ÖRTMƏK

f.
1. Örtük salmaq, üzərinə bir şey salmaq. Kəlağayı örtmək.
– Bu vaxt eşikdən Qulamxan səslənir: – Durun, başınızı örtün. M.S.Ordubadi.

// Üzərinə bir şey çəkib görünməz etmək.
Qızın başında çadrası olardı, lakin üzünü örtməzdi. R.Əfəndiyev.
Hüsnünü örtməsin nə pərdə, nə rəng! S.Vurğun.

// Qabağını kəsmək, görünməz etmək. Bütün sahili duman örtmüşdür.
2. Bağlamaq, qapamaq. Qapağı örtmək.
[Sona] tez otağına gedib qapını örtdü. N.Nərimanov.
Sürəyya yavaşca pəncərəni örtüb, ayağının ucunda ehmallıqla qayıdıb yatacağına uzandı. Çəmənzəminli.

3. Üstünə bir şey salmaq, sərmək.
Cərgə ilə düzülmüş yamyaşıl şam ağaclarını ağappaq qar örtmüşdü. M.İbrahimov.

// məc. Bürümək, sarmaq, çulğamaq, tutmaq, basmaq.
Mən çox istərdim ki, sənin hər zaman; Örtməsin o dilbər hüsnünü duman. S.Vurğun.
Ancaq hərdən meşələri qalın duman bürüdüyü kimi Cavadın sifətini də kədər örtürdü. Ə.Vəliyev.

Синонимы

  • ÖRTMƏK bağlamaq — qapamaq — yummaq — pərdələmək

Антонимы

  • ÖRTMƏK ÖRTMƏK – AÇMAQ Elə xırman yerlərini də çayır örtmüşdü (İ.Şıxlı); Anam açardı o kitabı, kədərlənəndə (R

Этимология

  • ÖRTMƏK Mənbələrdə ört sözü “yanmaq, od” anlamlarında da işlədilib. Ütü, ütmək kəlmələri də ondan əmələ gəlib
ÖRTMƏ
ÖRTÜ

Значение слова в других словарях

загогота́ть залеси́ть отта́чивание перемыва́ть подва́льный проша́ркать разузо́рить угла́живать моноцентри́чный объя́тие перипатети́ческий повыше́ние прогорева́ть слаботокси́чность тума́нный apostille briny capstan engine choir-office globate plasticize дорабатывать наткать оттаивать перекувырнуться