ÖTÜRMƏK

f.
1. Yola salmaq.
[Əli:] [Koxa] yola düşəndə heç kim onu ötürməyə çıxmasın. N.Nərimanov.
Qalxıb getdikdə [Ceyranı] ötürmək məqsədi ilə dışarı çıxır. S.Hüseyn.

2. Bir-birinə verərək göndərmək. Yazını qabaqdakına ötürmək.
3. Bir şeyi tez, xəlvəti, başqalarına sezdirmədən qoymaq, salmaq, vermək.
[Oğlan] qarşı tərəfdən beş nəfər silahlı adamın gəldiyini görür və bombanı cibinə ötürür… M.S.Ordubadi.

4. Üstündən keçmək, buraxmaq, fikir verməmək, nəzərdən qaçırmaq. Oxuyarkən iki sətir ötürmək.
[Dərviş:] Bir neçə məqamı mən özüm qəsd ilə ötürdüm. A.Divanbəyoğlu.
Məclisdəkilər Qənbərovu böyük maraq və diqqətlə dinləyir, onun bir kəlməsini belə ötürmürdülər. Ə.Vəliyev.

5. məc. Acgözlüklə, tez-tez yemək; aşırmaq.
Kazım halvadan iri tikələr tutub ötürdükcə gözlərinə işıq gəlirdi. Çəmənzəminli.
Sübhanverdizadə kababdan ötürərək birinci butulkanı boşaltdı. S.Rəhimov.

6. Gəlməmək, iştirak etməmək, buraxmaq. Dərsi ötürmək.
7. Qaçırmaq, əldən çıxarmaq, istifadə edə bilməmək, çata bilməmək. Trolleybusu ötürmək. Fürsəti ötürmək.
◊ İçəri ötürmək – bax içəri.
Köksünü ötürmək – bax köks.

Синонимы

  • ÖTÜRMƏK 1. ÖTÜRMƏK Nurlu Həmidi qapıya kimi ötürdü (H.Abbaszadə); MÜŞAYİƏT ETMƏK/ELƏMƏK [Əbülhəsən bəy:] Hərgah bir belə təşəbbüs olsaydı, oğlan səni evinə qə
  • ÖTÜRMƏK yemək — aşırmaq — tıxamaq
  • ÖTÜRMƏK aparmaq — çatdırmaq — keçirmək — qaçırmaq — buraxmaq

Омонимы

  • ÖTÜRMƏK ÖTÜRMƏK I f. Yola salmaq. Danışa-danışa o Səmayəni; Ötürmək istədi məktəbə qədər (H.Arif). ÖTÜRMƏK II f

Антонимы

  • ÖTÜRMƏK ÖTÜRMƏK – QARŞILAMAQ Bayramqabağı qonaqların bir qismini ötürürdülər, bəzilərini isə qarşılayırdılar
ÖTÜRMƏ
ÖTÜRÜCÜ

Значение слова в других словарях

балбе́ра бездефе́ктный бидо́нчик за́ревный клохта́ние му́драя плодосме́нный ра́зностный дела идут, конто́ра пишет спёртость кет applecart blare calcography exegetist finger-mirror manumission metalwork выхухоль детородный заносный землячка лощить осрамить продолжаться