TÜĞYAN

is. [ ər. ] Daşma, qabarma, qaynama, coşub-daşma.
// məc. Həyəcan, təlatüm.
□ Tüğyan etmək məc. – şiddət etmək, qaynamaq, coşmaq, azğınlıq etmək, qızışmaq.
[Vaqif İbrahim xana:] …Fətəli xan bir az çəkinirdi, indi qorxuram, o da tüğyan eləyə. Çəmənzəminli.
Hava yenə də tüğyan elədi. S.Rəhimov.

Tüğyana gəlmək – bax tüğyan etmək.
Coşdum zaman-zaman, gəldim tüğyana. M.Rahim.
Qoca aşığın könlü sanki tüğyana gəldi. Ə.Məmmədxanlı.

Синонимы

  • TÜĞYAN qiyam — üsyan
  • TÜĞYAN hiddət — qəzəb — həyəcan
  • TÜĞYAN çaxnaşma — vəlvələ
  • TÜĞYAN daşma — qabarma — qaynama
TÜFƏNGLİ
TÜHAF
OBASTAN VİKİ
Qvatemalada sifilis tüğyanı
Qvatemalada sifilis tüğyanı — 1946-1948-ci illərdə Qvatemala hakimiyyəti ABŞ ilə birgə zöhrəvi xəstəliklərin tədqiqi məqsədilə böyük maliyyələşdirilən layihə. Təcrübə altına psixi xəstələri və həbsxana məhkumlarını salmışdılar. Onları bilərəkdən sifilislə yoluxdururdular. Məhkumun yanına artıq xəstələnmiş qadın göndərir, ya da cinsi orqanında cızıq çərtib bilərəkdən həmin yaradan xəstəliyə yoluxdururdular. Bu təcrübənin nəticələri və sonu barədə heç bir məlumat yoxdur. Amma 2010-cu ildə Amerikanın dövlət katibi Hillari Klinton 60 il bundan əvvəl keçirilmiş təcrübəyə görə Qvatemaladan üzr istəmişdir.

Значение слова в других словарях

декреще́ндо засма́ливание индосса́т меломани́ческий наприсыла́ть я́щеричные внуча́тый зво́нкая фраза туви́нский хром обрин сом anxious bedroom Blenheim spaniel dedimus duumvir fish-scrap kerb otium cum dignitate overprint pantskirt баркас пригнуть притупление