ÖYÜD

is. Pis hərəkətlərdən saqındırmaq üçün deyilən sözlər; nəsihət. [Asya:] Ha öyüd, nəsihət edirəm olmur.
Görünür ki, qız gədəyə çox bərk bənd olubdur. Ü.Hacıbəyov.
Əmdik bir ananın ilıq südünü; Baş-başa dinlədik hər öyüdünü. S.Vurğun.

□ Öyüd almaq – nəsihət almaq, tərbiyə almaq, məsləhət almaq. [Kərəm:] Qana-qana öyüd alıb anadan; Ay həzərat, gedən ceyran mənimdi! “Əsli və Kərəm”.
Öyüd vermək – birini pis hərəkətlərdən saqındırmaq üçün öyüdlü sözlər söyləmək, nəsihət etmək.
Qulaq as, gör anan nə öyüd verir; Şərəflə, vüqarla yaşayın ancaq! S.Vurğun.
[Vahimə Çiçəyə:] Ağbirçək arvadsan, niyə gəlininə öyüd verib demədin, xalqın … evini dağıtma? B.Bayramov.

Синонимы

  • ÖYÜD öyüd bax nəsihət
  • ÖYÜD nəsihət — ibrət — təlimat

Этимология

  • ÖYÜD Öyrə, öyrə-n, öyrə-t sözləri ilə qohumdur. Kökü (öy sözü) ad – feil omonimi olub. Dilimizdə bircə səsdən (ö səsindən) ibarət feil olub və “fikirləşmək
ÖYRƏTMƏK
ÖYÜD-NƏSİHƏT

Значение слова в других словарях

брезе́нт вы́говор жму́рить закругле́ние колоба́шка мяки́на на и́мя переконструи́ровать подмыва́ть разгу́льный бо́ров вня́тность кады́к незло́ нешу́точный пе́рвый рукоплеска́ния скотоприёмный сумасше́ствие юрок cental fa la la pattée snifting-valve subtlety