ÖLDÜRÜCÜ

sif.
1. Ölümlə nəticələnə bilən, ya nəticələnən; məhvedici, yoxedici, həlakedici. Öldürücü zəhər. Günəş şüaları bakteriyalara öldürücü təsir göstərir.
2. məc. Son dərəcə ağır; dözülməz, müdhiş. Öldürücü zərbə.
3. məc. Kəskin, amansız. Öldürücü tənqid. Öldürücü söz.
– “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi… M.İbrahimov.
Telli əllərini belinə qoyub dayandı, Səlimin üzünə öldürücü nəzərlə baxmağa başladı. S.Rəhman.

Синонимы

  • ÖLDÜRÜCÜ məvhedici — sarsıdıcı
ÖLDÜRTMƏK
ÖLDÜRÜLMƏ

Значение слова в других словарях

бороздово́й звукоула́вливатель масси́роваться на ра́вных не в чести́ патри́стика размагни́титься сладкозву́чно шутя́ взбрыкну́ться вмётывать докати́ть нерва́ция неучтёнка отвы́чка силосова́ться спиртно́й allelomorph dodec- feticidal overspill pyodermia включая кулон оборачиваться