aktyorlar və obrazlar ====== 1.Buğra Gülsoy-Sultan Məlik Şah 2. Xədicə Şendil-Türkan xatun 3.
Qaranlıq mələyi: Oyanış (film, 1994)
Qaranlıq mələyi: Oyanış — 1994-cü ildə istehsal olunmuş ABŞ və Rumıniya filmidir. == Məzmun == Demonessa Veronika cəhənnəmdən Yerə qaçır və burada baş verən qəddarlıqları görür. Bu səbəbdən Veronika onlarla mübarizə aparmağa hazırlaşır. Macəralar boyu Veronika onun yaralarını sağaltmış Maks Barrisə aşiq olur... == Maraqlı faktlar == Filmin bütün çəkilişi Rumıniyada aparılmışdır.
Azərbaycan milli oyanışı
Azərbaycan milli oyanışı və ya Azərbaycan mədəni renessans dövrü — XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiya imperiyasının tərkibində yaşayan azərbaycanlıların milli fikrinin formalaşması və mədəniyyətinin çiçəklənməsi prosesi. Bu dövr üçün maarifçiliyin genişlənməsi, təhsil, mətbuat və incəsənətin inkişafı, Qərb dəyərləri və təşkilatlarının Azərbaycanda tətbiqi xarakterikdir.Beləliklə, Azərbaycan İslam dünyasında milli teatrın, operanın, qərb tipli universitetin və baletin əsasının qoyulduğu ilk ölkə olmuş, Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi demokratik dövlətlərdən biri, həmçinin İslam ölkələri arasında qadınlara səsvermə hüququ verən ilk dövlət kimi tarixə düşmüşdür. Maarifçilik dövrünün azərbaycanlı islahatçı ziyalıları dövrü nəşrlər, teatr truppaları və qonşu dövlətlərdəki konstitusiya hərəkatlarında iştirak vasitəsilə türk Cənubi Qafqazından başqa İran, Osmanlı və Mərkəzi Asiyada da təsirə malik oldular. == Erkən dövr == Qarabağ xanlığı vəziri Molla Pənah Vaqifin şərəfinə adlandırılmış Vaqif məclisi Azərbaycan dilində şeir yazılması və oxunması ilə məşhur idi. Dünya ədəbiyyatı professoru Anna Oldfild hesab edir ki, bu, "yüksələn Azərbaycan milli şüurunun" göstəricisi idi və Vaqif məclisində iştirak edən Aşıq Pəri də "öz ana dilini və poetik ənənələrini müdafiə edənlər sırasında" idi. == Əsas dövr == === Maarifçilik hərəkatı və mədəniyyətin inkişafı === XIX əsr maarifçiləri Abbasqulu ağa Bakıxanov, İsmayıl bəy Qutqaşınlı, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundzadə elm və maarifləndirmə yolu ilə Azərbaycanda mövcud olan mədəni geriliyinin qarşını ala biləcəklərinə inanırdılar. XIX əsrin 70–80-ci illərində müxtəlif inqilab nəzəriyyələrinin Azərbaycanda sosial-siyasi fikirlərə təsir etməsi, kapitalizmin inkişafının milli ziyalı təbəqənin yaranması üçün şərait yaratması nəticəsində təhsil və mədəniyyət fəaliyyətlərinə, xeyriyyə cəmiyyətlərinə, mətbuat və çap evlərinə dəstək artmışdır. Azərbaycan ziyalıları getdikcə milli yaddaşın daşıyıcısı hesab edilən jurnal və qəzetlərin, "Nicat", "Səfa", "Ədəb yurdu", "Nəşri-Maarif", "Cəmiyəti-Xeyriyə" kimi cəmiyyətlərin və dərnəklərin ətrafında toplaşmağa başladı. İlk oxu otaqları 1894-cü ildə Həbib bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə tərəfindən Bakıda açılmışdır.Bu dövrün ən vacib hadisələri milli teatrın, mətbuatın və müasir tipli məktəbin əsasının qoyulması idi. 1873-cü ildə Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun başçılıq etdiyi teatr truppası "Sərgüzəşti-vəziri-xani-Lənkəran" və "Sərgüzəşti Mərdi-Xəsis" tamaşalarını sərgiləyərək Azərbaycan milli teatrının əsasını qoydu.
Yunan oyanışı memarlığı
Yunan oyanışı (Grek dirçəlişi və ya Grek oyanışı ya da Yunan dirçəlişi), XVIII əsrin sonu ilə XIX əsrin əvvəlləri arasında əsasən Şimali Avropada və ABŞ-də geniş tətbiq olunan bir memarlıq üslubudur. Yunan mədəniyyətinin məhsulu olaraq ortaya çıxan bu üslub, həm də Neoklassik memarlığın son mərhələsi olaraq xarakterizə edilmişdir. Bu konsepsiya ilk dəfə 1842-ci ildə Krallıq Rəssamlıq Akademiyasının professoru Charles Robert Cockerell tərəfindən verilən bir təqdimatda istifadə edilmişdir. Əsasən ABŞ-də təsirli bir cərəyan olduqdan sonra, bu terminin ingilis dilindəki adı olan Greek Revival (Yunan oyanışı) termini geniş şəkildə istifadə olunmuşdur.

Значение слова в других словарях

неце́лостный позабива́ть посхи́миться ски́снуться трубкови́дно шарла́х эпидиаско́п бла́нковый бордю́рный грибово́д изото́пия разне́рвничаться слизево́й бюст aeronavigation bedridden electronician huggle infinitude one-eyed pie planing-machine screw-pine дёрнуться остеклить