ÖFKƏLİ

sif.
1. Ürəkli, qorxmaz, cəsarətli, ciyərli. Öfkəli oğlan.
2. dan. Hirsli, qəzəbli, hiddətli, acıqlı. Mühasib, Əbişin bu hala düşməyindən və Kosanın bu cürə öfkəli hökm etməyindən bu teleqramı öyrənməyə daha da artıq maraqlandı. S.Rəhimov. öfkəli-öfkəli zərf Hirsli-hirsli, qəzəbliqəzəbli, qəzəblə, hirslə, hiddətlə. [Murtuzov:] Yoxsa bu uşaq belə öfkəli-öfkəli danışmaz! S.Rəhimov. [Paşa bəy:] Çox da öfkəli-öfkəli danışma! Ə.Vəliyev.