ÖMÜRLÜK

sif. Ömrünün axırına qədər davam edən, qüvvədə olan; həmişəlik. Ömürlük təqaüd. Ömürlük pasport. Ömürlük həbs cəzası.
– Ömürlük yol yoldaşıdır; Doğrudan da bizə adət. S.Vurğun.
Kosa … özünü ömürlük kuryerlik vəzifəsindən azad olmuş sayırdı. S.Rəhimov.

Синонимы

  • ÖMÜRLÜK ömürlük bax əbədi
  • ÖMÜRLÜK həmişəlik — əbədilik

Антонимы

  • ÖMÜRLÜK ÖMÜRLÜK – MÜVƏQQƏTİ Ömürlük bir eşqin yolçusuyuq biz! (S.Vurğun); Müvəqqəti çətinlikdir, dözmək lazımdır
ÖMÜRLÜ
ÖMÜRSÜZ
OBASTAN VİKİ
Ömürlük azadlıqdan məhrumetmə
Ömürlük azadlıqdan məhrumetmə — cinayət törətməkdə ittiham olunan şəxsə verilən elə cəzadır ki, onun ömrünün qalan hissəsini həbsxanada keçirməsini nəzərdə tutur. Bəzi dövlətlərdə qəsdən adamöldürmə, qəsdən adamöldürməyə cəhd, terrorizm, ciddi uşaq istismarı, zorlama, uşaqların cinsi istismarı, casusluq, vətənə xəyanət, narkotik ticarəti, insan alveri, dələduzluq, iqtisadi cinayətlərin ağır halları, eləcə də ağırlaşdırıcı hallarda şəxsin ölümünə və ya sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda adam oğurlama, ev oğurluğu və ya oğurluq, dəniz quldurluğu, hava gəmisini qaçırma və müəyyən hallarda soyqırım, etnik təmizləmə, insanlıq əleyhinə cinayətlər, müəyyən hallarda müharibə cinayətlərinə görə şəxs bu cəzanı ala bilər. Bəzi ölkələrdə ömürlük azadlıqdan məhrumetmə ölümlə nəticələnən nəqliyyat vasitələrinin təhlükəsizliyi əleyhinə olan cinayət törətmiş şəxslərə də tətbiq olunur. Ömürlük azadlıqdan məhrumetmə bütün dövlətlərdə mövcud deyil. 1884-cü ildə Portuqaliya ömürlük azadlıqdan məhrumetməni ləğv edən ilk dövlət olmuşdur.
Ölüm hökmü-ömürlük cəza (film)
Ölüm hökmü-ömürlük cəza — Azərbaycanda ölüm hökmünü ləğv etmiş ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş sənədli film. Film Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə, “Obyektiv” Milli Dəyərlərin təbliğinə dəstək İctimai Birliyi tərəfindən hazırlanmışdır. Sənədli filmdə Heydər Əliyevin 1998-ci il 10 fevral tarixli qərarı ilə Azərbaycanda ölüm hökmünü ləğv etməsindən bəhs edilir. Filmin təqdimat mərasimi dekabrın 10-u Beynəlxalq İnsan Hüquqlarının Müdafiəsi Günü Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir.

Значение слова в других словарях

варшавя́нка вы́брать де́нежно караве́лла маквис прибавле́ние притесни́ть сдо́ба шмуры́гнуть буксиро́вочный востру́шка карикату́рный небоеспосо́бность неуспоко́енность aftersensation gaberlunzie hilum ink-horn redirect examination roughings xerophyte деверь распасться ультиматум фотоплан