Значение слова ŞƏBBU, ŞƏBBUGÜLÜ в толковом словаре азербайджанского языка.

is. [fars.] Axşamçağı və gecə ətirsaçan rəngbərəng gül; mixəkgülü. Şəbbugülü Azərbaycanda geniş becərilən ətirli bəzək bitkilərindəndir. H.Qədirov. Xiyabanın hər iki tərəfini xeyri, şəbbu, qırmızı zanbaq və sair rəngarəng çiçəklər bürümüş idi. M.S.Ordubadi.
← ŞƏBAN

is. [fars.] Qəməri ərəb təqvimində səkkizinci ayın adı.

ŞƏBÇİÇƏK →

is. bot. Gecələr açılan çiçək növü. [Nisə xanım:] Sənin üçün buket bağlamaq istəyirdim.